İran Azərbaycana xəbərdarlıq edib
Əli Laricani Vasif Talıvbova «hegemon düşmənlər qarşılıqlı dost münasibətlərimizə xələl gətirə bilər» deyib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünəndən İranda səfərdədir.
«Mediaforum» saytının məlumatına görə, iyulun 14-də V.Talıbov Tehranda İslami Şura Məclisinin sədri Əli Laricani və xarici işlər naziri Mənuçehr Mottaki ilə görüşlər keçirib.
Ə.Laricani ilə görüşdə onu parlament sədri seçilməsi münasibətilə təbrik edən V.Talıbov Azərbaycanla İranın əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Qarşılıqlı münasibətlərin genişləndirilməsinə yardım edə biləcək layihələrin dəstəklənəcəyini bildirən Ə.Laricani İranın qonşu ölkənin, eləcə də Naxçıvan diyarının ərazi bütövlüyünü himayə etdiyini deyib. İslami Şura Məclisinin sədri Azərbaycanın təhlükəsizliyinin İran üçün də böyük əhəmiyyət daşıdığını vurğulayaraq hegemon düşmənlərin qarşılıqlı dost münasibətlərə xələl gətirə biləcəyini söyləyib.
V.Talıbovun M.Mottaki ilə görüşündə isə iqtisadi, ticarət, energetika və kənd təsərrüfatı sahələrindəki münasibətlərin daha da genişləndirilməsi yollarından söz açılıb. M.Mottaki Tehranın Azərbaycan qazını İran körfəzinə çatdırmağa hazır olduğunu vurğulayıb. Görüşdə Culfa körpüsünün tikintisi, Ordubad Su Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi və azərbaycanlı tələbələrin İranda təhsil alması məsələləri də müzakirə edilib.
bizimyol
16 Temmuz 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder