azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Temmuz 2008 Perşembe

Əhmədinejad BMT-ni dəyişəcək_Təhlükəsizlik Şurasının strukturu İran liderinin xoşuna gəlmir

Əhmədineyad BMT-ni dəyişəcək



Təhlükəsizlik Şurasının strukturu İran liderinin xoşuna gəlmir



İran prezidenti Mahmud Əhmədineyad BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək niyyətindədir. "Lenta.ru"nun yaydığı məlumata görə, İran prezidenti 2005-ci ildə prezident seçildikdən sonra BMT Baş Assambleyasının sessiyalarında iştirak edir. Əhmedineyad bildirib ki, Baş Assambleyanın sessiyası zamanı İranın hüquqlarını müdafiə etmək və beynəlxalq strukturların fəaliyyətinə dəyişikliklər təklif etmək niyyətindədir.

İran prezidenti ötən sessiya zamanı BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişdirməyi tələb etmişdi. Onun fikrincə, Təhlükəsizlik Şurası üzərinə qoyulan vəzifəni yerinə yetirə bilmir və dünyada nüfuzu yoxdur. O, həmçinin bir sıra şərtlərə əməl olunmaqla ABŞ-la birbaşa ikitərəfli danışıqların keçirilməsinin mümkünlüyünü alqışlayıb. Onun sözlərinə görə, danışıqlar yaxın vaxtlarda da keçirilə bilərdi, lakin bunun üçün tərəflərin hüquq bərabərliyi olmalıdır. "Hüquq bərabərliyi hər iki tərəfin eyni şəraitdə danışıqlar aparmaq istəməsi deməkdir. Dialoq tərəflərdən birinin daha yüksək, digərinin isə aşağı mövqedə olması hissini doğurmamalıdır" - deyə o bəyan edib.

Bu arada bəlli olub ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulur. Məlumata görə, bu barədə administrasiyanın yüksək vəzifəli məmuru bildirib. ABŞ administrasiyasında çalışan məmur İran nümayəndəsi Səid Cəlili ilə ilk dəfə görüşəcək. Beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən danışıqların növbəti mərhələsi iyulun 19-da İsveçrədə keçiriləcək. Amma mənbə Berns və Cəlilinin təkbətək görüşünün planlaşdırılmadığını vurğulayıb: "Uilyam Berns danışıqlar aparmaq deyil, qulaq asmaq üçün tədbirə qoşulacaq".

ABŞ Konqresində isə İrana qarşı iqtisadi-ticari sanksiyaları sərtləşdirən yeni qanun layihəsi hazırlanıb. "İTAR-TASS" agentliyinin məlumatına görə, demokratlar və respublikaçılar sənədin əsas bəndləri ilə bağlı razılığa gəliblər. Sanksiyalar artıq bu həftə yuxarı palatada nəzərdən keçiriləcək. Sənədin müəllifi banklar, yaşayış evləri tikintisi və şəhər problemi üzrə Senat komitəsinin sədri Kristofer Dodd qanun layihəsinin İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirdiyini vurğulayıb: "Bu sanksiyalar İranın neft sektorunda məşğul olan şirkətlərə investisiya qoyuluşunu qadağan edir. Bununla da İran hökumətinə təzyiq göstərilir və beynəlxalq birliyin tələblərini yerinə yetirməyə məcbur edilir". Qanun ABŞ-dakı hesablarının dondurulmasına icazə verilən İran vətəndaşlarının siyahısını da genişləndirir.
kaspi

Hiç yorum yok: