Qəbələdə 2000 il əvvələ aid ictimai binaların qalıqları aşkarlanıb
Qəbələdə antik dövr və orta əsrlər dövründəki şəhərin xarabalıqlarında bir ay müddətində aparılan arxeoloji qazıntılar yekunlaşıb. Bu barədə APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri İlyas Babayev məlumat verib. O, antik dövr şəhər xarabalıqlarında böyük ictimai binaların qalıqlarının aşkarlandığını deyib: “Bu binalar eramızın əvvəllərinə, yəni bizim eranın I əsrinin sonuna, 2000 il bundan əvvələ aiddir. Şəhərin lap alt qatlarında isə böyük taxıl anbarı, 30-dan çox yerə basdırılan küp tapılıb”. Tədqiqat zamanı Oğuz-Qəbələ-Bakı su kəmərinin Qəbələnin yanından keçən hissəsində torpaq qəbirləri aşkarlanıb: “Orta əsrlər dövründəki şəhərin xarabalıqlarında aparılan geniş qazıntılar nəticəsində şəhərin su təchizatı ilə əlaqədar materiallar, yerli və Çindən gətirilən qab-qacaqlar üzə çıxarılıb”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder