QƏRB KİV-i İRANIN CAVABINI AÇIQLAYIB
Qərb KİV-i İranın 5+1 qrupuna üzv ölkələrin, yəni BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransanın və Almaniyanın təkliflər paketinə verdiyi rəsmi cavabın mətnini açıqlayıb.
«Media forum» saytı xəbər verir ki, Qərb internet resurslarının yaydığı mətn İranın xarici işlər naziri Mənuçehr Mottakinin iyulun 4-də 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktubdan ibarətdir. Məktubda təkliflər paketinə cavab olaraq İranın bundan sonra qeyri-bərabər və ədalətsiz müzakirələrə qatılmayacağı bildirilir.
Həmin mətnə görə, M.Mottaki İranın uranı zənginləşdirməyi dayandırmayacağını vurğulayaraq ölkəsinin dünyadakı fövqəldövlətlərə etibar etmədiyini vurğulayıb: «Bizə yuxarıdan baxanlarla və ədalətsiz mövqedən çıxış edənlərlə müzakirə aparmaq dövrü artıq arxada qalıb».
5+1 qrupu İrana uranı zənginləşdirməyi dayandırmaq müqabilində bir sıra güzəştlər təklif etmişdi. Təkliflər paketini İran rəsmilərinə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana bir ay əvvəl Tehrana səfəri zamanı çatdırmışdı.
«Media forum»
16 Temmuz 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder