azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Aralık 2008 Cuma

Azərbaycanın işğal olunmuş ərazilərində terror qrupları hazırlanır

Azərbaycanın işğal olunmuş ərazilərində terror qrupları hazırlanır

Bu fikir BMT Təhlükəsizlik Şurasının iclasında səslənib
12:35 12-12-08
BMT Təhlükəsizlik Şurasının növbəti iclasında dünyada törədilən terror aktları qətiyyətlə pislənilib. BMT-nin baş katibi Pan Gi Mun iclası açaraq deyib ki, terrorizmə qarşı mübarizədə beynəlxalq həmrəyliyi daha da gücləndirmək başlıca vəzifədir. İclasda terrorizmə qarşı mübarizədə dünya birliyinin yekdil olmalarına dair çağırışlar səslənib. Təhlükəsizlik Şurasının iclasında Hindistandakı son hadisələrlə bağlı və ümumiyyətlə dünyada baş verən terror aktları ilə əlaqədar dərin narahatlıq ifadə edilmiş, Mumbai qırğınları zorakılığın yeni, daha qanlı mərhələsi kimi qiymətləndirilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev iclasda çıxış edərək bildirib ki, ölkəmiz terror aktlarının birbaşa hədəfinə çevrilib. Ötən əsrin 80-ci illərinin axırlarından Ermənistan Azərbaycan torpaqlarını işğal edib, ölkənin vətəndaşlarına və əsas infrastrukturlarına qarşı terror aktları törədib. Yüzlərlə insan bu terror aktlarının qurbanı olub. Aqşin Mehdiyev deyib ki, Azərbaycan əraziləri indiyədək işğal altında saxlanılır. Bu ərazilər terror qrupları hazırlamaq, narkotik tranziti üçün əlverişli məkana çevrilib. İşğal altındakı ərazilərdə adi silahlar üzərində nəzarət mexanizmləri işləmədiyindən silahlanma prosesi beynəlxalq nəzarətdən tamamilə kənarda qalıb. Bu isə regional sülh və sabitliyə ciddi təhdid yaradır. İşğal altındakı ərazilərə nəzarətin gücləndirilməsi üçün daha ciddi tədbirlər görülməsinin zəruriliyini vurğulayan A.Mehdiyev əlavə edib ki, beynəlxalq birlik bu məsələdə həmrəylik nümayiş etdirməlidir: «Beynəlxalq birlik təkcə terrorçu təşkilatlara qarşı deyil, həm də terrorizmi dəstəkləyən və maliyyələşdirən dövlətlərə qarşı mübarizəni gücləndirməlidir».

Diplomat həmçinin vurğulayıb ki, terrorizmlə mübarizədə ayrı-ayrı dinlər və mədəniyyətlər hədəf seçilməməlidir: «Son dövrlərdə bəzi ölkələrdə İslam dininə qarşı hücumlar yolverilməz haldır və belə səhvlərə qarşı birgə səylər göstərilməsi və dialoq zəruridir».

21 Azər hərəkatı necə anılacaq

21 Azər hərəkatı necə anılacaq
Arif Hacılı: "Lokal tədbirlər keçiriləcək"

Dekabğın 12-də "21 Azər" həğəkatının növbəti ildönümüdüğ. Hər il bu günü müxtəlif tədbirlərlə qeyd edən partiyalar, nədənsə bu dəfə passivlik nümayiş etdiğiğləğ. Siyasi pağtiyalağ bu günü necə qeyd edəcəkləğğ Müsavat Pağtiyası Məğkəzi Apağatının ğəhbəği Ağif Hacılı "OLAYLAR"a bildiğib ki, "21 Azəğ" günü münasibətilə əvvəlləğ Seyid Cəfəğ Pişəvəğinin qəbği ziyağət ediliğdi:"Son dövğləğdə isə həmin sahədə müəyyən kompleksin yağadılması ilə bağlı tədbiğin keçiğilməsi qeyği-mümkündüğ".
A.Hacılı bildiğib ki, pağtiyanın qəğağgahı çəğçivəsində lokal tədbiğləğin keçiğilməsi planlaşdırılır.


21 Azər hərəkatı Güneydə geniş qeyd ediləcək

12 dekabr Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlağının quğduğu Güney Azəğbaycan Milli Hökumətinin 63-cü ildönümü münasibətilə biğ sığa şənlik töğənləği keçiriləcək. Bu tədbirlərin əsasən Güney Azəğbaycan şəhəğləğində keçiğilməsi planlaşdığılır. "OLAYLAR"ın "Baybak"a istinadən veğdiyi məlumata göğə, şənlik məğasimləği gecə saatlağına qədəğ davam edəcək: "Məğkəzdə isə gecə saatlağında havaya fişəngləğ atılacaq. Müsəlmanlağın Quğban bayğamı və Həcc məğasiminə tuş gələn 21 Azəğ Həğəkatının ildönümü Güney Azərbaycanda dindarlar tərəfindən də qeyd olunacaq".

Novruz Məmmədov: “Beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həlli fikri daha da möhkəmlənir”

Novruz Məmmədov: “Beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həlli fikri daha da möhkəmlənir”


“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həlli Rusiyanın özü üçün də vacibdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısının nəticələrinin hələlik müzakirə olunmadığını deyən Novruz Məmmədov ümumilikdə beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü əsasında həlli fikrinin daha da möhkəmləndiyini vurğulayıb: “Regionda gedən proseslərin aktivləşməsi nəticəsində həm beynəlxalq birlik, həm beynəlxalq təşkilatlar, həm də Rusiya, Türkiyə, Birləşmiş Ştatlar kimi dövlətlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlıdırlar. Onlar Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirlər. Beynəlxalq qurumların qəbul etdiyi qərarlar da bu məsələdə Azərbaycana dəstək olmalıdır”. Münaqişənin nizamlanmasına dair danışıqlar prosesinə toxunan Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gələn ilin əvvəllərində keçiriləcəyinin ehtimal olunduğunu vurğulayıb.

“Sərhədsiz Reportyorlar” Şahnaz Qulaminin həbsindən narahatdır

“Sərhədsiz Reportyorlar” Şahnaz Qulaminin həbsindən narahatdır

Jurnalistləri müdafiəsi təşkilatı olan“Sərhədsiz Reportiyorlar” tanınmış azərbaycanlı jurnalist Şahnaz Qulaminin həbsindən narahat olduğunu bildirib.


Təşkilatın saytında yayılan bəyanatda deyilir ki, Şahnaz Qulami son iki ayda həbs olunan ikinci veb yazarıdır. Bu təşkilat, jurnalistlərin həbsini İran rejiminin ölkədəki tənqidçiləri susdurmaq cəhdi kimi qiymətləndirir və onların azad olunmasını tələb edir.
Hal-hazırda Təbriz həbsxanasında saxlanılan Şahnaz Qulami, bir müddət öncə İslam İnqılabı Məhkəməsi tərəfindən “Dövlətçiliyə qarşı anti təbliğat”da təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Haqqında belə bir qərarın çıxarılmasına jurnalistin yazıları səbəb olub.


Şahnaz xanımın bir neçə il əvvəl atasını itirən 9 yaşlı qızı Həsna özünün yardıma ehtiyacı olan əlil və xəstə nənəsinin ümidinə qalib.


Bu arada, xaricdə yaşayan bir grup fəal Şahnaz Qulaminin Müdafiə Komitəsini yaradaraq, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Yurnalist Ərdoğanı məğlub etdi

Yurnalist Ərdoğanı məğlub etdi
Baş nazir məhkəmədə uduzub



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Ergenekon" işində təqsirləndirilən yurnalist Tuncay Özkana qarşı məhkəmədə qaldırdığı iddia təmin olunmayıb. "Habertürk"ün yaydığı məlumata görə, baş nazir yurnalistin mitinqdə çıxışı zamanı onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edir. Bu iddia ilə məhkəməyə müraciət edən baş nazir yurnalistin maddi təzminata məhkum olunmasını istəyib. Yerli məhkəmə iddianı təmin etsə də, Ankara 25-ci Apellyasiya Hüquq Məhkəməsi qərarı ləğv edib.

Məhkəmənin qərarında göstərilir ki, T.Özkan mitinqdəki çıxışı zamanı baş nazirin şərəf və ləyaqətini alçaldan ifadələr istifadə etməyib. Qeyd edək ki, "Kanaltürk"ün keçmiş sahibi T.Özkan həmişə Ərdoğanı kəskin tənqid edib. "Ergenekon" işi ilə bağlı keçirilən əməliyyat zamanı isə həbs olunub.

İraq Barak Obamanı İranla danışıqlara çağırır

İraq Barak Obamanı İranla danışıqlara çağırır


İraq ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanı və onun qarşıdan gələn administrasiyasını Yaxın Şərqdə problemləri həll etmək üçün İranla dialoqlara başlamağa çağırıb. İraq hökumətinin sözçüsü Əli Əl-Dabbaq Vaşinqtona səfərinin ardınca bəyanat açıqlayıb. Cənab Obama hakimiyyətə gələn kimi ABŞ-ın İran siyasətinə dəyişikliklər edəcəyinə söz verib. O, İran liderləri ilə birbaşa danışıqlar aparmağa çalışacaq. Buş Administrasiyası Bağdadda İran rəsmiləri ilə bir neçə round danışıqlar keçirib, ancaq gündəliyin İranda təhlükəsizliyin vəziyyəti ilə məhdudlaşması digər məsələlərin müzakirəsini qıraqda qoyub.

AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz

AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz

Nəsib Nəsibli: "Çünki bu Qarabağın işğalına haqq qazandırması demək olardı"
Fazil Mustafa: "Qarabağ münaqişəsi həllini tapmadan sərhədlərin açılması baş verməyəcək"

Türkiyə-Ermənistan sərhədlərinin açılması ətrafındakı müzakirələr səngimir. Qeyd edək ki, hələlik rəsmi Ankara sərhədlərin açılıb-açılmayacağına dair rəsmi qərar verməsə də, ölkə daxilində aparılan ictimai təbliğat daha çox sərhədlərin açılması yönümündə olduğuna görə Azərbaycanda da bu məsələ ilə bağlı narahatçılıqlar getdikcə artır.

Hətta bəzi versiyalarda bu, rəsmi Ankaranın Türkiyənin bu vaxta qədər apardığı siyasi xəttə zidd olan addım kimi dəyərləndirilərək, belə bir addımın atılmasının Azərbaycan-Türkiyə münasibətlərində də ciddi problemlər yarada biləcəyi istisna edilmir. Lakin sərhədlərin açılacağına inanmayanlar da var. Millət vəkili, politoloq Nəsib Nəsibli bildirib ki, hələlik Türkiyə-Ermənistan danışıqlarının hansı məsələlər üzrə aparıldığı barədə kifayət qədər informasiyalar olmadığına görə rəsmi Ankaranın sərhədləri açacağı barədə səsləndirilən fikirlər də reallığı əks etdirmir. "Tutaq ki, Türkiyə Ermənistanla sərhədləri açır. Amma beynəlxalq hüquqda qarşılıq deyilən bir termin var. Yəni Türkiyə Ermənistanla sərhədlərini açırsa, Ermənistan tərəfdən də buna qarşılıq olaraq nəsə verilməlidir. Ermənistanın Türkiyəyə veriləcək nəyi var ki? Birtərəfli şəkildə isə heç vaxt əlaqələr qurula bilməz"- deyən millət vəkili onu da əlavə edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi adi məsələ deyil və buna Türkiyənin özündə də kifayət qədər həssas yanaşılır. "Mən AKP-də təmsil olunan insanları və bu partiyanın ideologiyasını sevmirəm. Ancaq bilirəm ki, AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz. Çünki Qarabağ məsələsi həll olunmadan belə bir addımın atılması Türkiyənin Ermənistanın işğalına haqq qazandırması demək olardı"- deyən millət vəkili sərhədlərin açılmasının Türkiyənin inkişafında hər hansı irəliləyişlər etməyəcəyini deyib. AKP hökumətinin millətçiləri sıxışdırmaqla bu siyasəti gündəmə gətirməsinin "Ergenekon" hadisələri ilə bağlılığı məsələsinə gəlincə isə Nəsib Nəsibli bildirib ki, "Ergenekon" sonu olmayan bir məsələdir və AKP-nin bu məsələni həll edib-edə bilməyəcəyini qarşıdakı proseslər göstərəcək. "Amma burada söhbət təkcə "Ergenekon"la bağlı deyil. Türkiyə cəmiyyətinin özündə kifayət qədər milliyyətçi əhval-ruhiyyəsi güclüdür. Türkiyə üçün DQ məsələsi birinci məsələ olmasa da, həlli vacib olan məsələdir. Ona görə də inanmıram ki, Türkiyə Ermənistanla sərhədlərini açsın".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin yenidən gündəmə gəlməsi rəsmi Ankaraya edilən beynəlxalq təzyiqin masştabı ilə bağlıdır. Həm Avropa Birliyindən, həm də ABŞ tərəfindən Türkiyəyə güclü təzyiqlərin olduğunu bildirən millət vəkilinə görə, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan sərhədlərin açılması baş verməyəcək. Rəsmi Ankaranın bütün müzakirələrdə sərhədlərin açılması üçün DQ münaqişəsinin həllini əsas şərt kimi önə çəkdiyini qeyd edən millət vəkilinə görə, bu problemin həllini tapması Türkiyənin özü üçün də strateji məsələdir. O ki qaldı rəsmi Ankarada Ermənistana qarşı son vaxtlar loyal münasibətin müşahidə edilməsinə, millət vəkili buna da böyük dövlətlərin münasibətləri müstəvisində baxmağın tərəfdarıdır. Onun fikrincə, son dövrlər Rusiya-Türkiyə münasibətlərində ciddi dəyişikliklər baş verib. Türkiyə və Rusiyanın əsas maraqlarının kəsişdiyi yerin Ermənistan olduğunu vurğulayan millət vəkili hesab edir ki, böyük dövlətlərin Ermənistanla bağlı apardığı siyasətə baxmayaraq rəsmi Ankara öz gündəliyindən DQ münaqişəsinin həllini çıxarmır və bunu etməyəcək də. "Əgər bu gün Ermənistan hansısa himayədarlarının hesabına belə iddialarla çıxış edirsə, Türkiyə bu addımları atsa, sabah Ermənistan daha böyük iddialarla çıxış edə bilər. Ona görə də mən sərhədlərin açılmasını gözləmirəm".
Vüsalə Rafiqqızı

Pişəvərinin davranışları üzərinə tənqidi baxış

Güntay Gəncalp

Pişəvərinin davranışları üzərinə tənqidi baxış



- Pişəvərinin yeri ulusal tariximizdə, ulusal düşüncəmizdə hardadır?

- Pişəvərinin düşüncə çizgisi haqqında bilgilənmək çox önəmlidir. Yəni bir fərdi tanıya bilməmiz üçün onun düşüncəsinin oluşma və olqunlaşma sürəcini öyrənməliyik. Həyatı boyunca özümsədiyi düşüncələrin məzmununu və qaynaqlarını bilməklə önəmli bilgilər əldə edə bilərik. Çünkü bir hərəkəti yönləndirən o hərəkətin öncülərinin fikirləridir. Bu açıdan baxıldığında Pişəvərinin siyasi dünyagörüşünü bilmək gərəkməkdədir. Pişəvərinin yerini də bu şəkildə təsbit edə bilərik.

- Yəni Pişəvərinin daha öncəki dünyagörüşü 1945-46-cı illər olayını etkiləmişmi?

- Pişəvəri “Milli Hökumət”in başına keçmədən öncə bir kommunist, bir leninist idi. Bu yolda uzun zamanda zindanda qalmışdı. Pişəvərinin düşüncə çizgisini izlədiyimizdə, onun baxışında bəzi cüzi dəyişikliklərin ortaya çıxdığına tanıq oluruq. Lakin kökdən bir dəyişiklik olmamışdır. Pişəvəri fikrən və hissən öz kommunist keçmişi ilə hesablaşmamışdı. O kommunist keçmiş ki, orada Türk kimliyinə daima ikrahla baxılmışdı. Kommunizm İrana girdiyi gündən etibarən Türk kimliyinə qarşı tutum sərgiləmişdir. Bəlkə bu üzdən olsa gərək ki, Pişəvərinin sözlərinin, yazılarının içində heç bir zaman “türk” sözünə rastlanmırıq. Sovetlərdə Musavatçı kimliyə qarşı Stalin tərəfindən ortaya qoyulmuş Azərbaycançılıq çox zəif şəkildə Pişəvərinin nitqlərində görünməkdədir. 21 Azərdəki şüarları, meydanlarda söylənən şeirləri incələdiyimizdə bu hərəkətin sinfi yönünün milli yöndən daha artıq olduğunu görürük. Bu şeirlərdə feodalizm lənətlənir.

- Feodalizmin lənətlənməsinin milli məslə ilə bir ilgisi yoxmu?

- Feodalizm bir tarixi sürəcdir. Feodalizmi ortadan qaldırmaq milli hərəkətin amacı olmamalı idi, çünkü bunu başara bilməzdi. Feodalizmi ortadan qaldırma tarixin vəzifəsidir. Yəni tarixi irəliləyiş sürəcində burjuazi meydana çıxdığında feodalizm öz-özünə tarix səhnəsindən geri çəkilər. Feodalın malını alıb yoxsullara paylamaq nəticəsində Azərbaycanda güc sahibi olan feodallar Tehran rejimini özləməyə başladı. Milli hərəkət o zaman feodallarla dost olmasaydı da ən azından özünü düşmən kimi də göstərməməli, neytral davranmalı idi. Bəlkə də gücləndikdən, Azərbaycanda istiqrar bərqərar etdikdən 10-15 il sonra feodalizmə qarşı inqilabi şəkildə deyil, başqa növ savaş açmaq mümkün olardı. Yəni Azərbaycana qarşı olan xarici təhdidlər, özəlliklə Tehran Təhdidi ortadan qalxdıqdan sonra dövlət planlaması əsasında ölkədə sənayeləşmə gedər və milli burjuazi yaranardı. Feodalizmi bu şəkildə tarixə gömmək olardı, 4-5 feodalın malını, torpağını alıb rəiyətlər arasında paylamaqla feodalizm ortadan qalxmaz. Feodalizm bir iqtisadi sistem olaraq tarıma bağlılıqdır. Tarım iqtisadi sisteminin yerini sənayeləşmə aldığında feodalizm də öz kültürü ilə tarixdə qalar. Yoxsa feodalların yerlərini rəiyətlər arasında paylamaqla feodalizmin kültürü ortadan qalxmaz.

- Milli hökümətin feodallara qarşı davranışı doğru olmamaışdır deyirsiniz?

- Hər hansı bir iş ediləcəksə, onun zamanlamasına çox diqqət etmək lazımdır. Öncə dövlət qurulmalı, özünü savunacaq gücü olmalı, sonra düşmən və dost tanımları gəlişməlidir. O zamankı ən çox da şeir olaraq yazılan ədəbiyatı oxuyanda görürük ki, milli məsləyə çox da önəm verilmir, daha çox sinfi mübarizəyə önəm verilir. Sadəcə bu sinfi mübarizənin məkanı Azərbaycan olaraq göstərilir. Azərbaycan düşmənə qarşı mübarizənin səngəri kimi göstərilir. Hansı düşmənə? Feodallara qarşı! Yəni o zaman fars şovinizminin Türklərə qarşı hər cür saldırısına rəğmən bir tək yerdə “fars şovinizmi” ifadəsi tələffüz edilmir. Feodalizmə qarşı mübarizəni də sovetlər körükləyirdi. Sovetlər və sovet yanlısı olan Pişəvəri türk milli kimliyinin ortaya çıxmasından yana deyildilər. Çünkü türk kimliyi ortaya çıxdığında Sovet məkanındakı türkləri də təsirləndirə bilərdi. Buna nə Sovetlər izn verərdi, nə də Pişəvəri bunu istərdi. Pişəvərinin ən zəif cəhəti də fikir baxımından bu idi. Bu zəif cəhətini ortadan qaldırmaq üçün məxfi şəkildə də olsa öz kommunist keçmişi ilə hesablaşmalı və Ruslara bu qədər güvənməməli idi. Bir liderin güvən yeri milli iradə olmalıdır, başqa bir ölkənin siyasi fəlsəfəsi deyil.

- Bunu bir az daha açarmısınız?

- Pişəvəri İrani kimlikdən, yəni farsçılığı təmsil edən İranı kimlikdən zehni baxımdan tam olaraq ayrılmamışdı. Onun Təbrizdə söylədiyi məşhur bir nitqi var. Deyir ki: “Azərbaycan gəncliyi bütün İran gəncliyinə nümunə olacaq.” Adama sormazlarmı ki, sənin İran gəncliyi ilə nə işin var? Sormazlarmı ki, sən Azərbaycan kimliyi inşa etmək istəyirsənsə nədən Azərbaycan gəncliyinin milli enerjisini və diqqətini İrana nümunə olmağa göstərirsən? Bütün bu söyləmlərin hamısı dünyanı bürüyən Sovetizasion söyləmlərindən başqa bir şey olmamışdır. O zaman Azərbaycan əhalisinin sayını 4.5 milyon olaraq qeyd edirlər. Yəni bu az miqdarda olan toplumun qurtuluşçu söyləmləri vətən mehvərli olmalı idi. İndi də o şəkildə. Bu gün də Türk gəncıiyinin tarixi missionu öz milli kimliyini, milli dilini, milli coğrafiyasını, milli ordusunu, milli bilincini inşa etməkdən ibarətdir. Tarixdəki söyləm yanılqısı içinə girməmiz bizə çox baha başa gəlmişdir.

- O zaman fərqli söyləm gəlişdirmək mümkünmü idi? Həm zamanın özündə bizim mənafeyimiz açısından bəzi əksiklikləri var idi, həm də o zaman dünyanın böyük gücləri Azərbaycanda buynuz-buynuza gəlmişdilər.

- Önəmli bir şəxsiyət zamanın içində olmaz, zamanın üstündə olar, zamandan yüksək olanları düşünər. Zatən zamandan yüksəyə çıxa bilməmək, məslən hətta 10 il sonrakı gələcəyi görə bilməmək hesabına milli mübarizə sinfi mübarizəyə endirilmişdi. Yəni sözdə milli deyilirdi, ancaq davranış olaraq sinfi mübarizə idi. Ayrıca, o zaman mövcud olan ən böyük xətalardan biri də böyük dövlətlərlə münasibətdə alternativsiz bir politikanın izlənməsi idi. Yalnız ruslara güvənilmişdir. Qərb dövlətləri Pişəvərinin keçmişindən dolayı ona güvənə bilməzdilər, çünkü o zaman İkinci Dünya Savaşından qalib çıxmış və ya qalib çıxdığı təbliğ edilən sovetlər Qərbi təhdid edirdi. Sovetizm ideologiyasına qapılmış şəxslərə, özəlliklə İran və Azərbaycan konusunda Qərb ölkələri güvənmirdi. Onlarla tərəf müqabil olmaq istəmirdilər. Pişəvəri keçmişi ilə hesablaşmış olsaydı, bu güvəni yarada bilərdi. Pişəvəri tək alternativli davranmaq yerinə bir neçə alternativ gəlişdirə bilsəydi, biz məğlub olmazdıq. Pişəvəri bir şəkildə Qərbə isbat etməli idi ki, Azərbaycan Sovetlərin üssü olmaq fikrində deyildir.

- Ancaq Pişəvərinin bu şəkildə davranmasına Sovetlər izn verməzdi. Çünkü o zaman Sovet ordusu Təbrizdə və Azərbaycanın dəyişik yerlərində idi.

- Sovetlərin buna izn verib-verməməsi başqa konudur. Söz konusu Pişəvərinin zehniyətində bu şəkildə bir planın olub-olmamasıdır. Pişəvərinin davranışları və yazıları belə bir planın olmadığnı göstərir. Yəni Pişəvəri istəsəydi öz nimayəndələrini gizlin şəkildə də olsa Qərb səfirlikləri ilə görüşdürə bilərdi. Məncə hər halda Qərb ölkələri də bu görüşə hazır olardılar. Belə bir girişimlərin olmadığı görünür. Belə bir plan olsaydı Azərbaycan məsələsi Stalinin inhisarından çıxıb başqa böyük dövlətləri də maraqlandıra bilərdi. Yəni anlaşılan budur ki, dünyaya hakim olan o günkü şərtlər içində Azərbaycan məsələsi yaxşı ortaya çıxmışdı, ancaq yaxşı davam edə bilmədi. Davam etdirəcək kadrlar yox idi.

- Pişəvəri Sovetlərə getməsə idi, Təbrizdə qalıb savaşsa idi, Azərbaycan Milli Məsələsinin aqibəti fərqli ola bilərdimi?

- Pişəvəri Təbrizdə qalsaydı heç savaş da olmayacaqdı bəlkə. Yəni Tehran özü hamıdan öncə Azərbaycanın haqlarını tanıyacaqdı.

- Bunun üçün yetərli tarixi bir dəlil varmı?

- Doktor Cavad Heyətin Firuz Heyət adında bir qardaşı var. Firuz Heyət Amerikada “Reform” adında bir dərgi çıxarırdı. Bu dərgidə 1946-cı ildə Tehrandan Təbrizə yollanan ordunun başında duran Sərhəng Fuladvəndin xatirələri yayıldı. Fuladvən yazır: “Biz fədailərin imanından çox qorxurduq. Təbrizə gedərkən Zənganda Ordu oturaq salmışdı. Gecə yarısı əsgərlərin birinin tüfəngindən təsadüfən bir güllə açıldı. Elə bildik fədailər hücuma keçmiş. əsgərlərimiz qorxularından pərən-pərən dağıldılar.” və Reform dərgisinin ikinci sayısında yenə də Sərhəng Fuladvənd davam edir: “Əgər Azərbaycanı savunacaq 500 fədai olsaydı, bizim intihardan başqa çarəmiz yox idi. Bütün fədailərin silahlarını almışdılar. Biz də çox rahat şəkildə Azərbaycan girdik.” Bilirsiniz ki, tehrandan gələn bu ordu Azərbaycan böyük qətllər törətdi. Bu ordunun qarşısında o zaman Təbrizin baş mollası olan Şəriətmədari qurban kəsdi. Yəni şəhərin baş mollaları da sovetizmin din düşmənliyindən qorxuya düşmüşdülər. Bu mollalarla da gizlin və ya açıq şəkildə münasibət qurulmamış, onlara dəyər verib milli cəbhəyə çəkməmişdilər. Böyük davranış və bilgi əksikliyinin ortada olduğuna tanıq oluruq. Bunun səbəbi o idi ki, rusların arxadan zərbə vuracaqlarına inanmırdılar. Milli iradəyə güvən nə deməkdir? Yəni millətin içində olan bütün siniflərin və dini qrupların himayəsini cəlb eləmək. Atatürk milli qurtuluş savaşına başlarkən, dindarları da öz yanına aldı. Ölkəni qurtardıqdan və dövləti qurduqdan sonra gizlin planını, yəni sekular dövlət qurma planını açıqladı. Yəni bütün təhdidlərin ortadan qalxdığı bir dönəmdən sonra. Pişəvəri bunu düşünməli idi ki, ruslar onu zorla Təbrizdən ayıra bilərlər. Bunu düşünməmiş demək. Düşünsə idi, rusların əhatəsindən çıxmaq üçün bir yol tapardı. Bir yol tapıb və qurtuluş savaşına başlamalı idi. Yəni həm ruslara, həm farslara qarşı xalqı səfərbər etməli idi. Belə bir təşəbbüsdə bulunsaydı, dünyanın diqqətini cəlb edər və Azərbaycan həqiqətinin rus inhisarında olmadığını dünyaya göstərərdi. Fədailərdə olan bu iman nəticəsində nə Tehran Azərbaycana saldıra bilərdi, nə də ruslar müdaxilə edə bilərdi. Çünkü Sovetlər Amerikanın atom bombası təhdidindən qorxmuş, İrandan qısa sürədə çıxmağı boynuna almışdı. Tam bu sırada çox cəsarətli və şərəfli bir mübarizəni başlatmanın zamanı idi. Azərbaycanda minlərcə insanın öldüyünü bilirik. Bu insanlar savunmasız qalmışdılar. Bunlar savaş meydanında ölsəydilər başqa tarix yaranardı. Savaş meydanında ölsəydilər onların qanı yurdlarının qurtuluşunun zamini olardı. Ancaq kimin rəhbərliyində savaşmalıydılar? Hökumətin başçısı ya özü getmiş, ya da ruslar aparmışdılar Bakıya? Məmləkətin sənə ehtiyacı olduğu bir zamanda sənin bakıda nə işin var? Belə şey olurmu? Əgər belə olacaqdısa o zaman əvvəldən bu macəraya girməməli idin.

- Pişəvəri ilə o zamankı Kürdüstan hökuməti arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- O zaman Pişəvəri 25 il öncə Nərimanovun Bakıdakı davranışını Təbrizdə təkrarlamışdır. Yəni Nərimanov Zəngəzuru ermənilərə bağışladı, Pişəvəri də Savcıbulağı kürdlərə bağışladı. Savcıbulaq Azərbaycanın tam ortası və türk yurdudur. Elə şeymi olur? Kürdlər hökumət qururlarsa getsinlər ən böyük şəhərləri olan Sənəndəci özlərinə başkənd eləsinlər.

- Gerçəkdən o zaman Pişəvərinin Savcıbulağın Kürdüstanın başkəndi olmasını önləyəcək gücü varmı idi?

- Var idi. Pişəvəri təklif etsəydi ki, başkəndinizi Sənəndəc olaraq seçin, onlar da buna təslim olardılar. Çünkü o zaman Kürdlər də Azərbaycanla qarşı-qarşıya gəlmək istəmirdilər. Onlar da gücsüz idilər. Hələ Pişəvərinin gücü var idi ya yox, bu başqa məsələdir. Ən azından Pişəvərinin belə bir açıqlaması olmalı idi. Bu açıqlama bu gün bizim əlimizdə rəsmi sənəd olardı. Şəxsiyətlər gələcək haqqında da düşünmək zorundadılar. Burada bir şeyə tanıq olurq ki, öz ideoloji keçmişləri ilə hesablaşıb ayrılmayan Nərimanov və Pişəvəri yurdlarına yararlı ola bilmədilər.

- Siz burada sanki yalnız Pişəvərini suçlu olaraq görürsünüz! Sanki farslar yurdumuza hücum etməmişlər!

- Bu haqda çox araşdırmalar aparılıb. Farsların nə qədər türk qanı axıtdığını hamı bilir. Ancaq nədən biz savunmasız qaldıq? Bundan bir ibrət dərsi almalıyıq ya yox? Pişəvərinin dar gündə Təbrizdə olmaması ruh düşgünlüyü yaratdı. Millət başsız qaldı. Fədailər silahsızlandılar. Dirəniş və savaş ruhu qırıldı. İndi bu hadisəyə görə gedib dağdakı çobanı sorqulaya bilmərik əlbəttə ki. Bu hərəkətdə önə çıxmış insanlar tarixi məsuliyət daşıyırlar.

- Ancaq o zaman böyük işlər görüldü. Təbrizdə universitet və flormonia açıldı. Bunlar azmı?

- Bunlar gözəl işlər. Ancaq ən böyük və ən gözəl iş qələbədir. Yapılanlar öz yerində, yapılmayanlara görə sorqulanma olmalıdır. Bir həqiqət var tariximizdə ki, Heydərəmoğlu ilə kommunizm ideolojisi Güney Azərbaycana soxulduğu gündən etibarən bizə zərər vermişdir.

- Pişəvərinin Azərbaycançılıq ideologiyasına qısaca işarə etdiniz. Bu nə deməkdir?

- Azərbaycançılıq 1940´lardan sonra ortaya çıxdı Sovet Azərbaycanında, bugünkü Azərbaycan Cümhuriyətində. Bu ideologiyanı Musavatçılığın türkçülük ideologiyasına qarşı gəlişdirdilər. Azərbaycan bizim coğrafi kimliyimizi oluşdura bilər. Ulusal kimliyimizin tarixi adı türklükdür və ideologiyamız da türkçülük ola bilər. Müsavatçılar bunu doğru sezmişdilər. Pişəvəri zamanında Azərbaycançılıq anlayışının ortaya çıxmasının bir o qədər də zərəri yox idi. Xeyirli iş idi, çünkü nəticə etibarı ilə ana dilıimizdə, yəni türk dilində məktəblər açılırdı. Ancaq o zamankı Sovet basqısı bəlkə bunu icab edirdi. Lakin bu gün bizim bir tək yolumuz vardır o da türk milli kimliyimizə sahib çıxışımızdır. O ideologiya tarixdə qaldı. Bu günkü hərəkətliliyimizi Türk Milli Kimliyinin yüksəlişi olaraq tanımlamalıyıq.

Tomas Finqar İranın nüvə silahı proqramını dayandırdığına dair məlumatı dəstəkləyib

Tomas Finqar İranın nüvə silahı proqramını dayandırdığına dair məlumatı dəstəkləyib


ABŞ-ın kəfiyyat orqanalarının keçmiş yüksək səviyyəli rəsmisi Tomas Finqar İranın 2003-cü ildə nüvə silahı proqramını dayandırdığına dair keçən il verilmiş məlumatı dəstəklədiyini bildirib.

Gaip xəbər mərkəzinin VOA dan Aldiği malumata gorə Bu gün “Vaşinqton Post” qəzeti ona istinadən məlumat verib ki, başqaları da bu informasiyanı diqqətlə öyrənib və oradakı tapıntılara dəstək bildiriblər. Tomas Finqar habelə deyib ki, İran Natanz şəhərindəki obyetkdə az səviyyədə zənginləşdirdiyi uranı silah istehsalında işlədiləcək səviyyəyə çatdıra bilməyib. Lakin bu ilin əvvəli Milli Kəfiyyat Şurasının sədri vəzifəsindən istefa verən Finqar İrana yenə də təhlükəli yer kimi baxdığını əlavə edib. ABŞ kəfiyyatının məlumatlarında göstərilmişdi ki, İran 2003-cü ilin payızında atom silahı proqramını dayandırıb, lakin onu bərpa etmək qabiliyyətinə malikdir.

İran Azərbaycan və Türkmənistanı günahkar sayır

İran Azərbaycan və Türkmənistanı günahkar sayır


Xəzərin hüquqi statusuna dair razılıq əldə olunmamasına görə…

“Xəzərinin hüquqi statusu ilə bağlı anlaşılmazlıq əsasən Türkmənistan və Azərbaycanın mövqeyi ilə bağlıdır”. APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Təbriz Universitetində çıxışı zamanı İranın ali dini rəhbərinin, Silahlı Qüvvələrinin baş komandanının hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.
O, Xəzərdə və Bəsrə körfəzində milli mənafelərini qorumaqda maraqlı olduqlarını söyləyib: “Xəzərin hüquqi statusu bölgə dövlətləri tərəfindən müəyyənləşdirilməyib. Bu məsələdə ən çox Türkmənistan və Azərbaycanla müzakirələrdə anlaşılmazlıqlar yaranır. İran bölgədə milli təhlükəsizliyini qorumaq məsələsində çox ciddi və mövqeyi dəyişilməzdir. Mövcud şərtlər daxilində bu məsələnin həllində dair bir çox məqam həll edilib. Lakin problem daha çox Xəzərdə olan qaz və neft yataqlarının bölüşdürülməsi ilə bağlıdır”.

11 Aralık 2008 Perşembe

Azərbaycan Milli Azadlıg Təşkilatı (AMAT)-ın 21 Azər- Milli Hökümətin yaradılması Günü münasibəti ilə MÜRACİƏTİ

Azərbaycan Milli Azadlıg Təşkilatı (AMAT)-ın 21 Azər- Milli Hökümətin yaradılması Günü münasibəti ilə

MÜRACİƏTİ


Əziz yurddaşlarımız,

21 Azer Azərbaycanın Güneyində Azərbaycan Milli Demokratik Devlətinin yaradılmasının 63`cü ildönümü münasibeti ile sizi tebrik edirik.

Bu gün-21 Azər günü Azərbaycan xalgının Milli Mücadilə tarixində ən önəmli dönüş nögtələrindən biridir. Ona göre ki, belə bir gündə Azərbaycan xalgının gəhrəmanlıglarla dolu mübarizəsi, Azərbaycanın Güneyində ilk dəfə olarag Azərbaycan adı altında demokratik devlətin yaranması ile neticələndi.

Böyük öndər Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Demokratik Dövlətinin ömrü qısa olsa da, uzun zaman yadda galan işlər ilə xalgın yaddaşında kök saldı. Bu gısa dönem icərisində sosial, siyasi, igtisadi, mədəni və başga sahələrdə aparılan radikal islahatlar, o cümlədən, demokratik islahat, torpag islahatı, ana dilində təhsilin gerçəkləşdirilməsi, türkcə nəşriyyatın yaradıması, Təbriz Universitetinin açılması və sç. bu dövlət və onun banisi ulu öndər S. C. Pişəvərinin nə dənli geniş vizionundan xəbər verir.

Milli Demökratik Dövlətin yaranması sürəsi və onun bir illik fəaliyyəti, Çağdaş Azərbaycan Milli Azadlıg Hərəkatı üçün zəngin təcrübə gaynağıdır. Bu isə o deməkdir ki, Çağdaş Azərbaycan Milli Hərəkatı fəalları bu sürəci ciddi bir şəkildə araşdırmalı, hərəkatın inkişafı yönündə bu zəngin təcrübələrdən yararlanmalıdırlar.

Dəyərli soydaşlar,

21 Azər Milli Demokratik mübarizə tariximizdə Azərbaycan xalgının qürur abidəsi olmagla yanaşı, həm də bu xalqa garşı Fars şovenizminin heç bir ölçüyə sığmayan gəddarlig örnəklərindən biridir.

21 Azər 1324-cü ildə (12 Dekabr 1945-ci il) Azərbaycan xalgının iradəsi ilə yaranan Milli Demokratik Dövlətimiz 21 Azər 1325-ci ildə fars şovenislərinin son dərəə gəddar basgıni ilə devrilmişdir. Bununla da, Azərbayan milli hərəkatı 21 azər sürəcinin təcrübələri ilə zənginləşən yeni bir mərhələyə qədəm qoydu.

Əziz həmvətənlər,

Sizi 21 Azər Milli Hökümətin yaradılmasının 64-cü ildönümü münasibəti ilə bir daha tebrik edir, Seyid Cəfər Pişəvəri kimi böyük öndərlərimizin işıq tutduğu Milli Mücadilə yolumuzda yüksək mübarizə əzmi və uğurlar diləyirik.



Azərbaycan Milli Azadlıg Təşkilati. (AMAT).

XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR

XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR
Wed, Dec 10th 2008

XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR

Yaxınları və vəkili onun yanına buraxılmır





Güneyli jurnalist Şahnaz Qulami həbs olunandan bəri yaxınları və vəkili ilə görüş imkanından məhrum edilib. Xanım soydaşımızın hansı ittiham əsasında həbs olunduğu da açıqlanmır. Məlumata görə, Ş.Qulami iki ay əvvəl dövlət qulluğuna qarşı fəaliyyətdə ittiham olunaraq iki aylıq həbs edilibmiş. Təbriz İnqilab Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə isə bu günədək baxılmayıb.

Güneyli milli hərəkatçı Həsən Ərkin “Azadlıq” radiosuna bildirdiyinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır: “Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır”.

Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.

Cavid TURAN

musavat

MHP AKP-ni xəyanətdə suçladı _ Dəniz Bölükbaşı: “Hökumət Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq”

MHP AKP-ni xəyanətdə suçladı _ Dəniz Bölükbaşı: “Hökumət Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq”
Wed, Dec 10th 2008

MHP AKP-ni xəyanətdə suçladı

Dəniz Bölükbaşı: “Hökumət Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq”



“Ermənistanla başlayan dialoq prosesi təhlükəlidir. Ermənistanın Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Ermənistan bizim sərhədlərimizi tanımır, Türkiyənin şərq hissəsini Qərbi Ermənistan adlandırır, Ağrı dağını milli simvol kimi görür və beynəlxalq miqyasda Türkiyəyə qarşı qarayaxma kampaniyası aparır. Türkiyə haqı olaraq bunlardan vaz keçməsini Ermənistanın qarşısında şərt kimi qoyur. Amma hakim Ədalət və İnkişaf Partiyası heç bir şərt olmadan sərhədləri açmaq istəyir”.


APA-nın məlumatına görə, bu sözləri Türkiyənin “Akşam” qəzetinə müsahibəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, millət vəkili, sabiq diplomat Dəniz Bölükbaşı deyib. O bildirib ki, AKP hökumətinin niyyəti Ermənistanla sərhədi mərhələli şəkildə açmaqdır: “Əvvəlcə sərhədi tranzit məqsədilə açmaq, sonra ikitərəfli ticarət, daha sonra diplomatik (xidməti) pasportu olanlar, ən sonda isə bütün insanlar üçün açmaq və diplomatik əlaqə qurmaq istəyirlər. Birbaşa Ermənistana səfir təyin etmək çətin olduğu üçün Tiflisdəki səfiri İrəvanda akkreditə etmək, Ermənistanın Tiflisdəki səfirini isə Ankarada akkreditə etmək niyyəti var. Digər mövzular masada qalmağa davam edəcək. Hökumət sadəlövh düşüncə içindədir. Düşünürlər ki, diplomatik əlaqə qurduqdan sonra Ağrı dağının simvol kimi istifadə olunmasını aradan qaldıra və sərhədimizi tanıtdıra bilərik. Torpaqlarımızın bir hissəsinə Qərbi Ermənistan deyən bir tərəf bundan vaz keçmədən onunla əlaqə yaratmaq qətiyyən olmaz. Bu, namus məsələsidir”.

Obamanın ermənilərə verdiyi vəd

Obamanın ermənilərə verdiyi vəd
Wed, Dec 10th 2008

Obamanın ermənilərə verdiyi vəd

Ann Dersi: "Prezident bunu milli təhlükəsizlik baxımından araşdıracaq"


"Yeni administrasiya Cənubi Qafqaz regionunu diqqətdə saxlayacaq. Strateji tərəfdaşlıq baxımından dünyanın bu hissəsi çox böyük əhəmiyyətə malikdir və düşünürəm ki, keçmiş administrasiyaların gördüyü işlər davam etdiriləcək". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Azərbaycan Qadın Jurnalistlər Birliyində keçirilən görüşdə deyib.

Yeni prezident Barak Obamanın seçkiqabağı kampaniya zamanı ermənilərə verdiyi vədlərlə bağlı sualı cavablandıran diplomat bildirib ki, ABŞ-da hər prezident hansısa məsələni nəzərdən keçirərkən onu milli təhlükəsizlik baxımından araşdırır (APA).

Prezident Obamanın artıq Azərbaycanda olduğunu xatırladan Dersi bunu özlüyündə diqqətəlayiq təcrübə sayır. Yaxın keçmişdə ABŞ-ın yüksəksəviyyəli təmsilçiləri də Azərbaycana səfərlər ediblər. "Hamımız vitse-prezident Dik Çeyninin səfərini yaxşı xatırlayırıq. Əslində Azərbaycana gələn hər bir şəxs reallığı görür və regionun əhəmiyyətini, bölgənin üzləşdiyi çətinlikləri daha yaxşı anlamağa başlayır. Öz tərəfimdən onu demək istərdim ki, mən digər prezidentlərin administrasiyası ilə işlədiyim kimi, yeni administrasiya ilə də eyni loyallıqla çalışacağam".

İRANDA YENİ QAYDALAR: KİŞİLƏRLƏ QADINLARIN QƏZVİNDƏN TEHRANA EYNİ AVTOBUSDA GETMƏSİ YASAQLANDI

İRANDA YENİ QAYDALAR: KİŞİLƏRLƏ QADINLARIN QƏZVİNDƏN TEHRANA EYNİ AVTOBUSDA GETMƏSİ YASAQLANDI
Wed, Dec 10th 2008

İRANDA YENİ QAYDALAR: KİŞİLƏRLƏ QADINLARIN QƏZVİNDƏN TEHRANA EYNİ AVTOBUSDA GETMƏSİ YASAQLANDI

2008-12-10 - 15:24:00



Dekabrın 10-da İranın Qəzvin əyaləti (Güney Azərbaycan) hüquq-mühafizə qüvvələrinin komandanı Əkbər Hidayəti jurnalistlərə açıqlamasında Qəzvin-Tehran sərnişin avtobuslarında yeni qaydalar tətbiq edildiyini deyib. Onun sözlərinə görə, bundan sonra əyalətdən Tehrana getmək istəyən qadın və kişi sərnişinlər başqa-başqa avtobuslara bilet almalı olacaqlar. Yalnız ailəvi səfərə çıxanlara eyni avtobusda getmək icazəsi veriləcək.


«Media forum» saytı xəbər verir ki, Ə.Hidayəti şəhərlərarası avtobusların sərnişinlərin cinsiyyətinə görə ayrılmasının səbəbini tələbə qızların tələbi ilə əlaqələndirib: «Bu layihə əyalət universitetlərində təhsil alan tələbə qızların xahişi ilə həyata keçirilir. Hesab edirik ki, ictimai təhlükəsizlik səviyyəsini artırmaq üçün bu layihənin həyata keçirilməsi zəruridir».


Ə.Hidayəti layihənin vətəndaşların narahatlığına səbəb olub-olmayacağı haqda sualı belə cavablandırıb: «Hər bir yeni layihə həyata keçiriliəndə bəzi vətəndaşlar narahatlıq keçirir Lakin bir müddətdən sonra bu narahatlıqlar ortadan qaldırılır».





«Media forum»

DİNİ RƏHBƏRİN HƏRBİ MÜŞAVİRİ XƏZƏR MƏSƏLƏSİNDƏ İRANIN ƏSAS PROBLEMİNİN AZƏRBAYCANLA OLDUĞUNU DEYİB

DİNİ RƏHBƏRİN HƏRBİ MÜŞAVİRİ XƏZƏR MƏSƏLƏSİNDƏ İRANIN ƏSAS PROBLEMİNİN AZƏRBAYCANLA OLDUĞUNU DEYİB
Wed, Dec 10th 2008




DİNİ RƏHBƏRİN HƏRBİ MÜŞAVİRİ XƏZƏR MƏSƏLƏSİNDƏ İRANIN ƏSAS PROBLEMİNİN AZƏRBAYCANLA OLDUĞUNU DEYİB





İranın dini rəhbərinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi jurnalistlərə açıqlamasında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində əsas problemin Azərbaycan Respublikası ilə olduğunu bildirib. «Media forum» saytının məlumatına görə, general İranın bu məsələdə Türkmənistanla problemləri olduğunu da vurğulayıb.


Rəhim Səfəvi Xəzəryanı ölkələrlə danışıqlar aparıldığını deyib: «Ölkə diplomatiyası bu sahədə fəaliyyətini davam etdirir. Bizim Xəzəryanı ölkələrlə bu barədə apardığımız müzakirələr müəyyən müsbət nəticələr verib».


General İranın Xəzər dənizindəki hüququnu tam gücü ilə müdafiə edəcəyini və zərrə qədər öz mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb: «Bizim Azərbaycan və Türkmənistan respublikaları ilə əsas problemimiz bu dənizdəki mümkün neft və qaz yataqları ilə əlaqədardır. Biz bu ölkələrlə olan ixtilafımızın tez bir zamanda danışıqlar yolu ilə həll olunmasına çalışırıq. Lakin bununla yanaşı təkid edirik ki, İran Xəzər dənizindəki hüququnu tam gücü ilə müdafiə edəcək və zərrə qədər geri oturmayacaq».

İran adlanan yerdə atom şirkətinin itkin düşmüş rusiyalı əməkdaşının cəsədi aşkar edilib

İran adlanan yerdə atom şirkətinin itkin düşmüş rusiyalı əməkdaşının cəsədi aşkar edilib
Wed, Dec 10th 2008

İranda atom şirkətinin itkin düşmüş rusiyalı əməkdaşının cəsədi aşkar edilib



İranda Rusiyanın atom şirkətinə hüquq məsləhətçisi işləyən rusiyalının cəsədi tapılıb. 57 yaşlı kişinin donmuş cəsədi Tehranda şəhər ətrafındakı dağ istirahət zonasında aşkar edilib, - Associated Press İran KİV-ə istinadən xəbər verir. Şəxsiyyəti açıqlanmayan kişi, cari ilin noyabrın 22-də itkin düşüb. Onun ölümünün səbəbləri öyrənilir.


RBK- nın məlumatına görə, Rusiya, RF və İran arasında 1992- ci ildə imzalanmış hökumətlərarası saziş çərçivəsində, “Buşer” AES-in birinci blokunun tikintisini aparır. “Atomstroyeksport” 1995-ci ilin yanvarında imzalanmış müqaviləyə müvafiq olaraq, Almaniyanın Kraftwerk Union A.G. (Siemens/KWU) konserninin başladığı tikilini başa çatdırır. “Atomstroyeksport” işə 1998-ci ildə başlayıb. İran hökuməti əvvəllər AES - in 2008 - ci ildə istismara veriləcəyini güman edirdilər. 2008 - ci ilin əvvəlində Rusiya elektrik stansiyası üçün nüvə yanacağının tədarükünü başa çatdırıb.

TEHRANDA MƏŞHUR HÜQUQ MÜDAFİƏÇİSİNİN PASPORTUNU ƏLİNDƏN ALARAQ AEROPORTDAN GERİ QAYTARIBLAR

TEHRANDA MƏŞHUR HÜQUQ MÜDAFİƏÇİSİNİN PASPORTUNU ƏLİNDƏN ALARAQ AEROPORTDAN GERİ QAYTARIBLAR
Wed, Dec 10th 2008

MƏŞHUR HÜQUQ MÜDAFİƏÇİSİNİN PASPORTUNU ƏLİNDƏN ALARAQ AEROPORTDAN GERİ QAYTARIBLAR



Tehranın «İmam Xomeyni» aeroportuna nəzarət edən ETTELAAT əməkdaşları dekabrın 10-da həyat yoldaşı və iki uşağı ilə birlikdə İtaliyaya uçmaq istəyən məşhur vəkil və qadın hüquq müdafiəçisi Nəsrin Sütudənin pasportunu əlindən alaraq səfərinə mane olublar. Hüquq müdafiəçisinin yalnız həyat yoldaşı və uşaqlarına ölkədən çıxmaq icazəsi verilib.


N.Sütudə bu ilin oktyabr ayında İranda qadın-kişi hüquq bərabərliyi uğrunda apardığı fəaliyyətlərinə görə Milanda fəaliyyət göstərən Beynəlxalq Qadın Muzeyləri Şəbəkəsi insan haqları mükafatına layiq görülüb və İtaliyaya bu mükafatın təqdimatına yollanmalıydı.


«Media forum» saytının məlumatına görə, N.Sütudə «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında ölkədən çıxmasına qoyulan qadağanı qanunsuz hərəkət adlandırıb: «Mənim səfərimə qoyulan qadağa tamamilə qanunsuzdur. Əgər ölkədən çıxmağıma qadağa qoyulması ilə bağlı hansısa hökm çıxarılıbsa belə, bu hökm əvvəlcədən nə pasport-masa idarəsinə bildirilib, nə də mənim özümə».


N.Sütudə layiq görüldüyü mükafatı onun əvəzindən həyat yoldaşının alacağını vurğulayıb.





«Media forum»

İRANDA AZƏRBAYCANLI SIYASI MƏHBUSLARI MÜDAFIƏ ASSOASIASIYASININ (ADAPP) AYLIQ HESABATI – NOYABR 2008-CI IL

İRANDA AZƏRBAYCANLI SIYASI MƏHBUSLARI MÜDAFIƏ ASSOASIASIYASININ (ADAPP) AYLIQ HESABATI – NOYABR 2008-CI IL
Wed, Dec 10th 2008

Son aylar İranda azərbaycanlı mədəni fəallar və tələbələrlə rəftar narahatlıq doğuracaq səviyyədə pisləşməkdədir. Fəallar özbaşına həbs olunur, məhkəməsiz, ittihamsız, vəkil tutmaq icazəsi olmadan və görüş haqqı verilmədən işgəncə və digər zorakılıq təhlükələri ilə üz-üzə qalırlar.


Kərəc və Tehran şəhərlərində tutulmuş mədəni fəalların son durumu


Noyabrın 9-da Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, müvəqqəti həbs edilən Tehrandakı «Pəyami-nur» universiteti hüquq fakültəsinin bakalavr pilləsinin tələbəsi Haşım Bərzgər 21 gün həbsdə saxlandıqdan sonra noyabrın 30-da girov müqabilində Evin zindanından azadlığa buraxılmışdır. Həbs edildikdən sonra o, Evin zindanının Təhlükəsizlik Nazirliyinin nəzarətində olan 209-cu korpusunda təkadamlıq kameraya yerləşdirilmiş və yalnız noyabrın 28-də cümə günü, azadlığa buraxılmasından iki gün əvvəl həmin zindandakı ümumi kameraya köçürülmüşdür. Bərzgəri bu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qalmış, ona ailəsi ilə əlaqə saxlamaq və vəkil tutmaq icazəsi verilməmişdir. Eyni zamanda bu mədəni fəalın həbsindən sonra ailəsi məhkəmə və təhlükəsizlik orqanlarına onun tutulmasının səbəbi və saxlandığı yer barədə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Üstəlik, Haşım Bərzgərin həyat yoldaşı Sevil xanım Əsədullahi noyabrın 17-də təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnmişdir ki, ərinin vəziyyəti ilə maraqlanmaqda davam etsə və bu barədə məlumat yaysa, onun barəsində ölçü götürüləcəkdir.


Noyabrın 13-də Sərdari-milli Səttarxanın ölümünün ildönümü ilə əlaqədar Tehran yaxınlığındakı Şah Əbdüləzim qəbristanlığında keçirilən mərasim təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə qarşılaşmışdır. Mərasim iştirakçılarından 10 nəfərə qədəri həbs olunmuş, onlardan bəziləri sorğu-suala tutularaq, bir neçə saatdan sonra həmən gecə azad edilmişlər; təhlükəsizlik məmurları onların bir neçəsinin mobil telefonlarını və sənədlərini alaraq, hələ də özlərində saxlamaqdadırlar.


Həmin mərasim zamanı tutulmuş Tehrandakı şəhid Rəcayi universitetinin müəllimi Abdullah Abbasi Cavan və Ərdəbil şəhərindəki Razi texnikumunun islam cəmiyyətinin sabiq katibi Hüseyn Hüseyni hələ də həbsdə saxlanılırlar. Onlara qısa bir telefon danışığından savayı, ailələri ilə əlaqə saxlamaq və ya görüşmək imkanı verilməmşdir. Bu iki mədəni fəalın ailə üzvlərinin dediyinə görə, onların həbs olunmasının ardınca Evin zindanına və Tehran inqilab məhkəməsinə dəfələrlə müraciət etsələr də, məsul şəxslər bu insanların həbsdə olduqlarını inkar etmişlər. Amma onlar özləri noyabrın 23-də evləri ilə qısa telefon danışığı zamanı Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlandıqlarını xəbər vermişlər. Əlaqədar orqanlar onların həbsi ilə bağlı ailələrinə hər hansı məlumat verməkdən imtina etdikləri üçün hələlik onlara qarşı irəli sürülən ittiham və tutulmalarının səbəbi barədə dəqiq informasiya əldə yoxdur. Əvvəllər müşahidə etdiyimiz halları nəzərə alsaq, bu fəalların işgəncəyə və digər təzyiq növlərinə məruz qalmaq qorxusunun olduğunu söyləyə bilərik.


Mühəndis Abbasi Cavan ötən il də (17 iyul 2007-ci il) Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zidanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə o, fiziki və mənəvi işgəncələrə məruz qalmışdı. Daha sonra o, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu. Azərbaycanın bu mədəni fəalının bacısı oğlu olan Hüseyn Hüseyni də əvvəllər təhlükəsizilik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır. Bu ilin iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə 100 milyon riyallıq girov müqabilində azadlığa buraxılmışdı.


Bu arada Səttarxanı anma mərasimində həbs olunmuş daha bir nəfər – Tehran Azad universiteti mikrobiologiya fakültəsinin tələbəsi Sirus Hüseynnejad girov müqabilində zindandan azad edilmişdir. Hələlik ona qarşı hansı ittihamın irəli sürüləcəyi və nə vaxt mühakimə ediləcəyi bəlli deyil. Hüseynnejad azadlığa çıxdıqdan sonra həbs müddətində təhlükəsizlik qüvvələrinin onunla pis rəftar etməsi barədə xəbər vermişdir. O, bundan əvvəl də 2006-cı ilin may ayında Azərbaycan şəhərlərində keçirilən nümayişlərdə iştirak etdiyinə görə həbs olunaraq, 40 gün müddətində Evin zindanında təkadamlıq kamerada saxlanmış, həmçinin bir semestr təhsil hüququndan məhrum edilmişdi. Həmin nümayişlər rəsmi «İran» qəzetində nəşr olunmuş və əksər azərbaycanlıların təhqiramiz saydığı karikaturaya etiraz əlaməti olaraq keçirilmişdi.


Azərbaycan mədəni fəallarından daha biri – Tehran «Pəyami-nur» universiteti ingilis dili tərcüməçiliyi fakültəsinin tələbəsi və quru qoşunlarının 29 yaşlı çavuşu Firuz Yusifi Səttarxanı anma mərasimindən bir gün sonra, noyabrın 15-də həbs edilmiş və Evin zindanının 209-cu korpusuna göndərilmişdir. Yusifi dekabrın 8-də 24 gün həpsdə qaldıqdan sonra 500 milyon riyallıq girov müqabilində azadlığa buraxıdı. Cənab Yusifi «dövlət quruluşu əleyhinə təbliğat» da ittiham olunur.o həbs müddətində vəkil tutmaq haqqından məhrum edilməsinə qeyri-müəyyən durumuna və edilən təzyiqlərə etiraz əlaməti olaraq, aclıq aksiyasına əl atmağa məcbur olmuşdu.


Təbrizdə həbslər


Ötən həftələrdə Təbrizdə də bir neçə azərbaycanlı mədəni fəal və jurnalist həbs olunmuşdur ki, onlardan bəzilərinin harada saxlandığı bəlli deyil, onlara qarşı ittiham irəli sürülməmiş, yaxınları ilə görüşmək və vəkil tutmaq imkanından məhrum edilmişlər.


Jurnalist və qadın hüquqları müdafiəçisi Şahnaz Qulami noyabrın 9-da bazar günü Təbrizdəki evində Təhlükəsizlik Nazirliyi məmurları tərəfindən axtarış aparıldıqdan sonra həbs olunmuşdur və hələ də həbsdə saxlanmaqdadır. Noyabrın 15-də o, Təbriz Təhlükəsizlik İdarəsinin təcridxanasından Təbriz həbsxanasının qadın korpusuna köçürülmüşdür. Ailə üzvləri onun harada saxlandığını öyrənə bilsələr də, hələlik xanım Qulaminin nə üçün həbs olunduğu onlara aydın deyil. Jurnalist və «Azerwomen» vebloqunun sahibi Şahnaz Qulami sentyabrın 24-də Təbriz inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə altı aylıq həbs cəzasına məhkum edilmişdi. O, apelyasiya şikayətinə baxılmasını gözləyirdi və girov müqabilində azad edilmişdi. Bu jurnalist xanım ötən il Azərbaycanın müxtəlif şəhərlərində keçirilən nümayişlərin zorakılıqlı yatırılmasına etiraz bildirən məqalələr yazdığına görə bir ay, 1990-cı illərin əvvəllərində isə siyasi fəaliyyətinə görə 5 il həbsdə saxlanmışdır.



Təbrizdəki Azərbaycan mədəni fəallarından başqa biri – Cəmşid Zarei noyabrın 18-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu. Zarei 9 gün müvəqqəti həbsdə saxlandıqdan sonra noyabrın 27-də cümə axşamı günü 20 milyon tümənlik girov müqabilində Təbriz həbsxanasından azad edilmişdir. Yaxınlarının dediyinə görə, o, demək olar, bütün həbs müddətini Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmış, bu müddətdə ona vəkili və ailəsi ilə təmas saxlamaq imkanı verilməmişdir. Sözügedən şəxs bu ilin may ayında Azərbaycandakı 2006-cı il may etirazlarının ikinci ildönümündə də tutularaq, üç ay həbsdə saxlanmış və bu yaxınlarda onun barəsində altı aylıq şərti həbs hökmü çıxarılmışdı.



Azərbaycanın tanınmış şairi, yazıçısı və jurnalisti Məhəmmədrza Ləvayi noyabrın 21-də cümə günü səhər Şərqi Azərbaycan ostanının Əhər şəhəri yaxınlığındakı Xoca bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq, naməlum yerə aparılmışdır.


Cənab Ləvayinin həbsindən iyirmi gündən də artıq vaxt keçməsinə baxmayaraq, ailəsi hələ də onun tutulmasının səbəbini və saxlandığı yeri bilmir, məhkəmə və təhlükəsizlik orqanları isə bu şairin həbsini öz üzərlərinə götürmürlər. Buna görə ciddi ürək ağrılarından da əziyyət çəkən Məhəmmədrza Ləvayinin zindandakı sağlamlığı ilə bağlı narahatlıq artmaqdadır. Məhəmmədrza Ləvayi bundan əvvəl Təbrizdə, Azərbaycan siyasi fəalarından Qulamrza Əmaninin və iki qardaşının dəfn mərasimində təhlükəsizlik məmurları tərəfindən həbslə hədələnmişdi.


Çıxarılmış hökmlər


Qərbi Azərbaycan ostanının Maku şəhərindən olan Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki azərbaycanlı hüquq fəalı Xoy şəhər inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən bir il şərti həbs cəzasına məhkum edilmişlər. Bu şəxslərin məhkəməsi cari ilin oktyabr ayının 5-də bazar günü hakim Əlirza Novruzinin sədrliyi ilə qapalı şəkildə keçirilmişdir. Qiyabi surətdə çıxarılmış hökmdə bu şəxslər GAMOH təşkilatına üzv olmaqda, dövlət quruluşuna müxalif qurumun (GAMOH-un) xeyrinə təbliğat aparmaqda, Maku şəhərində vərəqələr yaymaqda, pantürkist və separatçı fəaliyyətlərdə, islam respublikası quruluşunu yıxmağa çalışmaqda ittiham olunurlar. Sabir Beytullahi 2004 və 2006-cı illərdə təqribən 6 ay Maku şəhər mərkəzi həbsxanasında və Maku Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdır. O, 2006-cı ildə Xoy inqilab məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilmiş və hökmün icrası 4 il müddətinə təxirə salınmışdı.


Bundan əlavə, Əbhər şəhərindəki milli fəallardan Səfərəli Xoyini Zəncan şəhər inqilab məhkəməsinin birinci şöbəsində hakim Məsum Xaninin sədrliyi ilə keçirilən iclasda 6 ay həbsə məhkum edilmişdir ki, bu hökmun icrası iki il təxirə salınmış vəziyyətdə olacaqdır.


Əvvəllər Zəncan Azad universitetində «Şəhriyar» adlı tələbə nəşrinin baş redaktoru olmuş bu mədəni fəal 2007-ci ilin fevral ayında Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilmiş tədbirdə iştirakına görə Zəncandakı fəallardan bir neçəsi ilə birgə həbs olunmuş və 18 gün həmin şəhərin Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdı, sonra isə girov müqabilində azadlığa buraxılmışdı.


Hakim Məsum Xani hökmü Xoyiniyə verməkdən imtina etmiş və onun təkidlərinə cavab olaraq, demişdir: «Mən hökmu sizə verə bilmərəm, çünki siz onu İnternetdə yayacaq, ya da başqa bir ölkəyə təqdim edib siyasi sığınacaq alacaqsınız».


Azərbaycanın digər mədəni fəallarının vəziyyəti


İyul ayının 17-dən bəri 8 nəfər tələbə fəalı ilə birlikdə Təbrizdə müvəqqəti həbsdə saxlanan zabit və azərbaycanlı mədəni fəal Dariyuş Hatəmi bu yaxınlarda 50 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdır. O da həmin tələbələr – Maqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Məcid Makuyi və Ehsan Nəcəfi kimi «milli təhlükəsizliyə xələl gətirmək üçün qeyri-qanuni qruplar təşkil etmək və onlarda üzvlük»də və «dövlət quruluşu əleyhinə təbliğat»da ittiham olunur. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk məhkəmə iclası 17 yanvar 2009-cu il tarixdə keçiriləcəkdir.


Dekabrın 1-də bazar ertəsi günü Təbriz inqilab məhkəməsinin 2-ci şöbəsində yazıçı və hüquq müdafiəçisi Həmid Valayiyə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk iclas keçirilecekdi ama Həmidin ve müdafiəçisinin huzuruna baxmayaraq bu iclas keçirilməmiştir. Həmin iclasda o, «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə mühakimə olunacaqdı. Həmid Valayi cari ilin iyun ayının 15-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs olunmuş və Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı 13 gün ərzində işgəncə və zorakılığa, o cümlədən, döyülməyə və psixoloji təzyiqlərə məruz qalmışdır. Belə ki, verilmiş işgəncələr onun dişlərinin sınmasına, damağında qanaxmalara, sağ ayağında və baş nahiyəsində zədələnmələrə səbəb olmuşdur.


İxtisasca hüquqşünas olan və Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasında üzvlüyü Təbriz Təhlükəsizlik İdarəsi tərəfindən əngəllənmiş Həmid Valayi son günlər Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasının insan haqları komissiyasına yazdığı açıq məktubda öz hüquqlarının bərpasını və həbsdə olduğu müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını tələb etmişdir.


Noyabrın 26-da Ərdəbil inqilab məhkəməsində milli kimlik uğrunda mübarizə aparan bir neçə tələbəyə, o cümlədən, Ərdəbil Azad universiteti tələbələrinin islam cəmiyyətinin katibi və «Xəzər» tələbə dərgisinin baş redaktoru Ərdəşir Kərimi Xiyavi, yazıçı-jurnalist Rəhim Qulami və mədəni fəal Vədud Səadətiyə qarşı irəli sürülmüş ittihamlara baxılması üzrə iclas keçirilmişdir. Bu işə baxmağı öz öhdəsinə götürmüş Ərdəbil inqilab məhkəməsinin sədri Həsənzadə iclas başlamazdan əvvəl müttəhimlərin vəkili Mehdi Hüccətinin adı çəkilən şəxsləri müdafiə etmək üçün onlarla müqavilə bağlamasına etirazını bildirərək, onu danlamış və nəhayət, hakim Həsənzadənin göstərişi ilə müttəhimlərin vəkili üç saat inqilab məhkəməsinin binasında həbs edilmiş, o da sonda sözügedən iş üzrə vəkillikdən əl çəkməyə məcbur olmuşdur.


Qadın hərəkatının azərbaycanlı fəallarından olan Fəranək Fərid noyabrın 25-də çərşənbə axşamı günü Təhlükəsizlik İdarəsinə çağrılmış və onun qadın hüquqlarına dair Türkiyədə keçiriləcək konfransda iştirakına maneçilik törədilmişdir. Üç qonşu ölkədə – İran, Turkiyə və Azərbaycan Respublikasında qadın hüquqlarının vəziyyətinə həsr olunmuş bu konfrans üç gün ərzində (28-30 noyabr) İstanbulda keçiriləcəkdi və adı çəkilən xanım həmin konfransda iştirak və çıxış üçün dəvət almışdı.


Noyabrın 3-də Əhər məhkəməsi istintaq idarəsinin birinci şöbəsi Şərqi Azərbaycan ostanı Əhər şəhərində yaşayan orta məktəb şagirdi İbrahim Nuriyə məhkəməyə gələrək, öz müdafiəsi üçün son dəlilləri təqdim etmək barədə çağırış göndərmişdir. İnsan haqları fəallarının bildirdiyinə əsasən, bu şagird kimlikçi fəaliyyətinə görə məhkəmə istintaqına məruz qalmışdır və əvvəllər (cari ilin aprel ayında) oxuduğu məktəbin direktoru tərəfindən 3 gün müddətinə məktəbdən qovulmuşdur. Son 4-5 ildə İran məktəblərində tədrisin yalnız fars dilində aparılması qeyri-fars xalqların, o cümlədən, azərbaycanlıların, kürdlərin, ərəblərin müxtəlif təbəqələrinin etiraz obyektinə çevrilmişdir.


2008-ci ilin may ayında bir illik məhkumluğunu çəkmək üçün Xoy həbsxanasına göndərilən Azərbaycan yazıçısı Həmid Rüstəmi (Arğış) cəzasının yarısını (altı ay) çəkdikdən sonra şərti azadlıq hüququndan istifadə etməklə, bu yaxınlarda (2008-ci ilin noyabrında) azadlığa çıxmışdır. Milli kimlik uğrunda mübarizə aparan bu azərbaycanlı yazıçı ötən il Xoy inqilab məhkəməsinin hökmü ilə bir il həbs, iki il Bicara sürgün cəzasına məhkum edilmiş və onun əsərlərinin nəşrinə üç il müddətinə qadağa qoyulmuşdu. Bildirilir ki, onun sürgün edilməsi ilə bağlı hökm ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. Rüstəmi 21 fevral 2006-cı ildə Beynəlxalq Ana Dili Günündə Azərbaycan şəhərlərində keçirilən kütləvi həbslər zamanı Xoy şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış və qeyd olunan hökmlə üzləşmişdi.


Əhli-həqq məzhəbindən olan məhbusların durumu


Urmiya zindanındakı əhli-həqq məhbuslarından üç nəfəri – İbadullah Qasımzadə, Səhəndəli Məhəmmədi və Bəxşəli Məhəmmədi noyabrın 17-də 13 illik həbs və sürgün cəzalarını çəkmək üçün Yəzd mərkəzi həbsxanasına köçürülmüşlər. Bunlar əhli-həqq məzhəbindən olan həmən 5 məhbusdan üçüdür ki, 2005-ci ildə «təhqiramiz vərəqələr nəşr etmək, bidətçi və


küfrlə dolu etiqad yaymaq, inqilab rəhbərini təhqir etmək, asayiş qüvvələrinə müqavimət göstərmək, icazəsiz odlu silah saxlamaq və ondan istifadə etmək, quruluşa qarşı silahlı mubarizəyə qalxmaq» kimi ittihamlarla həbs olunmuş və nəhayət, 2006-cı ildə 13 illik həbs və sürgün cəzasına məhkum edilmişdilər. Urmiyadakı əhli-həqq məhbuslarından ikisi – Mehdi Qasımzadə və Yunis Ağayan edam cəzasına məhkum olunmuşlar və hələ də həmin şəhərdəki zindanda saxlanılırlar. Onu da qeyd etmək lazımdır ki, bu məhbuslar son zamanlar iki dəfə uzunmuddətli aclıq aksiyasına əl atmışlar, bu da onların fiziki durumuna ağır təsir göstərmişdir. Onlar sentyabrın 15-dən başlayaraq, 55 günlük aclıq aksiyası keçirmişlər.

Təbrizdən açıq məktub

Təbrizdən açıq məktub
Wed, Dec 10th 2008

Təbrizdən açıq məktub



GAİP XƏBƏR Güney Azərbaycanın başkəndi Təbriz şəhərindən bir nəfər Milli Hərəkat fəalı, hüquq müdafiəçisi, jurnalist Şahnaz Qulaminin hüquqlarını Müdafiə Komitəsinə açıq məktub yazıb.

"Azadtribun"un yaydığı məlumata görə, sənəddə bildirilir ki, soydaşımızın Hüsna adında 9 yaşında bir qızı var. Təqribən bir aydır o, anasını görmür. Hüsna ata nemətindən çoxdan məhrum olub. Çünki atası vəfat edib. Hazırda ana nemətindən də məhrum olub. Balaca qızcığaz indi nənəsilə birgə yaşayır. Özü də Şahnaz Qulaminin anası tam danışa bilmir. Hətta qızın adını düzgün tələffüz etməyə qadir deyil. Belə olan bir məqamda bir sual ortaya çıxır. Bu balaca qız ürəyi kədərlənəndə təsəlli tapmaq üçün hansı qucağa pənah aparsın? Şahnaz Qulaminin özü vaxtilə qızı barəsində belə deyirdi: "2007-ci ilin iyununda məni bir ay zindanda saxladılar. Bu hadisədən sonra uşağın uzun müddət rahat yuxusu olmadı və tez-tez kabus görürdü. Axşamlar yuxudan diksinir, uca səslə ağlayır və məndən soruşurdu. Ana, səni aparmayıblar?" Artıq üçüncü dəfədir Şahnaz Qulamini həbs edirlər. Deyirlər onun taleyindən heç bir xəbər yoxdur. Amma heç kim demir ki, onun kimi var və onun taleyindən də xəbər gətirsin? Onun qohum-əqrabasından elə bir adam yoxdur ki, onun azadlığı üçün çalışsın. Vəkillər deyirlər ki, gərək onun yaxın qohumlarından bir nəfər gəlib yazılı formada müəyyən vəkilin yardımını tələb etməlidir. Şahnaz Qulaminin anasının əlil olduğunu qeyd etdim. Bacı-qardaşları isə ağır iqtisadi durumda yaşayırlar və özlərini təhlükəyə salmamaq üçün bu işə maraq göstərmirlər. Onun həyat yoldaşı vəfat edib və 9 yaşlı qızı da hakim və ya vəkil və ədliyyə orqanlarının, həbsxananın harada yerləşdiyini bilmir. O, ancaq məktəbə getdiyi yolu və hər gecə yuxusuna girən dəhşətli kabusu tanıyır". Məktubda qeyd olunur ki, Şahnaz Qulami azərbaycanlıdır: O, amerikalı deyil ki, ABŞ-ın xarici işlər naziri onun vəziyyətindən nigaran olsun. Onun tamam varlığı bir qələmidir yazsın və bir balaca qızıdır sevsin. Onun bir qəpik də olsun pulu yoxdur ki, sərbəst buraxılması üçün girov qoysun. Digər tərəfdən onun vaxtilə universitetdə müəllim işləmiş ərinin aylığını da vermirlər. Məhkəmə iddia edir ki, o, İranın milli təhlükəsizliyin zərbə altına alır və onun hərəkətlərinə nəzarət etmək üçün yalnız zindan əlverişli yoldur. Şahnaz Qulaminin azyaşlı qızı da heç kəsə tapşırılmadan öz gümanına buraxılıb. Niyə heç kim 9 yaşlı Hüsnanın taleyindən narahatlıq duymur? Bu, insanlığa sığırmıı". Xatırladaq ki, Şahnaz Qulami noyabrın 9-dan 10-na keçən gecə Təbriz şəhərində Qaraağac məhəlləsindəki mənzilində həbs olunub.gaip

Azərbaycan Milli Azadlıg Təşkilatı (AMAT)-ın 21 Azər- Milli Hökümətin yaradılması Günü münasibəti ilə MÜRACİƏTİ

Azərbaycan Milli Azadlıg Təşkilatı (AMAT)-ın 21 Azər- Milli Hökümətin yaradılması Günü münasibəti ilə MÜRACİƏTİ
Wed, Dec 10th 2008

Azərbaycan Milli Azadlıg Təşkilatı (AMAT)-ın 21 Azər- Milli Hökümətin yaradılması Günü münasibəti ilə


MÜRACİƏTİ



Əziz yurddaşlarımız,


21 Azer Azərbaycanın Güneyində Azərbaycan Milli Demokratik Devlətinin yaradılmasının 63`cü ildönümü münasibeti ile sizi tebrik edirik.


Bu gün-21 Azər günü Azərbaycan xalgının Milli Mücadilə tarixində ən önəmli dönüş nögtələrindən biridir. Ona göre ki, belə bir gündə Azərbaycan xalgının gəhrəmanlıglarla dolu mübarizəsi, Azərbaycanın Güneyində ilk dəfə olarag Azərbaycan adı altında demokratik devlətin yaranması ile neticələndi.


Böyük öndər Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Demokratik Dövlətinin ömrü qısa olsa da, uzun zaman yadda galan işlər ilə xalgın yaddaşında kök saldı. Bu gısa dönem icərisində sosial, siyasi, igtisadi, mədəni və başga sahələrdə aparılan radikal islahatlar, o cümlədən, demokratik islahat, torpag islahatı, ana dilində təhsilin gerçəkləşdirilməsi, türkcə nəşriyyatın yaradıması, Təbriz Universitetinin açılması və sç. bu dövlət və onun banisi ulu öndər S. C. Pişəvərinin nə dənli geniş vizionundan xəbər verir.


Milli Demökratik Dövlətin yaranması sürəsi və onun bir illik fəaliyyəti, Çağdaş Azərbaycan Milli Azadlıg Hərəkatı üçün zəngin təcrübə gaynağıdır. Bu isə o deməkdir ki, Çağdaş Azərbaycan Milli Hərəkatı fəalları bu sürəci ciddi bir şəkildə araşdırmalı, hərəkatın inkişafı yönündə bu zəngin təcrübələrdən yararlanmalıdırlar.


Dəyərli soydaşlar,


21 Azər Milli Demokratik mübarizə tariximizdə Azərbaycan xalgının qürur abidəsi olmagla yanaşı, həm də bu xalqa garşı Fars şovenizminin heç bir ölçüyə sığmayan gəddarlig örnəklərindən biridir.


21 Azər 1324-cü ildə (12 Dekabr 1945-ci il) Azərbaycan xalgının iradəsi ilə yaranan Milli Demokratik Dövlətimiz 21 Azər 1325-ci ildə fars şovenislərinin son dərəə gəddar basgıni ilə devrilmişdir. Bununla da, Azərbayan milli hərəkatı 21 azər sürəcinin təcrübələri ilə zənginləşən yeni bir mərhələyə qədəm qoydu.


Əziz həmvətənlər,


Sizi 21 Azər Milli Hökümətin yaradılmasının 64-cü ildönümü münasibəti ilə bir daha tebrik edir, Seyid Cəfər Pişəvəri kimi böyük öndərlərimizin işıq tutduğu Milli Mücadilə yolumuzda yüksək mübarizə əzmi və uğurlar diləyirik.




Azərbaycan Milli Azadlıg Təşkilati. (AMAT).

10 Aralık 2008 Çarşamba

NEFTİN GƏLƏN İL ÜÇÜN ORTA QİYMƏTİ AÇIQLANDI

NEFTİN GƏLƏN İL ÜÇÜN ORTA QİYMƏTİ AÇIQLANDI
ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına görə, neft gələn il orta hesabla 51 dollar olacaq, Azərbaycanın hesabına hasilat artacaq



ABŞ-ın Energetik, Nazirliyi gələn il üçün neftin orta qiymətinə dair proqnozlarını açıqlayıb. Bu proqnozlara görə, gələn il dünya birjalarında neft orta hesabla 51 dollara satılacaq.
Bu il üçün isə orta qiymətin 100 dollar həddində olacağı gözlənilir. Nazirliyin ekspertlərinin hesablamalarına görə, ABŞ-da və dünyada iqtisadi böhranın gözlənildiyindən daha ağır keçməsi neftə olan tələbatı azaldıb. Bu azalma gələn il də davam edəcək. Gözlənilir ki, bu il neftə olan qlobal tələbat sutkada 50 min barel az olacaq. Son 30 ildə ilk dəfədir ki, 3 il dalbadal neftə olan tələbat azalır. Qiymətlərin aşağı düşməsinə tələbatın azalması ilə yanaşı, OPEK-ə üzv olmayan ölkələrdə hasilatın artması da təsir edəcək. Bu təşkilata daxil olmayan ölkələrin neft hasilatının həcmi gələn il sutkada 450 min barel çox olacaq. Meksika, Şimal dənizi və Rusiyada hasilatın azalmasına baxmayaraq, Amerika Energetika Nazirliyinin ekspertləri Azərbaycan, Braziliya və Birləşmiş Ştatların özündə neft hasilatının artacağını proqnozlaşdırır.
Siyasət şöbəsi

AZƏRBAYCANDA BENZİN QITLIĞI YARANA BİLƏR

AZƏRBAYCANDA BENZİN QITLIĞI YARANA BİLƏR
Bakıdan Əfqanıstandakı Amerika qoşunlarına yanacaq daşınacaq



Azərbaycandan Əfqanıstandakı NATO qüvvələri üçün yanacaq daşınacaq. Britaniyada çıxan nüfuzlu “Guardian” qəzetinin yazdığına görə, NATO ölkələri Əfqanıstanda “Taliban” dəstələrinin güclü müqaviməti ilə üzləşən qüvvələrinə təchizatları çatdırmaq üçün alternativ marşrutlar axtarışındadır və bu məqsədlə müxtəlif ölkələrlə danışıqlara başlayıb (“BBC World”). Qəzet yazır ki, son vaxtlar NATO-nun Əfqanıstandakı təchizatlarına hücumların artması alyansı Əfqanıstanla şimaldan qonşu olan keçmiş sovet ölkələri ilə təcili sövdələşmələri yekunlaşdırmağa vadar edir.
Belə ki, NATO Türkmənistan, Özbəkistan və Tacikistanla bu məsələyə dair danışıqlar aparır. Razılaşma əldə olunarsa, bu, rəsmilərin dediyinə görə, artıq baş vermək üzrədir, NATO qüvvələri üçün yanacaq Bakının neft emalı zavodlarından və Türkmənistandan nəql etdiriləcək.
Hazırda isə NATO qüvvələri üçün yanacaq əsasən Pakistandakı neft emalı zavodlarından gəlir. Kontingentləri Əfqanıstanın nisbətən sakit şimal hissəsində yerləşən Almaniya ilə İspaniya ayrıca Rusiya ilə hava daşımalarına dair danışıqlar aparırlar. Qəzet yazır ki, NATO, Əfqanıstan təchizatlarının Pakistan və Aden körfəzindəki dəniz quldurlarından yan keçməsini təmin etmək üçün hətta Ukrayna ilə Belarus kimi uzaq ölkələrlə danışıqlar aparılır.
NATO-dan “Guardian”ın yazdığını təsdiq ediblər. Alyans rəsmiləri bildiriblər ki, alyans Özbəkistan, Qazaxıstan və Türkmənistan da daxil olmaqla, bir necə Mərkəzi Asiya ölkəsi ilə Əfqanıstana yeni təchizat yollarına dair danışıqlar aparır. NATO nümayəndəsinin BBC radiosuna bildirdiyinə görə, bu danışıqlar alyansın aprel ayında Rusiya ilə sövdələşmə imzaladıqdan sonra başlayıb. Amerikanın NATO-dakı səfiri Kurt Volker deyib ki, nəql yolu Pakistandan keçən hərbi təchizatlara son hücumlar hərbi cəhətdən mühüm olmasa da, ciddi narahatlıq doğurur. Təkcə ötən həftə sonu Pakistanın Peşəvər şəhərində NATO təchizat bazasına edilən basqın nəticəsində 200 çox konteyner dağıdılıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl Amerikanın Avropadakı silahlı qüvvələrinin komandanlığından yüksək səlahiyyətli rəsmi Bakıda olaraq prezident İlham Əliyevlə Əfqanıstandakı NATO qüvvələrinin təchizatına dair danışıqlar aparıb. Lakin danışıqların nəticəsi haqda açıqlama verilmirdi. “The Guardian” qəzetinin məlumatından isə görünür ki, rəsmi Bakı Əfqanıstandakı NATO qüvvələrini yanacaqla təmin etməyə razılıq vermək üzrədir. Bu, Əfqanıstandakı əməliyyatlara başçılıq edən ABŞ üçün mühüm strateji anlaşmadır. Çünki Pakistandakı qeyri-stabil vəziyyət Əfqanıstandakı NATO qoşunlarının təchizatına ciddi problem yaradır. Azərbaycan onsuz da öz hava məkanını Əfqanıstana uçan NATO təyyarələri üçün açıb, həmçinin alyansa aid hərbi-nəqliyyat təyyarələri yanacaq götürmək üçün Bakıya enmək icazəsi var. Əgər sözügedən anlaşma əldə edilsə, Bakı səmasında tez-tez Əfqanıstana silah-sursat və digər təchizat materialları daşıyan NATO təyyarələrini görmək mümkün olacaq. Yanacaq isə Bakıdakı neftayırma zavodlarından gəmi-bərə ilə Türkmənistana, oradan isə quru yoluyla Əfqanıstana daşına bilər. İqtisadi baxımdan bu anlaşma Azərbaycanın neft sənayesi üçün sərfəlidir. Çünki NATO aldığı yanacağın pulunu dünya qiymətləri ilə və nəğd ödəyir. Lakin bəzi ekspertlərə görə, Bakıdakı neftayırma zavodlarının gücü Əfqanıstandakı NATO qoşunlarını yanacaqla təchiz etməyə imkan verməyə bilər. Bu zavodlar hazırda həm daxili tələbatı ödəyir, həm də Gürcüstan və İrana benzin satır. Digər tərəfdən, İraqdakı Amerika qoşunları üçün də Bakıdan yanacaq göndərilir. Əgər Əfqanıstandakı NATO qüvvələrinin təchizatı barədə də razılaşma əldə edilsə, Azərbaycanın özündə yanacaq qıtlığının yaranması mümkündür.
Fərhad MƏMMƏDOV

300-ə YAXIN ERMƏNİSTAN ZİYALISI ABDULLA GÜLƏ AÇIQ MƏKTUB YAZARAQ «SOYQIRIMI» TANIMAQ ŞƏRTİ QOYUBLAR

300-ə YAXIN ERMƏNİSTAN ZİYALISI ABDULLA GÜLƏ AÇIQ MƏKTUB YAZARAQ «SOYQIRIMI» TANIMAQ ŞƏRTİ QOYUBLAR
2008-12-10 - 13:02:00


Ermənistan ziyalıları Türkiyə prezidenti Abdulla Gülə açıq məktub ünvanlayıblar. 300-ə yaxın ziyalının imzaladığı məktubda erməni və türk xalqları arasında dialoq və barışığın yalnız «soyqırım» tanınandan sonra mümkün ola biləcəyi vurğulanır.

«Media forum» saytının məlumatına görə, SSRİ xalq artisti Sos Sərkisyan, yazıçılar Perç Zeytuntsyan və Zori Balayanın da qolladığı məktubda qeyd edilir ki, Osmanlı imperiyasında ermənilərin soyqırımı bəşəriyyət əleyhinə müdhiş cinayətdir və Türkiyə imperiyanın varisi kimi buna görə məsuliyyət daşıyır: «Türkiənin təbliğat maşını və diplomatiyası keçmişin üstündən xətt çəkə bilməz».

Ermənistan ziyalıları Türkiyə hakimiyyətinin özündə güc taparaq «soyqırımı» tanıyacağına ümid etdiklərini bildiriblər.




«Media forum»

İRANDA YENİ QAYDALAR: KİŞİLƏRLƏ QADINLARIN QƏZVİNDƏN TEHRANA EYNİ AVTOBUSDA GETMƏSİ YASAQLANDI

İRANDA YENİ QAYDALAR: KİŞİLƏRLƏ QADINLARIN QƏZVİNDƏN TEHRANA EYNİ AVTOBUSDA GETMƏSİ YASAQLANDI
2008-12-10 - 15:24:00


Dekabrın 10-da İranın Qəzvin əyaləti (Güney Azərbaycan) hüquq-mühafizə qüvvələrinin komandanı Əkbər Hidayəti jurnalistlərə açıqlamasında Qəzvin-Tehran sərnişin avtobuslarında yeni qaydalar tətbiq edildiyini deyib. Onun sözlərinə görə, bundan sonra əyalətdən Tehrana getmək istəyən qadın və kişi sərnişinlər başqa-başqa avtobuslara bilet almalı olacaqlar. Yalnız ailəvi səfərə çıxanlara eyni avtobusda getmək icazəsi veriləcək.

«Media forum» saytı xəbər verir ki, Ə.Hidayəti şəhərlərarası avtobusların sərnişinlərin cinsiyyətinə görə ayrılmasının səbəbini tələbə qızların tələbi ilə əlaqələndirib: «Bu layihə əyalət universitetlərində təhsil alan tələbə qızların xahişi ilə həyata keçirilir. Hesab edirik ki, ictimai təhlükəsizlik səviyyəsini artırmaq üçün bu layihənin həyata keçirilməsi zəruridir».

Ə.Hidayəti layihənin vətəndaşların narahatlığına səbəb olub-olmayacağı haqda sualı belə cavablandırıb: «Hər bir yeni layihə həyata keçiriliəndə bəzi vətəndaşlar narahatlıq keçirir Lakin bir müddətdən sonra bu narahatlıqlar ortadan qaldırılır».




«Media forum»

ARKADİ QUKASYAN DAĞLIQ QARABAĞIN QƏHRƏMANI OLDU

ARKADİ QUKASYAN DAĞLIQ QARABAĞIN QƏHRƏMANI OLDU
2008-12-10 - 17:10:00




Azərbaycan torpaqlarının qanlı işğalı hesabına qurulmuş «Dağlıq Qarabağ Respublikası»nın «prezidenti» Bako Saakyan separatçı rejimin keçmiş lideri Arkadi Qukasyana ən yüksək mükafat – «Artsax qəhrəmanı» adı və «Qızıl qartal» ordeni verilməsinə dair sərəncam imzalayıb.

1997-2007-ci illərdə «DQR»ə «prezidentlik» etmiş A.Qukasyan «konstitusiya günü» münasibəti ilə təltif olunub.

İRANLA MİSİR ARASINDA YENİ GƏRGİNLİK YARANIB

İRANLA MİSİR ARASINDA YENİ GƏRGİNLİK YARANIB
2008-12-10 - 17:30:00


Dekabrın 9-da İranın Qahirədəki nümayəndəsi Misir Xarici İşlər Nazirliyinə çağırılıb. Misir xarici işlər naziri nümayəndəyə Tehrandakı Misir nümayəndəliyi qarşısında keçirilmiş aksiyalara və prezident Hüsnü Mübarəkə qarşı səsləndirilmiş şüarlara rəsmi etiraz bildirib.

Dekabrın 8-də İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») bağlı «Bəsic» (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələrinə mənsub yüzlərlə tələbə Misirin Tehrandakı nümayəndəliyi qarşısında toplaşaraq Misir, İsrail və ABŞ-a qarşı etiraz aksiyası keçirmiş, Misirin İsraillə əməkdaşlığını pisləyən bəyanatla çıxış etmiş, Misir prezidentini Qəzzə zolağında «Həmas» qrupunu mühasirəyə almaqda günahlandıraraq «Hüsnü Mübarəkə ölüm»» şüarı səsləndirmişdilər.

«Media forum» saytının məlumatına görə, xarici işlər naziri İranın Qahirədəki nümayəndəsi ilə təkbətək görüşdə İran kütləvi informasiya vasitələrində Misir hökumətinə qarşı təbliğatın aparılmasına da etiraz bildirərək hər iki ölkənin münasibətlərinə mənfi təsir göstərə biləcək bu kimi hərəkətlərin dayandırılmasını tələb edib.

1981-ci ildə qatı islamçı Xalid əl-İslambuli Misirin keçmiş prezidenti Ənvər Sədatı qətlə yetirəndən sonra Tehran küçələrinin birinə qatilin adı verilib. O zamandan iki ölkə arasında rəsmi diplomatik münasibətlər kəsilib.




«Media forum»

İrandakı səfirimiz geri çağırılsın!

İrandakı səfirimiz geri çağırılsın!

"Abbasəli Həsənovun məlum açıqlamaları Azərbaycan hakimiyyətinin Güney türklərinə münasibətinin göstəricisidir"

Xəbər verildiyi kimi, Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bu ölkənin "Mehr" agentliyinə müsahibəsində iki ölkə arasında yaranan problemlərə görə Əbülfəz Elçibəy hakimiyyətini ittiham edib.

Səfir Elçibəyin püxtələşməmiş hökumətini Cənubi və Şimali Azərbaycanın birləşməsi haqda əsassız şüarlar səsləndirərək Bakı ilə qonşu ölkələr arasında münasibətləri korlamaqda ittiham edib. Səfirin açıqlaması cəmiyyətdə ciddi narazılığa səbəb olub. Amma bu narazılıqdan doğru-dürüst nəticə çıxara bilməyən Abbasəli müəllim iki gün öncə "Bizim Yol" qəzetinə açıqlamasında daha da irəli gedib. Deyib ki, Güneydə yaşayan soydaşlarımız öz problemlərini özləri həll etməlidirlər: "Həmin insanlar Azərbaycan vətəndaşları deyil. Onlar İran vətəndaşlarıdır və problemlərini dövlətləri ilə özləri həll etsinlər". Heyrətamizdir. Əcəba, Abbasəli Həsənov kimin "dayısı"dır, pardon, kimin səfiridir? Bu adam ona görəmi İrana səfir göndərilib ki,gedib başqa ölkədə öz ölkəsini rüsvay etməklə məşğul olsun, üstəlik, səfir olduğu ölkədəki soydaşlarının deyil, onları əzən rejimin tərəfini tutsun?
Abbasəli Həsənov diplomatik statusuna görə ola bilsin Güney türklərini açıq müdafiə etməyə bilər, amma heç olmasa, susa da bilərdi.

Ağrı Qaradağlı: "Abbasəli Həsənov Azərbaycanın İrandakı yox, İranın İrandakı səfiridir"

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı Abbasəli Həsənovun məlum çıxışlarını "Alma"ya şərh edərkən deyib ki, sözügedən səfirin bu cür danışıq üslubu nə onun, nə də Güney Azərbaycan türkləri üçün təəccüblü deyil: "Abbasəli müəllim birinci dəfə deyil ki, belə fikirlər səsləndirir. Güneyli azərbaycanlılar onu Azərbaycanın İrandakı səfiri yox, İranın İrandakı səfiri hesab edirlər. Bu adam həmişə güneyli soydaşlarımızn maraqlarına zidd açıqlamalar verib. Biz dövlətlər arası münasibətlərin nə olduğunu anlayırq. Ancaq səfir də heç olmasa, soydaşlarımızn mənafeyini düşünüb məsələ ətrafında ümumiyyətlə, danışmaya bilərdi. Düşünmürəm ki, belə münasibət yalnız Abbasəli Həsənovun personası ilə bağlıdır. Belə olsaydı, ən azı onu başqası ilə əvəzləyərdilər. Səfir təyin etməyə adam tapılmır ki? Bu, sadəcə, Azərbaycandakı hakim rejimin siyasətidir, Abbasəli Həsənov da həmin siyasəti yerinə yetirir".

Arzu Səmədbəyli: "Abbasəli Həsənovu belə danışmağa Azərbaycan hakimiyyəti ilhamlandırır"

Mövzu ilə bağlı "Alma"nın əməkdaşı ilə söhbətində Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəyli isə daha sərt danışıb. Arzu bəy Abbasəli Həsənovu "diplomatiyada naşı biri" adlandırıb və əlavə edib ki, hakimiyyət onun son açıqlamalarından sonra İrandakı diplomatik korpus rəhbərliyinin dəyişdirilməsi üzərində təcili düşünməyə başlamalıdır: "Abbasəli müəllim təkcə səfir kimi yox, insan kimi də naşı olduğunu sübut etdi. O, nə səfir kimi, nə də Azərbaycan vətəndaşı kimi məsuliyyətini anlamayan, sözünü bilməyən birisidir. Hesab edirəm ki, belə "səfir" haqqında Azərbaycan hakimiyyəti, dövlət başçısı ölçü götürməli, milləti bu şəkildə ayaqlar altına atan birisi təcili şəkildə geri çağrılmalıdır".
Bununla belə, cənab Səmədbəyli hakimiyyətin A.Həsənov haqqında ədalətli ölçü götürəcəyinə əmin olmadığını da deyib: "Abbasəli Həsənovun Güney Azərbaycan məsələsinə bunca aşağılayıcı münasibətinin kökündə məhz Azərbaycanın şimalındakı rejimin siyasi xətti dayanır. Bu Adam bilsəydi ki, belə danışmaqla hakimiyyətin qəzəbinə tuş gələcək, heç vaxt həmin fikirləri dilinə gətirməzdi. Azərbaycan hakimiyyəti heç vaxt Güneydəki soydaşlarımızın təhqir və təqib olunmasını, həbsxanaya salınmasını, işgəncələrə məruz qalmasını problem kimi ortaya qoymayıb. Azərbaycan hakimiyyəti belə mövqe ortaya qoysaydı, Həsənov da bu cür naşıcasına danışmağa cəsarət etməzdi. İndiki halda səfirin münasibəti hakimiyyətin Cənubi Azərbaycandakı soydaşlarımıza olan münasibətindən qətiyyən fərqlənmir".

Zahid Oruc: "Abbasəli Həsənov Güneydəki soydaşlarımızın vəziyyətini ağırlaşdırmamaq üçün belə danışıb"

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə Abbasəli Həsənovun fikirlərinə dövlətlərarası münasibətlər çərçivəsində yanaşmağın tərəfdarıdır. Cənab Oruc "Alma"ya açıqlamasında deyib ki, Abbasəli müəllim səfir olduğundan açıqlamalarında diplomatik qaydaları nəzərə almağa məcburdur, ondan hər hansı qeyri-rəsmi şəxsin rahatlıqla danışa biləcəyi şeyləri dilə gətirməsini tələb etmək doğru deyil: "Mən Abbasəli Həsənovun səfirin müsahibəsi ətrafında müxtəlif fikirlər səsləndirilməsini təbii sayıram. Amma bununla belə, həm də hesab edirəm ki, ortada bir yanlış anlaşılma var. Səfirin fikirlərində daha artıq çağırış ona edilir ki, Azərbaycan və İran arasında münasibətlər korlanmasın, əksinə, inkişaf etsin. Bu baxımdan yanaşsaq, diplomatik bir şəxsin bu cür mövqeyi başadüşüləndir. Amma bu müsahibədən Bütöv Azərbaycan məsələsində özünü maraqlı göstərmək istəyən qüvvələrin Azərbaycan hakimiyyətinin əleyhinə təbliğat vasitəsi kimi istifadə etməsi təəssüf doğurur. Onu da nəzərə almaq lazımdır ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı səslənən istənilən yersiz fikir onların durumuna mənfi yöndə təsir edir. Azərbaycan hakimiyyəti də daim çalışıb ki, iki ölkə arasındakı münasibətlərə xələl gəlməsin və soydaşlarımızın da durumu yüngülləşsin". Zahid bəy əlavə edib ki, Güneydəki soydaşlarımızın apardığı mübarizənin xarakteri tamam başqadır rəsmi şəxslərin səsləndirdiyi hər hansı bir fikir onların vəziyyətini daha da ağırlaşdıra bilər: "Bunu inkar etmək olmaz. Ola bilsin ki, səfir də məhz bu məqamı nəzərə alıb".

Natiq Muxtarlı

Azərbaycanlı qadınların Türkiyə macəraları

Azərbaycanlı qadınların Türkiyə macəraları


İş dalınca gedirlər, amma sonra işin içindən işlər çıxır...

Son vaxtlar Türkiyə mətbuatında Azərbaycandan bu ölkəyə iş və yaşayış üçün gedən soydaşlarımız, əsasən də, zərif cinsin nümayəndələri haqqında heç də xoş olmayan informasiyalara rastlanır. Hakimiyyətin ölkədə sürətli iqtisadi inkişaf, əhalinin sosial rifah halının yaxşılaşması barədə "nağılları" fonunda həmin informasiyalar xeyli maraqlı görünür. Belə məlum olur ki, çox sayda azərbaycanlı qadınlar qardaş ölkəyə acından, maddi imkansızlıqdan deyil, kefindən gedir və orada əxlaqsızlığa yuvarlanır.

"Alma" qəzeti Türkiyədə təkcə son ayyarım ərzində azərbaycanlı zərif cinsin nümayəndələrinin də adı keçən fahişəlik, dələduzluq olaylarının bir qismi barədə məlumatları dərc etməklə, ölkədə hansısa sosial-iqtisadi inkişafdan dəm vuran hakimiyyət yetkililərini, iqtidar mirzələrini düşünməyə çağırır: əgər doğrudan da belədirsə, onda cavab verin görək, yüzlərlə azəri qadınını yad məmləkətdə çirkin yollara düşməyə məcbur edən, onları Azərbaycanın adına ləkə gətirən əməllərə sürükləyən nədir?

Zorlandı və soyuldu!

Bu il noyabrın 25-də Türkiyənin Konya şəhərində yaşayan və polisin kimliyini gizli saxladığı bir azərbaycanlı qadın (onun yetərincə gənc olduğu bildirilir) yerli əmniyyət müdirliyinə gələrək tanımadığı bir şəxs tərəfindən əvvəlcə zorlandığını, ardınca isə əl çantasındakı pulların qəsb edildiyini bildirib. Qadının sözlərinə görə, o, Konyanın Karatay ilçəsi Şəms məhəlləsindəki oteldə qalırmış. Bir səhər otel sahibi onun qaldığı otağa gəlib və vacib söhbəti olduğunu deyərək, azərbaycanlı qadını oteldən kənara çıxarıb, onu sözügedən məhəllədəki tikiliyə gətirərək, əvvəlcə zorlayıb, sonra isə çantasındakı 100 yeni türk lirəsini (təxminən 60-70 dolları) alaraq qaçıb.
Ekspertiza qadının zorlandığını təsdiqləyəndən sonra polis həmin naməlum cinayətkarın axtarışına başlayıb, amma məlumatımıza görə, hələ də manyak-qəsbkar tutulmayıb…

Trabzonda azəri fahişələr həbs edilib

Daha bir utancverici xəbər isə Türkiyənin Trabzon şəhərindən gəlib. Bu şəhərin əmniyyət müdirliyi 3 aylıq əməliyyat çalışmalarından sonra keçən ayın 31-də Trabzonun Çömlekçi adlanan məhəlləsindəki 6 otelə və bir sıra kafe və şəxsi evlərə eyni zamanda hücuma keçib. Nəticədə 86 nəfər fahişə qadın həbs olunub ki, onlardan da 57-si əcnəbidir.
Biabırçısı odur ki, əcnəbi qadınlar arasında rus, Ukrayna, gürcü və qırğız əsilli qadınlarla yanaşı, Azərbaycandan olan bir xeyli yüngül əxlaqlı zərif cinsin nümayəndəsi də var. Onlardan həmçinin əxlaqsız yollarla toplanan pullar və narkotik götürülüb. Bununla bağlı Türkiyə mediasında yer alan məlumatlara görə, əməliyyatdan sonra yaxalanan azəri əsilli fahişələrdən birinin ifadəsi yerli mediada işıqlandırılıb. Həmin ifadəsində soydaşımız olan qadın bir gecədə beş kişi ilə olduğunu və bu yola öz ölkəsində (yəni Azərbaycanda) dolanışıq tapa bilmədiyinə görə düşdüyünü deyib…
Şərhə ehtiyac yoxdur!

Bodrumda da rəzalət!

Oxşar rəzalət dörd həftə öncə Bodrumda da yaşanıb. Belə ki, polisin eyni vaxtda Türkiyənin dörd şəhərində - Bodrum, Marmaris, Antalya və İzmirdə "Salıncaq" şərti adı altında keçirdiyi əməliyyatda əksəri Azərbaycandan, eləcə də Rusiya, Gürcüstan və Ukraynadan olan 80 qadın və onları Türkiyəyə işləmək üçün gətirən cinayətkar çete yaxalanıb. Məlum olub ki, Azərbaycandan həmin çete tərəfindən "gedək, sizə Türkiyədə yüksək maaşlı iş tapacağıq" şərti ilə aparılan qadınların bir çoxu təhsillidir, onların arasında ixtisasca tibb bacısı, müəllim olanlar var. Cinayətkar qrup həmin qadınları Türkiyəyə apardıqdan sonra bu ölkənin əsas turist şəhərlərindəki otellərə dağıdaraq, onları öz bədənlərini satmağa məcbur edib. Türkiyə mediası və ictimai dairələri Azərbaycandan qadınların fahişəlik ardınca bu ölkəyə axınından ürək ağrısı ilə danışır və sual edirlər: "Neftlə zəngin bir ölkənin hökuməti öz vətəndaşlarının əxlaqsız yola düşməsinə niyə göz yumur, onların heç vicdanı ağrımırmı?"

İki azəri qadının faciəvi ölümü

Üç həftə öncə isə Türkiyədə bu ölkədə yaşayan azərbaycanlı qadınlarla bağlı başqa bir acı olay yaşanıb. Belə ki, Hakkarinin Yüksəkova ilçəsinin sakinləri yol kənarındakı ağaclıqdan iki qadın meyidi tapıblar. Polisin ilkin araşdırmaları zamanı həmin qadınların Azərbaycan əsilli olduqları anlaşıb. Bunlar 46 yaşlı Əzizə Hüseynova ilə 26 yaşlı Xəyalə Şərifovadır. Yerli media onların Türkiyəyə hansı məqsədlərlə gəldikləri, kimlər tərəfindən və hansı motivlə qətlə yetirildiklərinin hələ də açıqlanmadığını yazır.

İki azəri qadının ilginc həbsi...

Oktyabr ayının sonlarında isə Türkiyənin Amasya şəhərində Dursun və Sevil adlı ər-arvadın evində fahişəliyə cəlb edilən iki azərbaycanlı qadın yaxalanıb. Elə ev sahibləri də həbsə atılıb. Mənbəmizin bildirdiyinə görə, qadın ev sahibi sonradan azadlığa buraxılsa da, əri dəmir barmaqlıqlar arxasından canını qurtara bilməyib.
Bizi isə təbii ki, iki azəri qadının hekayəti maraqlandırır. Türk mediasının yazdığına görə, onlardan birinin 28, digərinin 31 yaşı var. Etik səbəblərdən kimlikləri açıqlanmayan qadınlar Dursunun evində "xidmət" göstərirmişlər. Onlardan 31 yaşında olanında tibbi müayinə zamanı Hepatit C virusu aşkarlanıb. Polis araşdırması zamanı azəri qadınların viza müddətinin başa çatdığı və Türkiyədə qanunsuz yaşadıqları da təsdiqini tapıb. Türk qəzetləri bildirir ki, artıq hər iki qadın Türkiyədən qovulub, onların Azərbaycana qayıtdığı bildirilir.

Azərbaycanlı qadının sevgilisi ilə inanılmaz fırıldaqçılığı

Bu olay isə Türkiyənin Antalya şəhərində yaşanıb. Təfərrüatlarını qardaş ölkə mediası belə anladır: "Antalyada torpaq mübahisəsi olan 66 yaşlı Sümbül Can adlı vətəndaş polisə müraciət edərək, özünü vəkil köməkçisi kimi təqdim edən iki nəfər tərəfindən aldadıldığını və bu zaman 3 min 800 yeni türk lirəsinin (təxminən 2500 dollar) əlindən alındığını bildirib. Bundan sonra polis dərhal araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində Sümbül Canın əvvəllər qonşusu olmuş Mustafa Ediz adlı şəxs yaxalanıb. Mustafa ifadəsində cinayətini etiraf edib və fırıldağı əslən Azərbaycandan olan sevgilisi ilə birgə törətdiyini bildirib. Beləcə, polis həmin azəri qadını da taparaq həbs edib. Məlum olub ki, qadının adı Samirə, soyadı isə Cəfərovadır. Onun 31 yaşı var.
Polis araşdırması zamanı aydınlaşıb ki, Sümbül Canın torpaq mübahisəsinin olduğunu öyrənən Mustafa Ediz onun yanına gedib və bildirib ki, əslən Azərbaycandan olan sevgilisi Bakıda hüquq təhsili alıb, hazırda Türkiyədə vəkil köməkçisi işləyir. Torpaq mübahisəsinin məhkəmə yolu ilə həllində vəkil köməkçisi olan sevgilisinin xidmətini təklif edən Mustafa bunun müqabilində yaşlı qadından 3 min 800 YTL istəyib. Yaşlı qadın Samirə ilə görüşüb, Samirə onu həqiqətən də vəkil köməkçisi olduğuna inandırandan sonra Sümbül Can tələb edilən pulu azərbaycanlı fırıldaqçı qadına ödəyib. Ancaq sonradan öyrənib ki, Samirənin köməkçisi olduğunu dediyi vəkillə heç bir əlaqəsi yoxdur, o və sevgilisi sadəcə dələduzluqla məşğuldurlar. Bundan sonra yaşlı qadın polisə şikayət edib və beləliklə, fırıldaqçılığın üstü açılıb. İndi Samirə Cəfərova və sevgilisi dəmir barmaqlıqlar arxasında saxlanılır".
Samirə Cəfərova polisə elə ilk ifadəsindəcə törətdiyi cinayəti etiraf edib, amma bu azərbaycanlı xanımın digər başqa oxşar cinayətlərdə iştirak edib-etmədiyi hələ ki məlum deyil.

Türkiyə həbsxanaları azərbaycanlılarla doludur

Bu arada maraqlı bir xəbəri də diqqətinizə çatdıraq. Aparılan hesablamalar nəticəsində məlum olub ki, Türkiyə həbsxanalarında cəza çəkən hər 20 əcnəbidən biri azərbaycanlıdır. Hazırda Türkiyənin həbs düşərgələrində 87 ölkədən 1533 əcnəbi vətəndaş cəza çəkir. Qardaş ölkədə ən çox məhkumu olan ölkə İrandır - 295 nəfər. Azərbaycan bu ölkələrin sıralamasında 5-cidir. Belə ki, hazırda Türkiyə həbsxanalarında üst-üstə 63 azərbaycanlı dustaq var. Biz bu qara statistikaya görə, İrandan başqa, Suriyanın (137 məhkum), Türkmənistanın (127 məhkum), Gürcüstan (84 məhkum) və Bolqarıstanın (67 məhkum) gerisində olsaq da, yerdə qalan 82 ölkəni qabaqlayırıq. Təəssüf…
Yeri gəlmişkən, ölkələrin siyahısına baxanda aydın olur ki, ingilislər, ruslar, ukraynalılar, hollandlar, çexlər, yunanlar, polşalılar bir yana, hətta ermənilər, qırğızlar, əfqanlar, monqollar, malayziyalılar belə başqa ölkədə özünü mədəni aparmaq səviyyəsinə görə bizi qabaqlayırlar…
Daha bir ilginc not: Türkiyə həbsxanalarında cəza çəkən azərbaycanlıların əsas hissəsi dolanışıq ardınca bu ölkəyə gəlib, sonradan fahişəliyə məcbur edilən, fırıldaqçılıqla, oğurluqla məşğul olanlardır.Buna görə yalnız onların utanması azdır.
Bir az da öz vətəndaşlarına normal həyat şəraiti yaratmayan başbilənlərin utanması da lazımdır…
http://almaqezeti.com/index.php?mod=view&id=3730
Aynur Zeynallı

Niyazinin "Rast"ı Türkiyədə səsləndirilib

Niyazinin "Rast"ı Türkiyədə səsləndirilib
XALQ ARTİSTİ MƏNSUM İBRAHİMOV: "TÜRKİYƏDƏ AZƏRBAYCAN SİMFONİK MUSİQİSİ VƏ OPERA SƏNƏTİNƏ BÖYÜK MARAQ GÖSTƏRİLİR"

Noyabrın 28-də maestro Niyazinin "Rast" simfonik muğamı Türkiyədə səsləndirilib. Qardaş ölkədən gələn dəvət əsasında reallaşan səfərdə bu əsəri İzmir simfonik orkestrinin müşayiətilə xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovdan ibarət üçlük təqdim edib. Bu günlərdə qardaş ölkədən qayıdan Mənsum İbrahimov səfər təəssüratlarını qəzetimizin oxucuları ilə paylaşıb: "Biz konsertdən üç gün qabaq Türkiyəyə məşq etmək üçün getdik. Orkestrə dirijorluq üçün dəvət alan əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovla birgə üç gün məşqimiz oldu. Noyabrın 28-də İzmir Mədəniyyət Sarayında Türkiyənin yüz nəfərlik orkestrinin müşayiətilə böyük maestro Niyazinin "Rast" simfonik muğamı səsləndirildi. Konsert anşlaqla keçdi və böyük maraqla qarşılandı. Konsert Türkiyənin dövlət televiziyası - TRT-1 tərəfindən yayımlandı. Əlavə olaraq həmin televiziya bizimlə bağlı reportaj da hazırladı. Məlumdur ki, Türkiyənin müxtəlif ali məktəblərində çox sayda azərbaycanlı tələbə təhsil alır. Biz həmin tələbələrlə görüş keçirdik. Onları maraqlandıran suallara cavab verdik. Ümumiyyətlə, səfərlə bağlı zəngin təəssüratımız var. Orada bir sıra təkliflər aldıq. Təkliflər sırasına yeni konsertlərin təşkil edilməsi də daxil idi. Türklər "Leyli və Məcnun" operasını yenidən öz opera səhnələrində görmək arzularını dilə gətirdilər. Türkiyə ictimaiyyəti ifamızda "Leyli və Məcnun" operası ilə tanış olublar. İndiyədək üç dəfə İstanbul şəhərində bu opera nümayiş etdirilib. Amma "Rast"ı Türkiyə dinləyicisi ilk dəfə eşitdi. Bu səfər zamanı, "Rast"ın təqdimatında Türkiyədə Azərbaycan simfonik musiqisi və opera sənətinə böyük maraq göstərildiyinin bir daha şahidi oldum. Yaxın gələcəkdə Türkiyə tərəfi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər əlaqədar qurumların koordinasiyası ilə "Leyli və Məcnun"un yenidən orada nümayiş olunmasını nəzərdə tutur". Türkiyədə opera musiqisinin səviyyəsinin çox yüksək olduğunu deyən M.İbrahimov qardaş ölkədəki simfonik orkestrlərin çox səriştəli olduğunu, "Rast" simfonik muğamını da möhtəşəm ifa etdiklərini nəzərə çatdırıb: "Türkiyədə ümumiyyətlə 6 opera teatrı var. Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə fəaliyyət göstərən bu teatrlar səriştəli heyətinə görə seçilir. Bizim ölkədən bir çox musiqiçilər Türkiyənin opera teatrlarında çalışırlar". M.İbrahimov Türkiyənin dövlət televiziyasında hər həftənin şənbə günü efirə verilən "Sən türkünü söylə" adlı sənət musiqisi yarışması barədə də fikirlərini bölüşüb: "Sözügedən müsabiqədə tələbəm Qızılgül Babayeva da iştirak edir. Müsabiqə təşkilatçılarının dediyinə görə, türkiyəli tamaşaçılar onu çox fəal şəkildə dəstəkləyir və Qızılgülə çoxlu səs göndərirlər".
Sevinc MÜRVƏTQIZI

Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görüləcək

Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görüləcək

Milli Teleradio Şurası yeni ildən telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görəcək. Bu barədə APA-ya Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Şura Azərbaycan dilində verilişlərin həcminin artırılmasına çalışır və bu istiqamətdə qərarlar sərt olacaq: "Azərbaycan telekanallarında ədəbi dilin normalarının pozulması, xüsusən də müxtəlif bölgələrin ləhcələrinin işlədilməsi adət halını alıb. Yeni ildən isə telekanallarda, əsasən də, aparıcıların hər hansı bölgənin ləhcəsini işlətməsindən söhbət getməyəcək, Şəki, Qazax, Naxçıvan ləhcəsi, habelə Anadolu türkcəsi ilə danışıqlara imkan verilməyəcək".

Azərbaycan nümayəndə heyətinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb

Azərbaycan nümayəndə heyətinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb
BAŞ KONSUL HƏSƏN ZEYNALOV: "KƏRBƏLAYİ İSMAYILIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ ƏN BÖYÜK UĞURLARIMDANDIR"

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə aparıcı media orqanları rəhbərlərinin və jurnalistlərinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb. Səfərin sonuncu günü - dekabrın 4-ü nümayəndə heyətinin İğdır şəhərində ermənilər tərəfindən qətlə yetirilən şəhid türklərin şərəfinə ucaldılmış muzey-abidə kompleksi ilə tanışlıqla başlanıb. Sonra qonaqlar erməni-rus işğalçılarına qarşı mübarizədə qəhrəmanlıqlar göstərmiş Kərbəlayi İsmayılın, ermənilər tərəfindən soyqırımına məruz qalaraq yurdlarından - tarixi Azərbaycan-Türk torpaqları olan İrəvan, Vedibasar, Zəngibasar və digər bölgələrdən zorla köç edilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin rəsmi açılış mərasiminə qatılıblar. İğdır yaxınlığındakı Daşburun kəndində yerləşən bu abidənin inşasının təşəbbüsçüsü Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovdur. Mərasim görkəmli tarixi simaların - Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və hər iki dövlətin müstəqilliyi uğrunda şəhid olanların xatirələrinin anımı ilə başlayıb. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra mərasim iştirakçılarına Kərbəlayi İsmayılın həyatına və keçdiyi mübarizə yoluna dair qısa arayış verilib. Bildirilib ki, Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri türk torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. Kərbəlayi İsmayıl 1948-ci ildə 78 yaşında vəfat edib. Tədbiri açan Daşburun bələdiyyəsinin rəhbəri Rza Qumtəpə bildirib ki, həmyerlilərinin ata və babaları erməni-rus təcavüzü ilə üzləşib. Bu səbəbdən onlar Vedibasar və Zəngibasardakı doğma yurdlarını, el-obalarını tərk edərək burada məskunlaşıblar. R.Qumtəpə, həmçinin Daşburun qəsəbəsinin tarixinə dair də maraqlı faktlar açıqlayıb. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov abidənin ucaldılmasında əməyinin olduğuna görə fəxr etdiyini dilə gətirib. Abidənin ərsəyə gəlmə tarixçəsindən ətraflı bəhs edən baş konsul onu türk-azəri birliyinin yeni təcəssüm simvolu kimi dəyərləndirib, bu günü həyatında fəaliyyətinin ən uca nöqtəsi və ən böyük uğuru kimi qiymətləndirib. Millət vəkili Nizami Xuduyev Azərbaycan xalqının uzun illər Kərbəlayi İsmayıl kimi qəhrəmanların həyat yolu barədə təsəvvürə malik olmamasından təəssüfləndiyini bildirib: "Heç şübhəsiz, bu gün türk tarixinin önəmli hadisəsi baş verir. Mərhum Fərman Kərimzadənin əsəri əsasında çəkilmiş "Axırıncı aşırım" bədii filmi olmasaydı, biz yəqin ki, Kərbəlayi İsmayılın, bütövlükdə Azərbaycan xalqının rus-erməni işğalına qarşı apardığı silahlı mübarizəsi haqqında məlumatsız qalacaqdıq. Biz azərilər uzun illər sovetlərin tərkibində olmuşuq və obyektiv səbəblərdən məsələyə dəyər verə bilməmişik". "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq qəzeti"nin şöbə müdiri Tahir Aydınoğlu çıxışlarında türk-azəri birliyinin müxtəlif dönəmlərdəki durumuna nəzər salıblar. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti 1918-ci ildə Bakının erməni-daşnaq birləşmələrindən azad edilməsində türk ordusunun müstəsna roluna çəkib. O, I Dünya müharibəsi illərində Azərbaycandan Osmanlı türklərinə edilən dost yardımlarına, həmçinin çar Rusiyasına əsir düşmüş türk əsgər və zabitlərinin azadlığa çıxmaları istiqamətində Azərbaycan ziyalılarının mübarizəsinə dair də maraqlı faktlar açıqlayıb. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli belə bir ehtiramı önəmli hadisə kimi dəyərləndirməklə yanaşı, Qarsda erməni-türk birliyini əks etdirən abidənin də ucaldılmasından təəssüf hissi ilə söhbət açıb. O, tarixi faktlara müraciət edərək bu cür halların sonradan böyük fəsadlarla müşayiət oluna biləcəyinin adi ehtimaldan deyil, dürüst gerçəklikdən qaynaqlandığını vurğulayıb. Çıxışlardan sonra mərasim iştirakçıları abidə barədə ətraflı tanış olaraq onun memarlıq və digər xüsusiyyətləri barədə məlumat toplayıblar. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov media təmsilçilərinin üçgünlük səfərlərinin yekunları barədə danışarkən bildirib ki, jurnalistlərimiz əvvəllər də hər iki bölgənin qonağı olublar. Əgər ilk iki tədbir əsasən tanışlıq xarakteri daşıyırdısa, bu dəfə missiya fərqli olub: "İndi biz əlaqələrin daha da inkişafında, mediamızın bölgədəki qlobal proseslər fonunda olayları ətraflı, dərin analitik düşüncə tərzi ilə işıqlandırmasında maraqlıyıq. İğdır və Qars səfərlərini Türkiyə daxilindəki yaşantıları və insanların bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə münasibət tərzini öyrənmək nöqteyi-nəzərdən əlamətdar hadisə kimi dəyərləndirirəm. Onu da deməliyəm ki, mövcud təməlin qurulmasında baş konsulumuz cənab Həsən Zeynalovun müstəsna xidmətləri var".