azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Temmuz 2008 Perşembe

Ermənistan kütləvi şəkildə silahlanır

Ermənistan kütləvi şəkildə silahlanır


PROBLEMİN ARAŞDIRILMASI ÜÇÜN AZƏRBAYCANIN MÜDAFİƏ, MİLLİ TƏHLÜKƏSİZLİK VƏ XARİCİ İŞLƏR NAZİRLİKLƏRİNİN NÜMAYƏNDƏLƏRİNDƏN İBARƏT KOMİSSİYANIN YARADILACAĞI GÖZLƏNİLİR

Son vaxtlar Ermənistanın gizli silahlanmasına dair faktlar xeyli artıb. Təkcə 2007-ci il və 2008-ci ilin ötən dövrü ərzində Ermənistan Rusiya, İran, Slovakiya, Belarus, Ukrayna və başqa ölkələrdən üst-üstə 450 milyon dollarlıq silah, hərbi texnika, sursat alıb. "Milaz.info" Hərbi İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Ermənistanın Avropada Adi Silahlı Qüvvələrə dair Cinah Sazişinin tələblərini pozması ilə bağlı sənəd hazırlamaq niyyətindədir. Qeyd edək ki, Ermənistanın silah aldığı ölkələr sırasında Rusiyanın silah payı 85 faiz təşkil edir. Məlumatda bildirilir ki, silahların yenilənməsi zamanı köhnələrin sıradan çıxarılmasının zəruriliyi Cinah Sazişində əksini tapsa da, Ermənistan buna əməl etməyib. Həmin sazişdə Ermənistan ona ayrılan kvotadan orta hesabla iki dəfə artıq silah və hərbi texnikaya malikdir. Agentliyin yaydığı xəbərdə deyilir ki, bu problemin araşdırılması üçün yaxın günlərdə Azərbaycanın Müdafiə, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin nümayəndələrindən ibarət komissiyası yaradılacağı gözlənilir. Bu komissiya araşdırmaların yekununda hesabat xarakterli sənəd hazırlayaraq beynəlxalq qurumlara ünvanlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu "525"ə açıqlamasında Ermənistanın Adi Silahlı Qüvvələrə dair Cinah Sazişinin tələblərini pozaraq, kvotada nəzərdə tutulandan artıq silah alması və ya onlara hədiyyə edilməsi barədə Azərbaycan tərəfinin məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, Qarabağ məsələsində Ermənistanın bir tərəfdən sülh tərəfdarı olduğu, digər tərəfdən kütləvi şəkildə silahlanması Azərbaycanın bu məsələdə lazımi işlər görməsini tələb edir və bu da həyata keçirilir. E.Sabiroğlu yaranan vəziyyətlə bağlı hər hansı güc nazirliklərinin, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət komissiyanın yaradılması ilə bağlı məlumatı olmadığını deyib: "Belə bir komissiyaya ehtiyac yoxdur. Azərbaycan hökuməti Ermənistanın kütləvi silahlanması ilə bağlı müvafiq beynəlxalq qurumları mütəmadi olaraq xəbərdar edib".

Xatırladaq ki, beş növ ağır hərbi texnika üzrə limitləri müəyyən edən sənədə əsasən, Cənubi Qafqaz ölkələrinə ayrı-ayrılıqda 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 döyüş təyyarəsi və 50 zərbə vertolyotu saxlamaq kvotası verilib. Bu isə rəsmi Bakını o qədər də razı salmır. Çünki Azərbaycan həm ərazi, həm də əhali baxımından Ermənistan və Gürcüstandan üstündür.


BƏXTİYAR
525

Hiç yorum yok: