azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Temmuz 2008 Perşembe

Moskva və Tehranın

Moskva və Tehranın "enerji badalağı"

"Yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi demək olacaq"
Son vaxtlar ABŞ, Avropa Birliyi ölkələrinin enerji məsələləri üzrə rəsmiləri Bakıda tez-tez görünməyə başlayıblar. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyin son iki ayda ölkəmizə iki dəfə səfər etməsi isə rəsmi Bakının "Nabucco" kəmərinin perspektivinə münasibətdə əvvəlki qədər inamlı görünməməsilə əlaqələndirmək olar.

Tural Rasimoğlu

Mütəxəssisləri fikrincə, Azərbaycan layihənin həyata keçməsilə bağlı çətin duruma düşüb.
Politoloq Qabil Hüseynli bütün hallarda enerji danışıqlarında Azərbaycan dövlətinin maraqlarının güdülməsini vacib saydı: "Bu maraqlar da "Nabucco" layihəsinin gerçəkləşməsilə bağlı reallaşa bilər. Çünki belə layihə Azərbaycanın strateji əhəmiyyətini Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, İpək Yolu layihəsinə daxil olan dəmir və şosse yollarıyla birlikdə son dərəcə artıra bilər. Nəticədə Azərbaycan da dünya siyasətinin formalaşdırılmasında payı olan dövlətlərdən birinə çevrilə bilər. Qərb rəsmilərinin səfərlərinin intensivləşməsi Rusiyanın Azərbaycan qazına sahib çıxmağa can atmasıyla bağlıdır. Bu sarıdan Rusiyanın Azərbaycanın təbii qazıyla bağlı planları heç də ürəkaçan deyil. Düzdür, Bakı Moskva ilə Dağlıq Qarabağ məsələsində sövdələşsə, Rusiyaya da müəyyən miqdarda qaz verilə bilər. Amma bütövlükdə yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi və Ermənistanın ən önəmli strateji müttəfiqinin sıradan çıxarılması demək olacaq. Buna görə də güman edirəm ki, Azərbaycan rəhbərliyi də bu strateji balansı gözləmək xətti tutacaq. Hər halda bunun əlamətlərini də görmək mümkündür. Bakı bu supergüclər arasında məharətlə diplomatik oyun qura biləcək". Rusiyanın imperialist niyyətlərinin hədsiz dərəcədə artdığını deyən ekspert Moskvanın karbohidrogen ehtiyatlarına yiyələnməklə dünyada nüvə silahından da təsirli bir vasitəni ələ keçirməyə çalışdığını bildirdi: "Kreml bunun vasitəsilə dünyaya öz siyasi iradəsindən doğan qayda-qanunları diqtə etməyə çalışır. Dünya isə dünən güclə ayaq üstə duran Rusiyanın birdən- birə belə ambisiyalara düşməsindən çox narahatdır. Amma Rusiyaya imkan verilməyəcək ki, öz planlarını həyata keçirsin. Ona görə də Moskvanın bu cəhdi imperiyanın son iniltiləridir. Əminəm ki, çox da uzaq olmayan bir zamanda Moskvanı yenə də əvvəlki statusuna qaytaracaqlar və bu ölkə uzağa getməyəcək".
İran və Rusiyanın "Nabucco" layihəsinin həyata keçməməsi üçün Azərbaycan badalaq gəlməyə çalışacaqlarını deyən Qabil Hüseynli bu ölkələrin layihənin reallaşmasına maneçilik törətməsinin də qeyri-mümkün olduğunu düşünür: "Nabucco"nun həyata keçirilməsinə qədər dünyada çox hadisələr olacaq və bu olaylar məkrli planları pozacaq. Artıq "Nabucco"nun reallaşdırılmasıyla bağlı Türkmənistanın mövqeyi xeyli güclənib və bu davam edir. Eyni sözləri Özbəkistan və Qazaxıstan haqqında da demək olar".
Siyasi şərhçi Aydın Quliyev "Nabucco" layihəsi ətrafında baş verənlərin maraqlı məcrada davam etdiyini, ABŞ rəsmisinin son iki ayda Bakıya iki dəfə gəlməsinin də diqqət çəkdiyini söylədi: "Bu layihə Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə, yəni Rusiya ərazisindən kənarda Qərbə nəqlini nəzərdə tutan bir layihədir. Gələcəkdə İran, hətta Əlcəzair qazının bu kəmərə vurulmasıyla bağlı söhbətlər var. Amma "Nabucco"nun reallaşması üçün əsas mənbə rolunu Azərbaycan və Mərkəzi Asiyanın təbii qaz ehtiyatları oynayacaq. Hazırda bu təbii qazın Rusiyanın ərazisindən yan keçməklə Avropaya nəqlində Qərbin və Moskvanın mövqeləri ziddiyyətlidir".
Ekspert tərəflərin heç birinin Azərbaycan və Mərkəzi Asiyanın qazının razılığa gəlinmiş bir variantla nəqlini qəbul etmədiyini vurğuladı: "Hazırda mübahisənin əsas məzmunu da bundan ibarətdir ki, "Nabucco" layihəsi baş tutacaq ya yox? Elə buna görə də Qərbdən və Rusiyadan qaz məsələsilə bağlı nümayəndələrin səfərləri intensivləşib. Bu səfərlər seçkiyə qədər daha da çoxalacaq. Hətta bir həftə ərzində müxtəlif ölkələrdən olan qonaqları da Bakıda görə biləcəyik, çünki bu çox ciddi bir məsələdir".
xalqcebhesi

Hiç yorum yok: