azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Temmuz 2008 Perşembe

Qərb-İran danışıqları yeni mərhələdə



Qərb-İran danışıqları yeni mərhələdə


ABŞ yüksək diplomatik səviyyədə prosesə qoşulur?



ABŞ-la İran arasında qarşılıqlı ittihamların davam etməsinə baxmayaraq, danışıqların da yer aldığı özünü göstərir. İki ölkə arasındakı münasibətlərə son vaxtları Qərbdə və bölgədə baş verən bəzi olaylar ciddi təsir edir. Nə qədər paradoksal olsa da, ABŞ-la İranın ortaq dil tapması ehtiyacı artır. Bu baxımdan növbəti danışıqlara ümidlə baxırlar.


Danışıqların bu mərhələsində ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns də iştirak etməlidir. İran tərəfdən isə danışıqların rəhbəri Cəlilidir. Danışıqlarda AB-nin təmsilçisi Havyer Solana vardır. Havyer Solana BMT Təhlükəsizlik Şurası üzvlərini və Almaniyanı təmsil edən nümayəndə heyətinə başçılıq edir. "Altılar" hesab edirlər ki, İranı danışıqlar vasitəsi ilə nüvə proqramından imtina etməyə sövq edə biləcəklər. ABŞ-ın yüksək səviyyəli nümayəndəsi isə danışıqlarda "altılara" dəstək verdiyini nümayiş etdirmək üçün iştirak edir. Danışıqların intensivləşməsində məqsəd nədir ?


Məsələ əslində xeyli mürəkkəbdir. Çünki Qərbin özündə İran məsələsinə birmənalı mövqe yoxdur. İran Avropa ilə öncədən şərt qoymadan danışıqlara hazır olduğunu bəyan edib. Bu da Qərb cəbhəsində ABŞ-ın təklənməsinə gətirib çıxara bilər. ABŞ və İsrail İrana qarşı daha sərt sanksiyaların tətbiq edilməsini istəyirlər. AB isə, başda Fransa olmaqla fərqli mövqedədir. Fransanın patronajlığı ilə Aralıq Dənizi İttifaqının yaradılmasından sonra isə İran məsələsi bir qədər çoxparametrli problem olub. Təşəbbüsün Avropanın əlinə keçməsi ehtimalı artıb. Bu arada İraqda vəziyyət getdikcə normallaşır, Orta Şərqdəki bəzi dövlətlər arasındakı münasibətlərin yoluna qoyulması prosesi gedir. Belə ki, Parisdə Suriya və Livan barışdı, İsraillə Fələstinin də sülh sazişinə xeyli yaxınlaşdığı bəyan edildi. Bu məsələlər həllini tapsa, İranın da Orta Şərqi qarışdırmaq imkanları xeyli zəifləyir və dövlətlərarası ziddiyyətlərdən faydalanmaq şansı aşağı düşür. Üstəlik, Türkiyə çox intensiv surətdə daxili siyasi yapısını dəyişməklə yanaşı, aktiv bölgə siyasəti yeridir. Türkiyə artıq bölgənin lideri kimi İraq proseslərinə daha ciddi təsir edir. İki ölkə arsında terror, təhlükəsizlik və neft məsələsində strateji sazişin imzalanması tarixi bir olaydır. Bu, bölgədə İraqın təhlükəsizliyi üçün olduqca vacib bir işdir.


Bütün bunlar İranın bölgədəki ziddiyyətlərdən istifadə etmək imkanlarını məhdudlaşdırır. Qafqaz istiqamətində də İran bir qədər düşünməli olacaq. ABŞ-ın Gürcüstana nüfuzunun artması, NATO-nun ora daxil olmaqda olması vəziyyəti qəlizləşdirir. Bu o deməkdir ki, İran uzun müddət hərbi əzələ ilə dirəniş göstərə bilməz. Onu əhatə edən və dəstək verən qüvvələr də Amerikanın təzyiqi ilə geri çəkilir. O baxımdan İranın nüvə proqramı ilə bağlı uzun müddət tutduğu mövqe dəyişə bilər. Avropa da buna ümid edir. MAQATE-nin danışıqlarda israr etməsi kökündə də bu səbəblərin durması istisna deyil - dünya daha bir müharibə şokunu yaşamaq istəmir. Əgər İraqdan ABŞ əsgərləri 2010-cu ilə qədər çəkilsə, İranın vurulma ehtimalı artır.


Bütün bunlarla yanaşı, indi aparılan danışıqların real nəticə verməsinə elə də çox ehtimal vermirlər. Çünki Qərblə İran arasındakı ziddiyyətlərin kökündə birbaşa nüvə məsələsi yox, siyasi quruluş durur. Qərb qloballaşma prosesinin bu mərhələsində İranın qapalı cəmiyyət kimi mövcud olmasını uzun müddət qəbul edə bilməz. Dünyadakı proseslər avtomatik olaraq İranın da cəmiyyət kimi açılmasını tələb edir. Həm də ona görə ki, İran dünyanın iri neft istehsal edən ölkəsidir. OPEK-də onun təsiri çoxdur. Dünyada enerjinin qiymətinin bahalaşmasında rəsmi Tehranın yeritdiyi siyasətin rolu böyükdür. Deməli, problem təkcə nüvə ilə bağlı deyil. Ona görə də nüvə proqramına məhz həmin ziddiyyətin prizmasında baxmaq gərəkdir. Onda danışıqların uzanacağı və İranın cəmiyyət olaraq dəyişməsi başa çatanadək ziddiyyətlərin qalacağını düşünmək olar.


Hər bir halda Qərb İranla dialoqa başlayır. Bu prosesin necə sonuclanacağından bölgədəki durum böyük ölçüdə asılıdır. İran uranın zənginləşməsindən imtina etsə, ondan əl çəkəcəklərmiğ Buna əminlik yoxdur. Ona görə də rəsmi Tehranın nüvə proqramını davam etdirəcəyi daha çox inandırıcıdır. Zatən, ona başqa yol qoymayıblar. Eyni zamanda, İran da demokratikləşmədən kənarda qalmağın perspektivsiz olduğunu dərk etməlidir. Öz dövlətçiliyini saxlamaq naminə.


Şahin Məhəmmədoğlu


olaylar

Hiç yorum yok: