azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Temmuz 2008 Salı

İRAN-İSRAİL SAVAŞI HƏR AN BAŞLAYA BİLƏR. Amerikanın hərəkətə keçmədiyini görən Təl-Əviv problemi özü həll etmək istəyir

İRAN-İSRAİL SAVAŞI HƏR AN BAŞLAYA BİLƏR
Amerikanın hərəkətə keçmədiyini görən Təl-Əviv problemi özü həll etmək istəyir



İranla İsrail arasında münasibətlər son günlər hərbi qarşıdurma həddinə qədər gərginləşib. Xəbər verildiyi kimi, İsrail ABŞ-ın İrana qarşı hərbi güc tətbiqi variantından çəkindiyini görərək, Tehranın nüvə obyektlərini təkbaşına məhv etmək üçün hazırlıqlara başlayıb. Yəhudi dövləti ötən ayın əvvəllərində İranın nüvə obyektlərini vurmaq üçün hərbi manevrlər keçirib. İran da bu təhdidləri cavabsız qoymur. Tehran İsrail ərazisini vura biləcək “Şahab-3" ballistik raketlərni start meydançalarında yerləşdirib, həmçinin bir neçə gündür ki, Fars körəzində irimiqyaslı hərbi manevrlər keçirir. Bu manevrlər zamanı orta və uzaqmənzilli ballistik raketlərin sınaqdan çıxarıldığı bildirilir.
Bəs İran və İsrail arasında gərginliyin artdığı və qarşılıqlı təhdidlərin güc nümayiş etdirmək həddinə çatdığı bir vaxtda mümkün münaqişə başlaya bilərmi? Belə vəziyyətdə Vaşinqton tərəfləri təmkinli olmağa çağıracaq, yoxsa prezident Buş vəzifəsini tərk edənə qədər İranın nüvə proqramı ətrafında yaranmış böhranı yoluna qoymaq istiqamətində hansısa addımlar atacaq? ABŞ prezidentinin özü yaranmış vəziyyət və ehtimali addımlarla bağlı bunları deyib: “Mən həmişə demişəm ki, bütün mümkün imkanlar masa üzərindədir. Lakin Amerika üçün ilk variant bu məsələni diplomatik yolla həll etməkdir.”
Hər halda bu, ən qısa cavabdır.Təhlilçilərə görə, daha təfərrüatlı cavab vermək üçün isə administrasiya daxilində hərbi yola çağıranların və Dövlət Departamenti, habelə Pentaqonun özündə buna qarşı açıq çıxış edənlərin mövcudluğunu nəzərə almaq lazımdır. Hərbi variantın əleyhdarlarından biri - Birləşmiş Ali Baş Komandanlığın rəhbəri admiral Mayk Mullendir: “Bizim üçün məhz indi üçüncü cəbhənin açılması çox ağır olar. Bu o demək deyil ki, imkanlarımız və ya ehtiyatlarımız yoxdur. Sadəcə, bunun mümkün nəticələrini bəri başdan söyləmək çətindir”. Vaşinqtonda hərbi aksiyanın əleyhinə olanlar deyirlər ki, bu, bölgədə vəziyyəti daha da alovlandırar, terror aktlarının çoxalmasına səbəb olar və neftin onsuz da yüksək olan qiymətini bahalaşdırar. Digər düşərgə isə israr edir ki, yanız bu yolla İranı nüvə bombasından məhrum etmək olar.
Lakin İran məsələləri üzrə aparıcı təhlilçilərdən Deyvid Olbraytın fikrincə, hər hansı hərbi əməliyyat asan olmayacaq: “Adi bombardmanla onların ciddi geri atılacağını düşünmək sadəlövhlük olardı. Əgər kimsə İrana zərbə endirmək istəyirsə, onda sentrifuqaların yerini göstərən dəlillər təqdim etməli və zəmanət verməlidirlər ki, bu əməliyyat həmin nüvə proqramını 3-4 və ya 5 il geri atacaq.” Prezident Buşun könlündən keçənləri heç kəs dəqiqliklə bilməsə də, “Rend Corporation” mərkəzindən səfir Robert Hanter kimi təcrübəli siyasətçilər müharibənin mümkünlüyünü güman etmirlər. İsrailin ortaya düşüb İranı vurmaq üçün Amerikadan “yaşıl işıq” istəməsinə gəldikdə isə Robert Hanter buna skeptik yanaşır: “Bir məsələ aydındır ki, bu və ya növbəti administrasiyada heç kəs İsrailin hərbi əməliyyata başlamasını istəmir. İstənilən halda İsrail Amerikanın nəzarətində olan hava məkanından keçmədən İranın hava məkanına çata bilməz. Yəni, hətta əgər hərbi əməliyyat olsa belə, bu, Amerikanın işi olacaq”.
İsraildə olan BBC-nin diplomatiya müxbiri Conatan Markus isə öz növbəsində Təl-Əvivdən xəbər verir ki, orada vəziyyət zahirən sakit olsa da, İsrailin mümkün raket zərbəsinə və ya ona endirilə biləcək zərbənin dəf edilməsinə hazırlıq göz qabağındadır. Amma Yaxın Şərq üzrə İsrailin tanınmış icmalçılarından Ehud Yari İran və İsrail arasında söz müharibəsinin getdiyini təsdiq etsə də, real müharibənin yaxınlaşmasını guman etmir. Qarşıdurma barədə danışanda isə Ehud Yari qeyd edib ki, onun fikrincə, İranın nüvə proqramı, bəyan edildiyindən fərqli olaraq, çox da inkişaf etməyib: “Mən hesab edirəm ki, onların çətinlikləri var, məsələn, uranın zənginləşdirilməsində. Digər tərəfdən mənə elə gəlir ki, İran rəhbərliyinin daxilində bir növ sövdələşməyə meylli olan ciddi qrup mövcuddur. Bu qrup uranın zənginləşdirilməsi proqramının dayandırılması əvəzində sanksiyaların dayandırılması, amma eyni zamanda xəlvətcə öz nüvə iddialarını irəli aparmaq niyyətindədirlər.”
Ehud Yari qeyd edib ki, əgər silahlı münaqişədən yan kemək mümkün olacaqsa, ən azı İranın bəzi istəkləri təmin olunmalıdır. Onun sözlərinə görə, iranlılar Yaxın Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda, necə deyərlər, “böyük qardaş” statusunu əldə etmək istəyə bilərlər. Bu yalnız İsraili və Amerikalıları yox, həm də ərəbləri məmnun etməyəcək. Amma bəzi iranlılar tədricən belə bir fikrə gəlirlər ki, sövdələşmə vaxtı yaxınlaşır: “Ona görə mən düşünürəm ki, müharibə çağırışları arxasında belə bir sövdələşmənin mümkünlüyünə dair ciddi cəhdlər durur. ” Beləliklə, ekspertlərin fikrincə, İsrailin İrana qaçılmaz zərbəsi barədə ehtimallar cüzidir, hərçənd söz müharibəsinin də hər an real müharibəyə çevrilmə təhlükəsi var.
İranda isə rəsmən belə hesab edirlər ki, ABŞ və ya İsrail tərəfindən hərbi müdaxilə riski yoxdur. “Röyter” agentliyinin məlumatına görə, xarici işlər naziri Manuçehr Möhtəki belə deyib. Lakin o əlavə edib ki, İran bütün variantlara hazırdır: “Əgər təcavüz olarsa, İran buna çox sərt cavab verəcək. Hazırda biz belə hesab edirik ki, nə İsrail, nə də ABŞ Yaxin Şərqdə yeni böhran yaratmaq imkanlarına malikdir”.
İsrail mənbələri isə belə xəbər yayıblar ki, İrana mümkün müdaxilə zamanı ərəb ölkələri buna dəstək verəcəklər. Bu barədə ərəb ölkələrindən olan yüksək rütbəli bir rəsminin İsrail nümayəndələri ilə görüşündə dediyi bildirilir. Həmin mənbə deyib ki, İranın bölgədəki rolu ərəb ölkələrini də qane etmir. Çünki İran sünnü-şiə qarşıdurmasını gücləndirir və bəzi ərəb ölkələrində gərginlik yaratmağa çalışır. “Əgər nüvə silahına malik olmayanda İran belə təhlükə yaradırsa, bəs bu silahı əldə edəndən sonra necə olacaq”, deyə ərəb rəsmisi sual edib. Bir gün əvvəl xəbər yayılmışdı ki, İsrail öz təyyarələrini İranı vurmaq üçün İraqdakı Amerika hərbi bazalarında yerləşdirib. Lakin dünən İsraildən bu xəbərlərə təkzib gəlib. İran ətrafında vəziyyətin gərginləşməsi isə yalnız neft baronlarına xeyir verir. Çünki dünya birjalarında İranla bağlı həyəcanlı xəbərlərin yayılmasının təsiri altında neft daha da bahalaşaraq bir barreli 147 dollara çatıb.
Fərhad MƏMMƏDOV
musavat

Hiç yorum yok: