azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ağustos 2008 Perşembe

Azərbaycan dili xarici unversitetlərdə tədris ediləcək

Azərbaycan dili xarici unversitetlərdə tədris ediləcək

Azərbaycan dili xarici ölkələrin ali təhsil ocaqlarında tədris olunacaq. Artıq Azərbaycanın İtaliya və Macarıstandakı səfirlikləri bu təkliflə bağlı araşdırmalara başlayıb. Məsələ həllini tapandan sonra həmin ölkələrə Azərbaycandan kifayət qədər yüksək səviyyəli biliyə malik müəllim heyəti göndəriləcək. Təhsil Nazirliyindən «Lider» televiziyasına verilən məlumata görə, müvafiq strategiyanın hazırlanması üçün Xarici İşlər Nazirliyinə də müraciət olunub.

-----------------------------------------------------------------------

Ermənilər Füzulidə yanğın törədiblər

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar törətməyə davam edir.
Erməni hərbçiləri dünən Azərbaycanın Füzuli rayonu ərazisindəki Ərgünəş dağına od vurublar. Nəticədə iri otlaq sahələri yanaraq külə dönüb. Yanğın daha sonra meşə zolağına keçib. Hazırda meşə zolağındakı yanğın davam edir. // APA

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb



Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, ruhani ötən il tanınmış tarixçi-alim Səməd Sərdarniyaya həsr olunan mərasimdə dövlət quruluşuna qarşı çıxış etməkdə ittiham olunub və onun fəaliyyəti milli ayrı-seçkilik kimi qiymətləndirilib. Bu işlə əlaqədar avqustun 12-də isə Təbriz İnqilab Məhkəməsində hazırlıq iclası keçirilib. Höccət-ül-islam hazırda Qum şəhərinin “Ləngəvud” həbsxanasında saxlanılır, səhhəti normaldır. Lakin ruhaninin müdafiəsinin təşkili üçün vəkil tutulmasına imkan verilmir. Əbdüləziz Əzim Qədimiyə qarşı təzyiqlərə etiraz olaraq, Qumda yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttari isə may ayında həbs olunublar.


Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən də iki il öncə Ə.Ə. Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib. Mayın 2-də isə o, yenidən 1 il müddətinə həbs olunub. O, milli, irqi, sosial düşmənçiliyin salınması maddəsi ilə təqsirləndirilib. apa

İran BTC-yə alternativ kəmər təklif edir

İran BTC-yə alternativ kəmər təklif edir


İran çəkilməsi nəzərdə tutulan Neka-Cask ixrac neft kəmərinin Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinə layiqli rəqib və əvəz ola biləcəyini bəyan edib.

APA-nın məlumatına görə, İranın Milli Neft Şirkətinin icraçı direktorunun investisiya üzrə müavini, doktor Höccətulla Hənimifard İRNA-ya bildirib ki, bir qədər əvvəl Türkiyədə baş vermiş partlayış və neftin BTC vasitəsilə nəqlinin dayandırılması bu beynəlxalq layihənin təhlükəsizliyini və ekoloji etibarlılığını şübhə altına qoyub.
İran rəsmisi BTC-nin təkcə Türkiyə deyil, Gürcüstan hissəsinin də hər an təhlükə ilə üzləşə biləcəyini vurğulayıb. O, Neka-Cask neft kəmərinin texniki göstəricilərinə görə də BTC-dən geri qalmadığını bildirib.
İran neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Nohrekar-Şirazi isə bildirib ki, artıq Rusiya və Qazaxıstanın Neka-Cask neft kəmərinin inşasında iştiraka hazır olduğunu bəyan edib. Hazırda kəmərin çəkilməsi üçün optimal marşrutun seçilməsi istiqamətində iş aparılır. İran rəsmiləri yeni çəkiləcək kəmərin əvvəlkilərə nisbətən iqtisadi cəhətdən daha səmərəli olacağını da bildirirlər.

Oksford Universiteti: “İranın daxili işlər naziri universitetimizin diplomunu saxtalaşdırıb”

Oksford Universiteti: “İranın daxili işlər naziri universitetimizin diplomunu saxtalaşdırıb”




Tehran-APA. İranın yeni daxili işlər naziri Əli Kordanın malik olduğu Oksford Universitetinin diplomu saxtadır. APA-nın “Assosiated Press”ə istinadən yaydığı məlumata görə, bununla bağlı universitetin rəhbərliyi rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, universitet Əli Kordana heç zaman hüquq elmləri doktoru fəxri adına layiq görməyib və bununla bağlı yeni daxili işlər nazirinin İran parlamentində səsləndirdiyi fikirlər yanlışdır.

Qeyd edək ki, Əli Kordan öz iddiasını isbatlamaq üçün 2000-ci ilin iyununda Oksford Universitetindən aldığı diplomu nümayiş etdirib. Universitet rəhbərliyi isə İran mətbuatında fotosu dərc olunan diplomda çoxlu sayda orfoqrafik, stilistik və tərtibat səhvlərinin olduğunu bildirib. Rəhbərlik qeyd edib ki, nümayiş olunan diploma imza atan şəxslər doğrudan da Oksford Universitetinin professorlarıdır, amma onların hüquq elminə heç bir aidiyyəti yoxdur və elmi dərəcələrin verilməsi haqqında sənədləri imzalamaq hüququna sahib deyillər.

Əli Kordan iyunun 5-də İran parlamentində keçirilən səsvermə nəticəsində ölkənin yeni daxili işlər naziri təyin olunub. Müzakirələr zamanı onun namizədliyinin əleyhinə çıxanlar Əli Kordanın kifayət qədər peşəkar olmadığını və hüquq təhsili almadığını əsas gətiriblər. İran Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız adlandırıb və Əli Kordanın Oksford Universitetindən aldığı diplomun həqiqi olduğunu bildirib. apa

Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşı bu gün azad edilib

Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşı bu gün azad edilib


Bak. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı danışıqlar nəticəsində bu il fevralın 19-da Ermənistanın İcevan rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşı, Qəbələ rayonu, Zalam kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubov Arzu Nurəddin oğlu bu gün Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib. Məlumata görə, A. Eyyubovun sağlıq durumu normaldır.

Prosesdə Dövlət Komissiyası İşçi qrupunun və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak edib. Proses beynəlxalq humanitar hüquq normalarına uyğun keçirilib və insidentsiz başa çatıb. apa

13 Ağustos 2008 Çarşamba

“QƏRBİN RUSİYAYA QARŞI TƏZYİQ RIÇAQLARI CİDDİDİR”

“QƏRBİN RUSİYAYA QARŞI TƏZYİQ RIÇAQLARI CİDDİDİR”
Qabil Hüseynli: “Artıq Kreml əleyhinə böyük kampaniya başlayıb”



Rusiya açıq-aydın Qafqazda nəzarəti tam ələ keçirmək istəyir. Cənubi Osetiya ilə bağlı məsələni bəhanə edərək, daha böyük planlarını həyata keçirməyə çalışan Kreml Gürcüstanı faktiki, işğal etməyə səy göstərir. Moskva Gürcüstanda, Osetiya və Abxaziyada öz mövqeyini möhkəmlədəndən sonra Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinə nəzarəti də ələ keçirmək niyyətini gizlətmir.
Faktiki surətdə Rusiya Cənubi Qafqazda “at oynadır”. Bəzi ekspertlərə görə, onun bu hərəkəti cavabsız qalmayacaq. Bəs Moskvanı durdurmaq üçün Qərbin Kremlə hansı təzyiq imkanları var?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli artıq Rusiya əleyhinə böyük bir kampaniya başladığını dedi: “Bu gün (dünən - red). yeddi böyük ölkənin rəhbəri Tiflisə gəlir. Həmçinin, NATO hərbi-siyasi şurasının təcili toplantısı keçirilir. Bir sıra dövlətlərin rəsmi bəyanatları yayılmaqda davam edir. Rusiya geri çəkilməyəcəyi təqdirdə ona qarşı geniş miqyaslı sanksiyaların tətbiq edilməsi, BMT Təhlükəsizlik Şurasının Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqda qərarın çıxarılması planlaşdırılır. Perspektivdə isə daha sərt addımların atılacağı istisna deyil. Məsələn, Rusiyanın ”böyük səkkizlik"dən çıxarılması, onun iqtisadi cəhətdən təcrid edilməsi, bu dövlətlə olan iri xarici şirkətlərin geri çağırılması və digər addımların atılması gözlənilir".
Politoloq qeyd etdi ki, bu hadisələrdən sonra Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv edilməyəcəyi artıq faktdır: “Bundan başqa Rusiyanın digər beynəlxalq təşkilatlardan qovulması və ya onun fəaliyyətinin dondurulması da gündəlikdə duran məsələlərdir. Bu məsələdə bumeranq effekti artıq özünü göstərməkdədir. Rusiyaya qarşı əks siyasi proseslər başlayıb. Bunu Dik Çeyninin çox sərt bəyənatı, Corc Buşun ondan az kəskin olmayan açıqlamaları, Polşa, Ukrayna və digər ölkələrin prezidentlərinin bəyanatları da təsdiqləyir. Rusiya faktiki surətdə özünü tələyə salıb”.
Q.Hüseynli bildirdi ki, Gürcüstanın tez bir zamanda NATO-ya qəbulu Rusiyaya qarşı daha bir təzyiq mexanizmi ola bilər: “Sözsüz ki, bu müzakirə predmetidir. Elə bu gün (dünən - red.) NATO-nun hərbi-siyasi şurasının toplantısında Gürcüstan və Ukraynanın təcili surətdə bu quruma üzv olunması məsələsi müzakirə olunur. Onlara ”Yol xəritəsi" təqdim ediləcək və güman ki, bu ilin sonunda NATO-nun zirvə toplantısında bu ölkələr quruma daxil ediləcəklər".
Bəs Rusiya ona qarşı atılan addımlardan nəticə çıxaracaqmı? Qabil Hüseynlinin fikrincə, Rusiyanın müəyyən - ayıq prosesləri anlaya bilən dairələrində məsələnin Kreml üçün tələ olduğunu başa düşənlər var: “Amma Vladimir Putin kimi gözünü qan örtmüş, əli qana batmış adamlar hələ də məsələnin siyasi perspektivləriin görməyi bacarmırlar. Başa düşə bilmirlər ki, bütün dünya ictimaiyyəti artıq Rusiyaya qarşıdır. Hətta Pekində keçirilən yay olimpiya oyunlarında istənilən yarışda Rusiya oyunçuları iştirak edəndə onları fitə basırlar. Bunun nəticəsidir ki, Rusiya indiyədək bir dənə də olsun qızıl medal qazanmayıb. Hətta medalların sayına görə, birinci onluğa düşməyib. Rusiya artıq törətdiyi əməllərin acı nəticəsini dadmaqdadır”.
Elşad MƏMMƏDLİ

musavat

"ABŞ Rusiyanın maskasını çıxardı"

"ABŞ Rusiyanın maskasını çıxardı"

Qüdrət Həsənquliyev: "Mixail Saakaşvili ABŞ-ın razılığı olmadan Cənubi Osetiyanı qaytarmağa cəhd etməzdi"
- Seçki hazırlıqlarınız necə gedir?
- Bazar günü imza vərəqələrini götürmüşük və bu gündən imzatoplama kampaniyasına başlamışıq. İmza vərəqələri rayon şöbələri arasında 500-dən 1500-dək olmaqla bölünüb. Partiya rəhbərliyində təmsil olunan şəxslər kənd rayonlarına göndərilib. Orada imza vərəqələri rayon şöbələrinin sədrlərinə təqdim olunacaq. Avqustun 28-dək imza toplayıb bizə təqdim etməlidirlər. Bir həftə ərzində digər sənədləri də əlavə edib Mərkəzi Seçki Komissiyasına verəcəyik. Hələlik heç bir problem və narahatlıq yoxdur.

- Bir neçə gün əvvəl Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdi. Bu partiyadan bir neçə il əvvəl ayrılmış şəxs kimi siz Qulamhüseyn Əlibəylinin addımını necə qiymətləndirirsiniz?
- Normal qiymətləndirirəm. Bu addım gözlənilən idi, bəlkə də bir qədər gecikmişdi. Hamı bilir ki, üç ilə yaxındır onlar Ali Məclisin iclasını keçirə bilmirlər. Vaxtilə Ali Məclisin üzvü olmuş şəxslər partiyadan ayrılıb. Onlar hətta qurultay belə keçirə bilmir. İndi Əli Kərimlinin ətrafında bir neçə şəxs qalıb. Qulamhüseyn Əlibəyli ehtiyatlı siyasətçidir. O, tam əmin olandan sonra bu addımı atıb.
- Son günlər Gürcüstanda baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Mən Mixail Saakaşvilini o qədər də təmkinli və yüksək intellektə malik siyasətçi hesab etmirəm. Ancaq onun Cənubi Osetiyanın qaytarılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Hər halda ABŞ-ın razılığı olmadan o, bu addımı atmazdı. Bir qədər əvvəl ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstana səfər etmişdi. Ola bilsin, ABŞ Rusiyanın Gürcüstan ərazisinə qoşun yeridəcəyini tam proqnozlaşdırmamışdı. Hazırda ABŞ prezidentliyinə namizədlər Con Makkeyn Rusiya ilə sərt, Barak Obama isə yumşaq rəftarın tərəfdarıdır. Mənə elə gəlir ki, bu hadisədən sonra ABŞ Rusiyanın maskasını çıxardı. Bu, bir növ Gürcüstanı qurban verməklə baş tutdu. Bəlkə də onlar bir güllə ilə iki dovşan vura biləcəklərini düşünürdülər. Rusiyanın son addımından sonra bütün dünyada antirus əhval-ruhiyyəsi güclənib. Son hadisələr ABŞ-ın daxili siyasətində Makkeynin xeyrinə işlədi. Baş verənlər həm də Gürcüstanın hərbi əməliyyatlara hazır olmadığını göstərdi. Əgər onlar rus ordusunun qarşısında bir həftə duruş gətirsəydilər, Gürcüstan Osetiya üzərində tam mənada suverenliyini bərpa edə biləcəkdi. Bu proses Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə psixoloji cəhətdən mənfi təsir göstərəcək. Avropa və ABŞ Gürcüstanı silahlandırmalı və gürcü xalqına rus ordusuna müqavimət göstərmək üçün kömək etməlidir. Vaxtilə kiçik bir respublika olan Finlandiya Rusiyaya lazım olan müqaviməti göstərib. Saakaşvilinin cəsarət nümayiş etdirib Qoriyə getməsi nə qədər təqdirəlayiq idisə, orada partlayış səsi eşidəndən sonra hətta mühafizəçilərdən də qabağa düşüb qaçması bir o qədər utanc gətirən bir hal idi.
xalqcebhesi

Avqustun 22-də Əbülfəz Elçibəy anılacaq

Avqustun 22-də Əbülfəz Elçibəy anılacaq


Turqut

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KAXCP) avqustun 22-də Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyi anacaq. Xatırladaq ki, hər il avqustun 22-si Savalana yürüş günü kimi qeyd olunur. Həmin gün KAXCP Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək, onun qəbri üzərinə gül dəstələri qoyacaq.
----------------------------------------------------------------------
Gürcüstan Haaqa məhkəməsində Rusiyaya qarşı iddia irəli sürüb

Gürcüstan Haaqa məhkəməsində münaqişə zonalarında gürcülərin etnik təmizlənməsi faktları üzrə Rusiyaya qarşı rəsmi surətdə iddia irəli sürüb. Bu barədə çərşənbə günü keçirilən brifinqdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya məlumat verib. «İddianı Niderlanddakı səfirimiz irəli sürüb və sənəd «1992-2008-ci illərdə gürcülərin etnik təmizlənməsi» adlanır», - deyə o bilidirb. Lomaya qeyd edib ki, bu, bir ölkənin digər dövlətə qarşı iddiasıdır. «Qeyd etmək lazımdır ki, bizim iddia dərhal qəbul olunub», - deyə o söyləyib.
ucnoqta

İRAN PREZİDENTİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

İRAN PREZİDENTİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

İran prezidenti Əhməd Necatın sabahdan Türkiyəyə rəsmi səfəri başlayır. Səfər çərçivəsində İran prezidentinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti Abdullah Gül ilə görüşü planlaşdırılıb. Görüşdə bölgədəki siyasi vəziyyət, İranın nüvə məsələsi ilə yanaşı, iqtisadi və mədəni məsələlərin müzakirə ediləcəyi istisna edilmir. İran prezidenti Əhməd Necatın səfəri ilə bağlı olaraq Ankarada geniş təhlükəsizlik tədbirləri görülüb. /İctimai TV/

SAAKAŞVİLİ ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB?

SAAKAŞVİLİ ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB?
Rus mətbuatı Gürcüstan prezidenti haqqında dezinformasiya yayır



Rusiyanın “Tvoy den” qəzeti Gürcüstan prezidenti Mixail Saakaşvilinin psixoloji vəziyyəti barədə sensasion yazı dərc edib. Yazıda iddia olunur ki, müharibədə uduzduğunu hiss edən Mixail Saakaşvili guya özünü güllələmək istəyib, amma mühafizəçisi tapançanı onun əlindən son anda alıb.
Yazıda Gürcüstan iqtidarındakı mötəbər mənbəyə istinadən o da göstərilir ki, Saakaşvili çox güclü təsir gücünə malik psixotrop maddələr qəbul edir. “Cəbhə bölgəsindən qayıdandan sonra onun vəziyyəti daha da gərginləşib. Onun əlləri, zorla gülümsəmək istəsə də dodaqları əsir”- deyə qəzet yazır.
Qəzetin yazdığına görə, Saakaşvili öz həyat yoldaşı Sandranı uşaqları ilə birgə ABŞ-a göndərib: “İndi onu daha çox narahat edən məsələ isə Sxinvalidə törətdiyi cinayətlərə görə osetinlərin ondan qisas alacağı qorxusudur. Çünki bura Qafqazdır. Burada qan düşmənçiliyi ənənələri hələ də mövcuddur. Osetinlər onu Amerikada da olsa tapacaqlar”.
“Tvoy den”in yazdıqları əslində bir daha sübut edir ki, Rusiya Gürcüstan prezidentinin fiziki cəhətdən məhv etməkdə israrlıdır, bu tip yazılar isə ona qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Saakaşvili srağagün Qoriyə səfəri zamanı səmada qəfildən peyda olan rus təyyarələri onun həyatına təhlükə yaratdı. Əslində bu tip yazılar nə vaxtsa baş verməsi ehtimal olunan sui-qəsd üçün ideoloji zəmin də hesab oluna bilər.
SƏBUHİ
musavat

Almaniyada üç türk öldürüldü - FOTOLENT

Almaniyada üç türk öldürüldü - FOTOLENT







Almaniyada üç türk öldürülüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, dünən axşam Almaniyanın Hessen əyalətində dondurma dükanına basqın olub.

Darmştadt şəhərinə yaxın olan Rüsselheim qəsəbəsində bir italyana məxsus obyektə naməlum şəxslər silahlı hücum edib. Nəticədə burada oturan üç türk vətəndaşı aldıqları güllə yaralarından yerindəcə keçiniblər. hadisə yerində olan yunan qadın isə ağır yaralanıb. Almaniya polisi qatilləri yaxalamaq üçün irimiqyaslı əməliyyata başlayıb.

LENT.AZ

2020-ci ildə ABŞ ordusunun 30 faizi robotlaşdırılacaq

2020-ci ildə ABŞ ordusunun 30 faizi robotlaşdırılacaq

2020-ci ildə ABŞ ordusunun 30 faizi robotlaşdırılmış olacaq. Lent.az-ın xəbərinə görə, Sent-Luis şəhərindəki Vaşinqton Universitetindən Daq Fyu və Bill Smartın araşdırmasında belə deyilir.
Müəlliflər qeyd ediblər ki, araşdırmalarında “robot” sözünü istənilən avtomatlaşdırılmış işlə bağlı işlədiblər. Hazırda ABŞ ordusunda geniş şəkildə pilotsuz təyyarələr geniş tətbiq olunur. Yerdə isə robotlardan minalanma üçün istifadə edilir. Məsafədən idarə olunan zirehli maşınların yaradılması üçün də işlər görülür.

LENT.AZ
----------------------------------------------------------------------
Şevardnadze: “Sxinvaliyə girmək ölümcül səhv idi”

Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ölkəsində baş verənlərə münasibət bildirib.

Lent.az-ın xəbərinə görə, Şevardnadze Almaniyanın “Bild” qəzetinə müsahibəsində Cənubi Osetiyaya qoşun yeridilməsini “ölümcül səhv” adlandırıb: “Hərbi əməliyyat çox pis hazırlanmışdı. Gürcüstan Sxinvaliyə bu cür hazırlıqsız şəkildə girməməliydi”.

Sabiq prezident regionda vəziyyətin çox gərgin olduğunu, Qərb dövlətlərinin yardımı ilə sülh əldə ediləcəyinə ümid etdiyini söyləyib.

LENT.AZ

İranın beş şirkətinə qarşı yeni sanksiyalar tətbiq edilib

İranın beş şirkətinə qarşı yeni sanksiyalar tətbiq edilib




ABŞ İranın beş şirkətinə qarşı nüvə proqramına yardım ittihamı ilə yeni sanksiyalar tətbiq edir. Amerikanın Maliyyə Naziriliyinin bu gün açıqladığı bəyanatda deyilir ki, bu ölçü Amerika yurisdiksiyasına əsasən kütləvi qırğın silahlarının yayılmaması məqsədi ilə hesabların dondurulmasını nəzərdə tutur. Sanksiyalar həm də amerikalı fərdlər və şirkətlərin İranın bu şirkətlərilə təmas qurmasını yasaqlayır.
VOA

RUSİYANIN ƏSL HƏDƏFİ XƏZƏR NEFTİDİR


çııÖÖçşıÜü13.08.2008 [06:03] Fontu böyüt:

RUSİYANIN ƏSL HƏDƏFİ XƏZƏR NEFTİDİR Qərb analitikləri deyirlər ki, Moskva bölgədəki alternativ enerji marşrutlarını ələ keçirmək istəyir Qərb mətbuatı və ekspertləri Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzünü Xəzər nefti uğrunda Moskva ilə Qərb arasında neçə vaxtdır gedən mübarizənin nəticəsi kimi şərh etməkdədir. Belə fikirlər var ki, artıq Rusiya Gürcüstana təcavüz etməklə bu ölkədən enerji nəqli marşrutlarını təhlükədə qoyub və bununla da Qərbin illərdir yürütdüyü enerji diplomatiyasının üstündən tanklarla keçib. Çünki ABŞ başda olmaqla Qərb ölkələri bölgədəki enerji maraqlarını qorumaq üçün acizik nümayiş etdirirlər və “rus ayısı”nı dayandırmaq üçün diplomatiyadan o yana heç bir əməli addım ata bilmirlər. Ümumiyyətlə, görünür ki, Qərb bu situasiyaya qətiyyən hazır deyilmiş və yaranmış vəziyyətdə Gürcüstanı qəzəblənmiş ayının pəncəsindən xilas edə bilmək üçün heç bir hazır plana malik deyil. ABŞ-ın “Sky News” telekanalının şərhində deyilir ki, əslində Gürcüstanda baş verənlər neft-qaz kəmərləri uğrunda müharibədir. Bildirilir ki, cəmi 3 il əvvəl açılan Bakı-Tiflis-Ceyhan neft kəməri dünya bazarlarına sutkada 1.2 milyon barrel neft çıxarırdı. Lakin Cənubi Osetiya ətrafında savaş başlayanda kəmər artıq Türkiyə ərazisində partladılmışdı. “Kürd separatçıları bu partlayışa görə məsuliyyəti üzərlərinə götürdülər və BP alternativ marşrut axtarmalı oldu.” Bildirilir ki, vaxtilə Azərbaycan neftinin ixrac marşrutu seçiləndə neft şirkətləri kəmərin daha təhlükəsiz ölkədən keçməsini təklif etmişdilər. O zaman variantlar arasında kəmərin Ermənistan və ya İrandan keçməsi təklif olunub, lakin daha təhlükəsiz ölkə kimi Gürcüstan seçilib. Lakin indi görünür ki, Gürcüstan heç də təhlükəsiz marşrut deyilmiş. Bildirilir ki, BTC ilə nəql edilən neftin əsas hissəsi İtaliya, Fransa və İspaniyaya, bir hissəsi isə Yaxın Şərqə gedir. “Artıq Rusiya təyyarələrinin BTC-yə bomba atdığı haqda xəbərlər yayılıb. Əgər belədirsə o zaman 10 il əvvəl Ceyms Bondun filmindəkilər gerçək ola bilər. Həmin filmdə Bond Qafqazdan keçən neft kəmərini rus terrorçusundan xilas edirdi.” Xatırladaq ki, avqustun 11-dən Azərbaycandan neft ixracı bütünlüklə dayanıb. BTC-nin partladılmasından sonra Azərbaycan nefti Bakı-Supsa ilə Gürcüstan limanlarından nəql olunurdu. Lakin Gürcüstandakı müharibə üzündən neft tankerləri artıq Batumi və Poti limanlarına yan ala bilmir, Supsa limanı isə məhdud rejimdə işləyir. Azərbaycan öz neftinin bir hissəsini Bakı-Novorosiysk kəməri ilə nəql etməyə başlamışdı və kəməri idarə edən “Transneft” şirkətindən həcmi artırmağı xahiş etmişdi. Lakin gözlənilmədən Rusiya şirkəti elan etdi ki, kəməri profilaktik təmirə dayandırır. Bununla da Azərbaycandan neft ixracı praktiki olaraq dayanmış oldu. Elə bu fakt göstərir ki, Qafqazda baş verənlərin arxasında Rusiyanın Xəzər neftinə sahib olmaq planları dayanır. BP şirkəti bildirib ki, Azərbaycan nefti boru kəməri ilə Supsaya və dəmir yolu ilə Batumiyə göndərilir, lakin bu limanlardan tankerlərlə neftin nəqli barədə heç bir şərh verilmir. Gürcüstanda döyüşlərin neftin ixracına təsir göstərib-göstərmədiyinə gəlincə isə, BP-nin təmsilçisi Robert Vayn BBC-yə açıqlamasında bildirib ki, hazırda təsir göstərməyib, amma vəziyyət nəzarət altında saxlanır. Bəs Gürcüstandakı münaqişənin bölgədəki neft-qaz infrastrukturuna nə kimi təsiri ola bilər? Bu suala energetika təhlükəsizliyi üzrə ekspert Con Roberts belə cavab verib: “Bu, daha çox qısamüddətli yox, uzunmüddətli problemdir. Qısamüddətli prizmadan baxsaq, maraqlısı budur ki, bu hadisələrdən 2-3 gün əvvəl BTC kəmərində yanğın baş vermişdi. Bunun artıq özü o demək idi ki, kəmər 2-3 həftə bağlı olacaqdı. Bazarlar artıq bu kəmərin qısamüddətdə qapalı olacağını nəzərə alıblar. Bu o deməkdir ki, onlar indi soyuq başla bu kəmərin qapalı qalması variantını qiymətləndirə bilərlər. Lakin uzunmüddətli variantda məsələlər qat-qat mürəkkəbdir.” “Mərkəzi Asiya da öz neftinin bir hissəsini BTC kəməri ilə ixrac etmək niyyətində idi. İndi, necə bilirsiniz, onlar fikirlərini dəyişə bilərlərmi” sualına ekspert cavab verib ki, bu, qiyməti 64 milyard dollar olan bir sualdır. “Biz hələ bilmirik ki, bu region nə qədər müddətə sabitləşəcək. Cənubi Osetiya münaqişəsi sübut etdi ki, adları səhvən ”donmuş" qoyulmuş münaqişələr istənilən vaxt od püskürə bilər. Kəmər tikmək, bu tikinti üçün maliyyə təşkil etmək o deməkdir ki, fəlakətlər zamanı üçün təminat da olmalıdır. Bu bölgədə hazır kəmərlər var - Bakı-Tiflisi-Ceyhan neft kəməri və Bakı-Tiflisi-Ərzrum qaz kəməri. Lakin əgər Mərkəzi Asiyanın nefti və qazı da bu kəmərlərlə veriləcəksə, onda bu kəmərlərin tutumunu artırmaq, hətta, mən deyərdim, yeni kəmərlər çəkmək lazım gələcək. Bax bu məqamda maliyyə tapmaq əvvəlkindən qat-qat çətin olacaq." Con Roberts deyib ki, baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. O xatırladıb ki, bir neçə gün bundan əvvəl BTC iddia olunduğu kimi, PKK tərəfindən partladılanda Azərbaycanın ən böyük yatağı olan Azəri- Çıraq-Günəşli yatağında neftin istehsalı yarıbayarı aşağı düşdü. “Əgər indi Gürcüstan böhranına görə BTC kəməri uzun müddətdə dayandırılsa, Azərbaycanın maddi itkiləri nəzərə çarpacaq həcmdə olacaq. Azərbaycan üçün son dərəcə mühümdür ki, Gürcüstandakı vəziyyət tezliklə sabitləşsin” deyə o bildirib. “The Washington Times” qəzetinin məqaləsində isə deyilir ki, Gürücstandakı toqquşmalar Avropa üçün alternativ enerji təminatı mənbəyini şübhə altında qoyur. Qəzetin yazdığına görə, Rusiyanın Gürcüstana hərbi təcavüzü göstərib ki, Moskva Mərkəzi Asiyanın və Xəzər regionunun nəhəng neft-qaz ehtiyatlarının bölüşdürülməsində daha böyük rol oynamq istəyir. Vaşinqtondakı “Heritage” fondundan Ariel Koen bildirib ki, “rus ayısı” Gürcüstandan keçən həyati əhəmiyyətli enerji arteriyalarını boğmaq istəyir. Qəzet yazır ki, Gürcüstan Xəzərin neft-qaz ehtiyatlarını Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarmaq üçün yeganə dəhlizi hesab olunur. Çünki o biri tərəfdə İran və onun teokratik rejimi dayanır. Vaşinqtondakı Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Bülənt Əlirza qeyd edib ki, ABŞ BTC-nin Cənubi Qafqaz respublikalarını Rusiyadan asılılığını aradan qaldırmağa xidmət edəcəyinə inanırdı. “Əgər Rusiya bu kəmər üzərinə nəzarəti ələ keçirsə o zaman Qafqazda balans kökündən dəyişəcək və Türkiyə regionunun enerji mərkəzi rolunu oynaya bilməyəcək” deyə Əlirza bildirib. Koen isə bu fikrə əlavə olaraq qeyd edib ki, əgər Rusiya Gürcüstana nəzarəti ələ alsa o zaman təkcə Azərbaycandan deyil, Qazaxıstan və Türkmənistandan da neft-qaz ehtiyatlarının alternativ marşrutla Avropa bazarlarına çıxarılması mümkün olmayacaq. “Xəzərin enerji ehtiyatları üzərində inhisarı ələ almaq Rusiyanın uzunmüddətli geosiyasi planının əsas məqsədi idi” deyə ekspert bildirib. Qəzet yazıb ki, Rusiyanı Gürcüstan təcavüzü nəticəsində ən azı üç əsas neft-qaz kəməri layihəsi sual altında qalıb. Bunlar Qazaxıstanın Kaşaqan yatağını Bakıda BTC ilə birləşdirəcək 420 mil uzunluğunda neft kəməri layihəsi, Türkmənistan qazını Xəzərin dibindən keçməklə Azərbaycana çatdıracaq Transxəzər qaz kəməri və onun davamı olaraq işlənən “Nabukko” qaz kəməri layihəsidir. Vaşintondakı Enterprise İnstutundan Harri Şmitt də deyib ki, Rusiyanın hərbi təcavüzü regiondan çoxşaxəli enerji nəqli marşrutları çəkilməsi planlarını təhlükədə qoyur. “İnvestorlar bu cür riskli bölgədən keçən kəmərlərə milyardlarla dollar yatırmaq istəməzdilər. Artıq heç bir qarantiya yoxdur ki, Xəzərdəki enerji layihələri təhlükəsiz və etibarlıdır.” Digər ekspert Klfford Haddi isə deyib ki, onun fikrincə, Gürcüstandan keçən boru kəmərləri rusların potensial hərbi hədəflərindən biridir: “Əgər onlar lazım bilsələr kəmərə zərbə endirəcəklər.” Qəzetin yazdığına görə, Gürücstan rəsmiləri deyiblər ki, Rusiya ötən həftənin sonlarından başlayaraq BTC-nin keçdiyi ərazilərə azı 30 bomba zərbəsi endiriblər, lakin bu bombalardan heç biri yeraltı kəməri zədələməyib. Lakin Rusiyanın Gürcüstana hücumundan iki gün əvvəl PKK Türkiyədə BTC-ni partlatmışdı. F.MƏMMƏDOV 489 dəfə baxılıb

Counter

12 Ağustos 2008 Salı

قارا آی، آغ اولدوز!

"بایراغین طرحینی بیر گئرافیک اکسپرتی چکمه لیدیر یوخ کی سیاسی لیدر!" عنوانیندا اولان مقاله نی (1) یازاندان سونرا دوستلاریمیزین بیری علیرضا بئی فرشی یکانلی آدیندا بیر جاواب یازمیشدی کی اونون جاوابیندا منده بیر جاواب یازمیشام کی منجه بو قارا آی اولدوزلو بایراغین پرابلئمین بلکه حل ائده بیلسین. من بو ایکی یازینی اولدوغو کیمی گتیرمک ایسته ییرم و سونوندا، توتابیلیدیگیمیز نتیجه نی یازاجاغام.



اونجه حورمتلی علیرضا بئی فرشی یکانلی نین یازیسینی گتیریرم:





حؤرمتلی آیدین تبریزلی و قروپ اویه لری،

هر واقتینیز خئیر اولسون،



دیققتینیزی آشاغیدا گلن یازیلارا ایسته ییرم:

- تنقیدین آغیر-یونگولو یوخدور! تنقید یارارلی و منطق اوزوندن اولمالیدیر. هئچ کیم منطقی و عاغلا سیغان و دوز-آغیللی تنقیددن اینجیمز.

- گاموحچولاردان باشقا هئچ کیم بایراق طرحین بیر سیاسی لیدر وئرر دوشونمور! البته کی ابوالفضل ائلچی بی، پروفئسور ذهتابی، علی تبریزلی، و ... میللی روحا ییه له نیبلر و اونلارین میللی ایستکلری بیزیم میللی ایسته ییمیزدیر. بو اؤندرلر هر مسئله یه اطرافلی و گئنیش باخیشلاری اولدوقلارینا گؤره و بیلگی یییه سی اولدوغونا گؤره صلاحیتلری سندن، و مندن بایراق مسئله سینده چوخدور و بیز اونلارین دیکتاتور باخیشین یوخ، بلکه نظرلریندن فایدالانیریق. بو اؤندرلرین هئچ بیری ده دیکتاتور باخیشلی بیر اینسان دئیللر و میللتچی اولدوقلارینا گؤره میللت سون سؤزو دئیه جک اینانیرلار.

- بیز "گونئی آذربایجان" اوچون بایراق یاراتماق ایسته میرک و بو صلاحییتیمزده یوخدور! بیز "آذربایجان میللی حرکتی­نین" چالیشقانلاری اولدوغوموزا گؤره حاققیمیز وار "گونئی آذربایجان میللی حرکتی" اوچون بیر سیمبول یارالاداق و بو سمبولو بایراق ائدیب میللی حرکتی دونیایا بیر سمبول ایله تانیتدیراق و او سمبولو اؤز چالیشمالاریمیزین گؤسترچی سی و منیمسه یه نی کیمی تانییاق و او بایراغین آلتیندا سینه ووراق! بیر داها خاطیرلاماق ایسته ییرم، لوطفن دیققت ائدن! بیز گونئی آذربایجان اوچون کئچیچی یا سون اولاراق بایراق یاراتماق ایسته میریک! بیز "میللی حرکتیمیز" اوچون بیر سیمگه یاراتماق ایسته ییرک و بو سیمگه نی آذربایجانین میللی مجلیسی اولان زامانا دک، و میللی حرکتین بو شکیلده داوام ائدن زامانا دک قالدیریب اسدیرمک ایسته ییرک و ایسارتدن آزادلیغا گئدن کؤرپونون سیمبولو ائتمک ایسته ییرک! گونئی آذربایجان بایراغینی میللی مجلیس اویه لری اؤنریلره دیققت ائدندن سونرا سس آلیب سس وئره بیلر! بیزیم یالنیز "گونئی آذربایجان میللی حرکتی" اوچون بیر سیمبول و بایراق سئچمک مشروعیتیمیز وار، و بو سئچکمده میللی اؤندرلریمیزین نظرلری، و آغ ساققاللارین سسی بیزه چوخ ده یرلی دیر.

- بایراغی میللت اوتوروب، بیر قیرافیست اؤتورب کاغاد اوسته چیزماز! بایراق ساواش مئیدانیندا یارانار، اونون آیاغیندا قان وئریلر، جان وئریلر، هزینه وئریلر، آغلانان، گولونر، توی اولار، یاس اولار، و ... و میللتین اوره یینه تاخیلار. آذربایجانین ایکی تاییندان محمد امین رسولزاده نین بایراغینا بئله یاناشیبلار! گونئیلی و قوزئیلیلر بیرلیکده قوزئیین باغیمسیزلیغیندا چالیشیب و بو یولدا جانلاریندان و ماللاریندان مایا قویوبلار. قوزئی ده اسن بایراق "بیر کره یوکسلن بایراق، بیر داها یئنمز" بایراقدیر. آما، قوزئی بایراغی "گونئی آذربایجان میللی حرکتی"نی تمثیل ائتمیر، و یالنیز آذربایجان باغیمسیزلیغین تمثیل ائده بیلیر. بونا گؤره بللی کی شوبهه نیز یوخدور.

- "گونئی آذربایجان میللی حرکتی"نین سیمگه سی ائله بیر بایراق اولمالیدیر کی بیزیم ایستکلریمیزی و ان زیروه ده دوران ایسته ییمیزی کی «میللتلشمه، بیرلشمک-بوتوولشمک» دیر اؤزونده گؤستره. قوزئی ده اسن بایراق بیزیم دولتلشمه میللی سیمگه میزدیر، آما بیزه میللتلشمه و بوتوولشمک سیمگه سی کی میللی حرکت بونون اوچون یارانیب لازیمدیر. میللتلشمه ده دونیادان قوزئیلیلرله برابر بیر تورک میللتی نی کیمی تانینماق ایسته ییرک، و ایکی یئره بؤلونموش بو میللتی دونیایا آچیقلاماق ایسته ییریک. بیز تورکوز! بیز آذربایجانلی­ییق! بیز بؤلونموش میللتیک! بو اوچ سؤزو بللی ائتمک اوچون ائله بیر سیمگه لازیمدیر کی فارس شووینیسمین «ایسارت»ین ده اولدوغوموزو، آیریلیقدان «یاس»دا اولدوغوموزو، و بوتولشمک و دولتلشمک سیمگه سی اولان «اوچ بویالی آغ آی-اودوزلو بایراغی» سئودیغیمیزی گؤسترسین. بو بایراق یالنیز «قارا آی-اولدوزلو» بایراق اولا بیلر. البته بو میللی حرکتین ایسته ییدیر و اولا بیلر کی میللی مجلیسیمیز قورولاندان سونرا، باشقا بیر فیکیر ده اولسون، آنجاق بیز هر زامان بو ایسته ییمیزی سسلندیره جه ییک و میللی مجلیسیمیز اولسا دا و بو ایدعایا قارشی چیخسا میللی حرکت دوام ائده جک و بو ایکی یئره بؤلونموش میللتی ایجازه وئرمه یه جک کی دونیادا ایکی آیری میللت کیمی تانینسین. آذربایجانلی تورکلر، ایکی یئره بؤلونموش تورک میللتیندن دیلر: آذربایجان تابعیتلی و ایران تابعیتلی میللت!

- لیدر، اؤندر، رهبر، و ... سئچگی ایله اولماز! آتاتورک، محمد امین رسولزاده، شیخ محمد خیابانی، ستارخان، حئیدر عموغلو، محمد تقی خان پسیان، ابوالفضل ائلچی بی، تبریزلی علی، نئلسون ماندئللا، قاندی، مایو، خمینی، و ... بونلار هانکی سئچگی ایله اؤندر اولدلار. بونلار چالیشیب، میللی ایستکلری هارایلاییب، اورکلره یئرله شیب و اؤلن چاغلارینا دک میللتین اؤندری و یول گؤسترینین کیمی قالدیلار. او جمهور باشقانیدیر کی بیر نئچه ایللیک اوچون سئچیلر!

- هر کیم لیدر اولا بیلر و بو لیدرلیک اونون صداقتیندن، میللتین یولوندا جانیندان، مالیندان، واقتیندان هزینه وئرمه ییندن آسیلیدیر. بوش-بوشونا اوتوروب من لیدئرم دئمک اولماز. بو میللتین دردیندن گئج-گوندوز یانان، یوخوسوندان، ایلنجه سیندن، و ... کئچیب بو میللته اؤز صیداقتین بللی ائدندن سونرا لیدر اولا بیلر! او زامان لیدئر اولار کی مینلرجه اینسان اونون سؤزونه باخسین، اونون اولو روحونا باش ایسین! البته اولا بیلر کی لیدیر یانلیش ایش ده گؤرسون! آما اؤز یانلیش ایشلرینه میللته دئییب، میللت دن «منی باغیشلایین» ایسته مه لیدیر. میلله ته باش ایمه ین لیدئر، لیدئر اولا بیلمز!

- بیر داها لازیم اولور کی دئیم: بیز نه «گونئی آذربایجانا» و نه «آذربایجان تورک میلله تی»نه بایراق سئچمک ایسته میریک! بیز یالنیز و یالنیز «گونئی آذربایجان میللی حرکتی» اوچون کی یالنیز و یالنیز چالیشقان میللتچیلرین اونو سئچمه یه مشروعیتی وار بیر سیمبول سئچمک ایسته ییرک. بو میلله تین بیر بایراغی وار و او بایراق دا محمد امین رسولزاده و فتحعلی خان خویی نین بایراغیدیر! تبریزده ایکی بایراق هر بایراق دان چوخ اسیر: ایران بایراغی و تراکتورسازی بایراغی! تراکتورسازی بایراغی داها چوخ سئویلیر و ائولرده، داملاردا، پنجره لرده، و فوتبال مئیدانلاریندا اسیر! آنجاق بیز ایسته ییرک میللی حرکت سیمگه سی اونون یئرین دولدورسون و هر ائوده کی میللتچی وار، آذربایجان میللی حرکت بایراغی اوردا اولسون!

- بایراغین شکلی و طرحیندن چوخ اونون معنوی داشیدیغی رولدور. طرح چوخ اؤنملی اولسا پیکاسونون، داوینچی نین طرحلریندن بیرینی بایراق اوستونه گتیرردیک! آنجاق، معنوی ده یرلرله بایراغی آغیر-یونگول ائدرلر. قوزئی ده اسن بایراق آذربایجان تورکلرینه ان زنگین و مقددس بیر بایراقدیر! موقددس بونا گؤره کی او باشدا دورار کن توپراغا قانلار تؤکولوب و مقددسلیغین توپراغا تؤکولن قانلاردان آلیب و بیزیم وارلیغیمیزین اون اولو سیمگه سیدیر. او وارکن، بیز واریق و بیز وارکن او اولاجاق! او بایراق تورپاق قوخوسو وئریر: آذربایجان تورپاقلاری! گونئی آذربایجان میللی حرکتی ده ایسته ییر کی اونون معنوی ده یرین منیمسه سین، و ائله اونا گؤره او بایراغی چوخ اوخشاسین دئیه «قارا آی-اولدوزلو» بایراغی بیر سیمگه کیمی سئچمک ایسته ییر و او بایراقدان چوخ فرقلی اولماغا ایجازه وئرمه ییر. بیلمیرم دوشونه بیلیرسینیز یوخسا یوخ! هئچ بیر یئنی بیر طرحده قوزئی ده اسن بایراغین قوتساللیغی یوخدور و یالنیز بیر آدامین خودکار، میداد، قلم، ماژیک، و الکترونجیک هزینه سی ایله یارانیب! سیزجه یئنی بیر طرحه قوتساللیق نئجه وئرمک اولار! ائله بونا گؤره یالنیز بایراقدا بیر آزجاجیق ده ییشیک وئریب، او قوتسال بایراغین تقددوسون اؤز میللی حرکتیمیزین بایراغیمیزا داشیمالییق. بو بیر ایدعادیر و حتی گونئی آذربایجان میللی مجلیسی ده بونا قارشی چیخسا اونون قاباغیندا بیر باشقا میللی حرکت سوروله جکدیر و بو ایدعا یئرینی آلانا قدر جانیمیزی، مالیمیزی، آبیریمیزی، و ... اوتایا قویاجاییق.

- بیر داها لازیمدیر دئیم کی بو «قارا آی-اولدوزلو» بایراق، باغیمسیزلیق، فئدرالیق، و ... بایراغی دئییل! یالنیز و یالنیز «گونئی آذربایجان میللی حرکت» بایراق سیمگه سیدیر. گونئی آذربایجان بایراغینا دا بو «میللی حرکت سیمگه­سینده» ده یرلی فیکرلر آپاریلیب. باغیمسیز اولان زامان دؤلتلشمه نیشانی اولن اولدوز آغاراجاق، آما آراز ایکی تای آراسیندا بیر سنیر کیمی قالان زامانا دک آی آرازین و آیریلیق نیشانه سی اولان کیمی قارا قالاجاق. البته بو یالنیز بیر فیکیردیر و میللی مجلیس بونا قارشی چیخار، و بیزده اولا بیلر کی میللی مجلیسه قارشی چیخاق! آنجاق، میللی مجلیس سون اولاراق هانکی قراری وئرسه بللی کی بو بیر ایدعا کیمی بیزیم بئینیمیزده قالاجاق و میللی میجلیسین قرارینا باش ایمک مجبوریتینده قالاجاییق! آما بو ایدعادان هئچ زامان ال چکمه ییب و زامانی گلدیکده بیر داها و بیر داها مطرح ائده جه ییک و بو آذربایجانین ایکی تاییی بیرلشن زامانا دک دوام ائده جک. ایکی آذربایجان بیرلشن زامان «قوزئی ده اسن بایراق» آذربایجان دا یاشایانلارین سیمگه سی اولاجاق! بو سؤزلره هر کیم قارشی دورسا بیر میلله ته خییانت ائدیر و بیز بو ایدعایا قارشی دورانلارین قارشیسیندا دوراحجییق. هر کیم بو میللتی ایکی باشقا میللت و بیر-بیریندن آیری بیر میللت حئساب ائدیر، هر کیم بو ایکی یئره بؤلونموش میللتین آیریلیغینا دوام وئرمک ایسته ییر، هر کیم بو میللتین قوزئی ده اسن بایراغینا توهین ائدیر، بللی کی ساتقین و یا جاهیلدیر! بو میللت فیزیکن آیریلسادا، روحن هئچ زامان آیریلماییب! آرازین ایکی تاییندان هر زامان حسرتله باخمیشیق بیر-بیریمیزه! اولا بیلر کی بیر همدانلی، قزوینلی، بیجارلی، و ... بئله دوشونه بیلمه سین و اؤزونو لورا، کورده، فارسا، و ... یاخین گؤرسون! آما بیز مرندلیلره آراز گؤزلریمیزده بیر باتمان یاشدیر! آراز ایکی تایین آغلار گؤزلریندن آخان یاشدیر! بیر آز لوطفن بو میللتی دوشونوب دانیشین، یازین، و ..! بو میلله ته آغالیق، خانلیق یوخ! بو میلله تین ایستکلرینه چوبانلیغی، بانلیغی اؤیرنین، و بو قوروجولوغوزا گووه نین!

- خییابانی و پیشه وری، و ... اؤز زامانلاریندا یاشاییردیلار و البته کی ایران آزادلیغینا چالیشیردیلار! بیز داها ایرانا یوخ، بلکه یالنیز و یالنیز آذربایجانا چالیشیریق. آذربایجانین آزادلیغی تئهراندان یوخ، بلکه تبریزدن کئچیر: تبریزین ساعات قاباغیندان، راستا کوچه سینن-بازار قاباغیندان، آبرئساندان، و ..! خییابانی و پیشه وری و ... دوشونجه سی آنجاق آزادلیق اوچون و تورک دیلینده اؤیرتیم و ایداره اوچون بیزه یارارلیدیر! اونلارین دوشونجه سی بیزی بیرلشدیره بیلمز، بیزی بوتوولشدیره بیلمز، بیزه بایراق وئره بیلمز، بیزی میللتلشدیره بیلمز! بیزه ائلچی بی لر، پروفئسوز زهتابی لر، تبریزلی علی لر، اسماعیل قاسپیرالیلار، و ... لازیمدیر.

- قارا رنگ دونیانین ان اوستون و ایلاهی رنگیدیر و مجهوللار رنگی دیر! یاس پالتارلاریدا مجهوللار دونیاسینا پای گئدن اؤلو اوچون ایینلره گئیینیر و البته کئچیجی بیر گئییمدی! آرادان گئتمیشین عائله سینه سایغی گؤسترمک بیر بویادیر. بیزیم ده آزادلیغیمیز آرادان گئدیب، و آزادلیغا و قوزئیه سایغی گؤسترمک نیشانه سی اولان بو بویانی سئچمیشیک! سیز دونیانین هانکی اؤیرتیم سیستئمینه دایاناراق بو طرحین ایشکاللی اولوغوندان صحبت آچیرسینیز. هانکی متدلا بو مسئله یه یاناشیرسینیز! آوروپا قیرافیکا سیستئمی و بویا ده یرلریندن دانیشماق ایسته ییرسینز! لوطفن اؤز میللتیمیزه مراجعه ائدین و گؤرون قارا بویانین بیزده نه ده یری وار! آورپالی لار قوردو دا پیس بیر حئیوان گؤرورلر! سیزجه بیز بؤزقوردو دا سیمگه اولاراق تورکلوک نیشانه سی کیمی قالدیرمایاق؟

- فارسلار ایندی ده بیزیم دیلیمیزی، کیملیگیمیزی، و ... مسخره یه قویوب، جوک دوزلدیب، گولورلر! سیزجه اونلارین ائتدیغی فاشیستی ایشلره گؤره بیز اؤزوموزو داناق، میللیتیمیزی داناق، بایراغیمیزی داناق و ..! بو نو گولونج سؤزلردیر کی دئییلر! فارسلارین چالدیغینا بیز اوینایاجاییق می؟ ائی واه!

- بیزیم اوغور گونوموز بیرلشمه دن سونرادیر! بیرلشمه یه­نجه بیزه اوغوز گون یوخدور! بو میللت ایکی بؤلونموش حالدا اولدوغو گونه کیمی، ایکی یئره بؤلونموش ووجود و وارلیق کیمی یاشایا بیلمز! شاخمار اکبررزاده دئدیغی کیمی و_ بیر یاندا _طن بیر یاندا اولانا کیمی، وطن یارانماز! بیز وطن سیز بیر میللتیک! و_ بیر یاندا، _طن بیر یاندا قالان، بیر سؤزجوک ایکی سطرده، بیری آراز سطرین اوستونده و بیریسی ده آشاغیدا بؤلونوب. ائله اونا گؤره ده او گونه قدر بیزیم بایراغیمیز یاسدا اولاجاق! بیر داها خاطیرلاییرام کی بو بیر ایدعادیر و اولا بیلر کی میللی مجلیسیمیز بونا قارشی چیخسین! اوغور گونوموزون بایراغی بو ایدعادا قوزئی ده اسن بایراقدیر و بیز بو میللته ایکی بایراق یاراتمایاجاییق! قوزئی ده اولان بایراق گونئی لیلرین صاندیقلاریندادیر و گونده اؤپوپ، اونا ساریلیب، اونون اوزینه آغلاییب، گؤز یاشلارین اونلا سیلیرلر!

- بیر ساواشدا مغلوب اولانین بایراغی اوستونده هئچ بیر طرح اولمایان آغ پارچادیر! هاچاندان قارا پارچا مغلوبیت نیشانه سی اولوب! شیعه لرین نظرینه گؤره، ایمام زمانا یاردیم ائدنلرین بایراغی قارا بویالی بیر بایراق اولاجاق! من شیعه لیکدن مدافعه ائتمک ایسته میرم، آما قار رنگی بوردا شیعه لر اوچون عصیان بایراغی کیمی تقدیم اولور و ایستر-ایستمز بیزیم میللت شامانیسمه دایانان شیعه دیر! قار رنگ شامانیسمده ان اوستون بویادیر! هر زادا اوستونلوک و تقدس وئرمک ایسته سه لر اونو قارا بویا ایله بویایارلار. قارا توپراق، قارا آغاج، قارا قوش، قارا آت، قارا قورد، قارا پیشیک، قارا قوچ، قارا خوروز، قارا پالتار، قارا دئو، قارا قازان، قارا باش، قارا گؤز، قارا قاش، و ... چوخلو قارالار اوستونلوک بویاسیدیر. تورک کولتوروندن قارا بویاسی مغلوبیت، قار دریلیک، و ... آنلامدا دئییل! آغیرلیق، اوستونلوک، ایشیغا گئتمک نیشانه سیدیر. قارالیقدان آغلیغا گئدن یول بیزیم یولوموزدور! ایسارت دن آزادلیغا گئدن یول بیزیم یولوموزدور.

- سیزجه آغ بایراق و مغلوبیت سیمگه سی اولان ساواشدان قاچماق باریشا اوز گتیرمک بایراغیندان فایدالانماق سوچدور! ائله زامان گلر کی مجبوراً آغ بایراق قالدیرمالی اولاریق و سییاست ده بو بیر گئرچکدیر. گورجوستان کیمی گوجوموز اولمایا-اولمایا روسلارا قارا بایراق قالدیریب، ساواشمامالییق! واقتی گلرسه آغ بایراق، لازیم اولورسادا قارا ساواش و عصیان بایراغین قالدیرمالییق. نئجه کی بیر زامان چنگیر خان قارا بویانی ساواش علامتی اولاراق فایدالانمیشدیر، ایندی وقتی گلدیکجه بیزده ساواش علامتی اولان قارا آی-اولدوزوموزو قالدیراجاییق.

- یازدیغینیز مقاله نین قاییپدان باشلانان یئردن اوخومادیم و گرکسیز گؤردوم. بیز قوزئی بایراغیندان باشقا هئچ بایراغی قبول ائتمییه جه ییک، و «گونئی آذربایجان میللی حرکتی»نه یاراشان بایراق، قوزئی ده اسن «آذربایجان بایراغی»نا اوخشادیغین اونایلاییریق، و بو بایراق کئچیجی بیر بایراق اولسون دئیه، قارا بویادان باشقا هئچ بویا آی-اولدوزا یاراشان دئییل. ساری، ماوی، و ... باشقا بویالار کئچیچی بایراغین آنلامین آرادان آپاریر! آما قار بویا یاس و آیریلیق سیمگه سی اولاراق کئچیجی بیر بویادیر.



لوطفن یئنی-یئنی اؤنریلرین طرح اولونماغینا ال آتمایین، و بو اؤنریلمیش «مختصر آذربایجان تاریخی»نین کیتابینین دؤره سینده توپلانیب، میللی حرکتی گوجلندیرمه یه چالیشین و آرتیق چاش-باشلیغا ایذین وئرمه یین.



سایغیلارلا







منیم جاوابیم:



حورمتلی علیرضا بئی،





سیزین سوزلرینیز بیر بیری ایله متناقض دیر. اول دئییرسینیز: " بیز گونئی آذربایجان اوچون کئچیچی یا سون اولاراق بایراق یاراتماق ایسته میریک! بیز "میللی حرکتیمیز" اوچون بیر سیمگه یاراتماق ایسته ییرک و بو سیمگه نی آذربایجانین میللی مجلیسی اولان زامانا دک، و میللی حرکتین بو شکیلده داوام ائدن زامانا دک قالدیریب اسدیرمک ایسته ییرک و ایسارتدن آزادلیغا گئدن کؤرپونون سیمبولو ائتمک ایسته ییرک!"



و سونرا دئییرسینیز: " باغیمسیز اولان زامان دؤلتلشمه نیشانی اولن اولدوز آغاراجاق، آما آراز ایکی تای آراسیندا بیر سنیر کیمی قالان زامانا دک آی آرازین و آیریلیق نیشانه سی اولان کیمی قارا قالاجاق. البته بو یالنیز بیر فیکیردیر و میللی مجلیس بونا قارشی چیخار، و بیزده اولا بیلر کی میللی مجلیسه قارشی چیخاق!"



گلین کیشی کیمی سیمگه سوزو ایله حقیقتی دانمایین! سیز گونئی آذربایجانا دولت بایراغینی قارا آی و آغ اولدوز اونری وئریرسینیز و حتی تهدید ائدیرسینیز کی " میللی مجلیس بونا قارشی چیخار، و بیزده اولا بیلر کی میللی مجلیسه قارشی چیخاق!"



بو همان پرابلئمدیر کی من اوندان چوخ قورخورام. یعنی بایراق تارتیشماسی او قدر ناموس قضیه سینه چئوریله کی گونئیده بیر دولت قورولماسینا انگل اولا و هرکس اوز دئدیگی بایراق سئچیلمه سه یئنی قورولان و چوخلو باشقا پرابلئملری اولان دولته قارشی چیخا! یعنی بو یئنی قورولان دولت ساده جه شوونیستلرله یوخ بلکه فاناتیک بایراق سئور میللتچی لرله ده قارشی قارشی یا دورمالیدیر! بو بیزی دوشمن قاباغیندا تضعیف ائدیب و بلکی یئنی قورولان دولت، شوونیست لر طرفیندن یوخ، فاناتیک بایراقچی لار طرفیندن ییخیلا! سیز نئجه تهدید ائدیرسینیز کی میللی مجلیسه قارشی چیخاجاقسینیز!؟ او بحرانلی دورومدا میللی مجلیسین و دولتین الیندن توتماق یئرینه آیاغیندان ووراجاقسینیز بلکه!؟ نئجه بیر رنگ بیزی قوزئی دن آییرا بیلر؟! دویغوساللیغی قیراغا قویماق لازیمدیر. ایکی آلمانین بایراقلاری او قدر فرقلی ایدی ندن بیرلشدیلر. ایکی آذربایجانین بیرلشمه سینه انگل اولان بیر بایراق یا رنگ دئییل، بلکی بیزیم دولتیمیز اولماماق دیر و اگر بوجور کی سیز تهدید ائدیرسینیز اولورسا، او دولتین آیاغینداندا ائله سیز ووراجاقسینیز و ییخاجاقسینیز!



همین بو خطرلر گوستریر کی بیز گرک ایندیدن بیر دولت بایراغی اوستونده توافقا چاتاق، یوخسا بو کیچیک مساله بیزه بویوک ضرر ووراجاقدیر و بیزیم دولت قورماغیمیزا انگل اولاجاقدیر. اوندا اولابیلر کی بیز شوونیستلرین قارشی سیندا دورماق یئرینه رنگلر اوستونده بیر بیرمیز ایله ساوشاجاییق! گلین بو ساواشی ایندی بیر سونوجا چاتدیراق و سیمگه دئمک ایله بو سورو دان قاچمایاق کی گونئی آذربایجانین دولت بایراغی نه اولمالی دیر؟ بو پرابلئمی او بحرانلی زامانلارا ساخلامایاغین. اگر آند ایچیب سینیز کی قارا اولسون، پس سیزین اونری نیز قارا آی قارا اولدوز دئییل بلکه، قارا آی و آغ اولدوزدور! پس ان آزی کیشی کیمین اونری نی دوز اورتایا قویون و اولدوزو ایندی دن آغارتین! اوندا ان آزی اسارتده اولماق آنلامی بایراقدا اولماز و اسارتی قبول ائتمک معناسینی داشیماز. اوندا بلکی بو اونری نین ده اشکاللاری آزالار و قارا آی و آغ اولدوزو قارانلیقدان ایشیقلیغا کئچمک نیشانه سی کیمی اورتایا قویا بیلریک. یعنی بیز نه اسارتی قبول ائدیریک و نه ایکیه بولونمه نی. پس قارا آیی ایکیه بولونمه نیشانه سی یوخ، قارانلیق گونلردن، ایشیق و آزادلیق گونلرینه کئچمک سیمبولو کیمی بایراقدا قویا بیلریک.



من اصلا دویغوسال مساله یه باخمیرام و سیزین تفسیرینیزین ایشکاللی اولدوغونو وورغولاییرام. بیز هر نیشانه نی بایراغا قویساق اونو قبول ائتمیش اولوروق. یعنی بیزیم بایراغیمیزدا اسارت نیشانه سی اولورسا، و بیز او بایراغی دالغالاندیرساق، اسارتیمیزی قبول ائتمک آنلامیندادیر یوخسا ندن دالغالاندیریق؟! و اگر ایکیه بولونمک آنلامی اولورسا یئنه اونو قبول ائتمک آنلامیندادیر. بیز اوز بایراغیمیزلا شاواشا بیلمریک. بیز اسارتده اولماغی گوسترن بایراغی قالدیرمامالییق. پس قارا آی، آغ اولدوزو بوجور تفسیر ائتمه لییک کی بیزیم آماجیمیز قارا گونلردن، ایشیق گونلره کئچمک دیر. قارا آی، کئچمیشده کی و بو گونده کی قارا گونلریمزی گوستریر و آغ اولدوز گله جکده ایشیق گونلریمزی عکس ائتدیریر. مثلا دئیه بیلریک کی آیین قارا رنگی بو معنادادیر کی آی توتولوب (خسوف اولوب) اوندا طبیعته ده صادیق قالا بیلریک و طبیعتده اولمایان قارا اولدوز، کی قارا دری لی لرین نیشانه سی دیر ده بایراغیمیزدا اولماز. بوجور اولورسا منده دئیرم قارا آی و آغ اولدوزون اشکالی یوخدور.



بیر مساله یه دیققت ائتمه لییک کی بیز قارا رنگی یاس توتماق معناسیندا ایشلتمه مه لییک. بیزیم کولتوروموزده بیر عزیزیمیز دونیاسین دئییشندن سونرا و الدن گئدندن سونرا، اونا یاس توتوب و قارا گئییریک. بیز اسارتده اولدوغوموز اوچون یاسلی اولماغی قبول ائتسک، آزادلیغین الدن گئتمه سی و بیرداها اله گله بیلمه مه سی نیشانه سی اولا بیلر. نئجه کی بیر عزیزیمیز دونیاسین دئیشندن سونرا اونون بو دونیادا گورمه سیندن داها اوموت کسیریک. یاس توتماق، اومودوموزو کسمک آنلامینا گلیر و اصلا یاخشی بیر معناسی یوخدور. هابئله بیز ایکیه بولوندوغوموز اوچون ده یاس توتمامالییق. بو بیرلیکدن اومودوموزون کسیلمه سی آنلامینا گلر.



آما اگر همان قارا آی و آغ اولدوزو، قارانلیقدان ایشیغا گئدن یولوموز کیمی تفسیر ائتسک، قبول اولونا بیلر. قارا آیی طبیعتده اولان آی توتولماسی دا معنا ائده بیلریک. بو کی دئیه ک قارا رنگ، بیرلشمکدن سونرا آغاراجاق، او رنگین تفسیری دئییل. مگر ساری یا گوی رنگلری آغارمایاجاقلار؟! بیز قارا رنگه بیر موستقیل تفسیرده اورتایا قویمالییق کی بیریسی یاس علامتی دیر کی بیزیم کولتورموز ایله اومودو کسمک آنلامینا گلیر و بیریسی ده قارانلیقدان ایشیقلیغا گئدن یول و آماج علامتی اولا بیلر کی اومود وئریجی دیر و حتی آیین توتولماسی نین دا کئچیجی اولماسی (طبیعتده اولدوغو کیمی) گوزل بیر آنلامی واردیر. پس منجه بو تفسیر ایله قاباقداکی یازدیغیم اونریلرین یانیندا بو اونری ده یعنی «قارا آی و آغ اولدوز» دا اشکال سیز بیر طرح اولا بیلر. سوز بوردادیر کی بیز گرک دوزگون بیر تفسیر ایله بایراغیمیزی اورتایا قویاق. بو شکیلده بو سوز کی قارا اولدوزو سونرا آغارتاجاییق دا اورتادان چیخار نئیه کی بیز اوغور گونوموزده و دولتیمیزی قوردوغوموز گونده قالدیردیرماق ایسته دیگیمیز بایراغی ایندیدن دالغالاندیرمالییق. چون بایراق همیشه اوغور گونو اوچون حاضیرلانمالیدیر یوخ کی اسارت گونو اوچون.







(1): http://www.oyrenci. com/Articles. aspx?articleId= 917

Macarıstanda Nizami Gəncəvinin heykəli ucaldılacaq

Macarıstanda Nizami Gəncəvinin heykəli ucaldılacaq


Macarıstanda böyük mütəfəkkir - şair Nizami Gəncəvinin heykəli ucaldılacaq. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib. Hazırda Gəncənin baş memarı Məmməd İbrahimov və baş rəssamı Şərif Şərifov heykəlin qoyulacağı Vestbrun şəhərinə ezam olunub. Gəncədə isə macar şairlərindən birininə abidə ucaldılacaq.
lidertv
----------------------------------------------------------------------
Bu gün(12 aqust) «Xəzər Günü»-dür

Avqustun 12-i Xəzəryanı ölkələrdə regional Xəzər Günü kimi qeyd edilir. Bu tarixdə imzalanmış Tehran konvensiyasına görə, Xəzərin sahilində yerləşən 5 ölkə dənizin ekoloji problemlərini aradan qaldırmaq üçün birgə fəaliyyət göstərməlidir. Tehran konvensiyasının unikallığı ondan ibarətdir ki, bu kovensiya hələlik sahilyanı dövlətlərin ortaq məxrəcə gəldiyi yeganə rəsmi sənəddir. Konvensiyanın şərtlərinə görə, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan, təbii yaşayış mühitinin dağıdılması, sənaye mənşəli çirklənmə, bioresursların həddən artıq istismarından yaranan ekoloji problemləri aradan qaldırmaq üçün birgə fəaliyyət göstərməlidir. Bu əməkdaşlığa hamıdan çox dünyanın ən böyük gölünün ehtiyacı var. Çünki, sənayenin inkişafı, sahilyanı rayonlarda yaşayan əhalinin çoxalması ekoloji vəziyyəti günü gündən pisləşdirir. Hazırda Xəzərin sahilində, həyatı bu və ya digər şəkildə dənizlə bağlı olan 15 miylon insan yaşayır. Ona görə də dənizin əsas çirklənmə mənbəyi, məişət-sənaye çirkab sularıdır. Çaylar vasitəsi ilə, Xəzərə hər il 40-45 kilometr uzunluğunda çirkab zolağı daxil olur ki, bunun da 60 faizi Volqanın payına düşür. Azərbaycan Xəzəri ən az çirkləndirən ölkələrdəndir. Amma buna baxmayaraq, ölkəmizdə dinizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Ümid edirik ki, gölün bölüşdürülməsində bir-birinə zərrə qədər də güzəştə getməyən sahilyanı ölkələr, Xəzərin ekoloji problemlərinin həllinə də belə həssas yanaşacaq.

TEHRAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ BASQILARI ARTIRIB

TEHRAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ BASQILARI ARTIRIB

Dünyanın başı Tehran hakimiyyətinin israrla həyata keçirmək istədiyi atom-nüvə proqramı və Yaxın Şərqdə terrorçuluğu dəstəkləməsi kimi məsələlərə qarışdığı halda, İslam Respublikası milli haqların təmini uğrunda mübarizə aparan Güney Azərbaycan türklərinə qarşı təzyiqləri artırır.

Ötən ay ərzində həbs olunmuş hərəkat təəssübkeşləri barədə bəzi məlumatı diqqətinizə çatdırmaq istərdik.

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Əli Taşkəndin BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, habelə bir sıra beynəlxalq qurumlara ünvanladığı müraciətdə deyilir: "İran İslam Respublikası fars olmayanların milli və insan haqlarını inkar etməkdədir. 30 milyondan çox Azərbaycan türkü ən ibtidai haqqı olan ana dilində təhsildən belə məhrumdur. İran hakimiyyəti Azərbaycan türklərinin adət-ənənələri ilə bağlı məsələləri də siyasiləşdirir, bu yöndə fəaliyyət göstərənləri təqib edir. İş o yerə çatıb ki, şirniyyat üzərindəki rənglərə belə nəzarət edir, azərbaycanlıların toy mərasimlərində ana dilində danışıb milli musiqi çaldıranları basqıya məruz qoyur.

Son günlər polis hərəkatçılara, özəlliklə tələbələrə qarşı təzyiqləri artırıb. Aparılan bu sayaq qanunsuz əməliyyatlar qanuni haqların təmin olunması uğrunda mübarizə aparanların güvənsizliyini bildirməyə əsas verir" .

Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi, "Savalanın səsi" və "Haqqımız"a istinadən hazırlanmış hesabatda həbs olunmuş tələbələrin və gənclərin adları müraciət edilən qurumların məsullarının nəzərinə çatdırılıb.

Güney Azərbaycanın Zəncan şəhərindən tutulanlar bunlardır: Arəş Rayeji - Zəncan Universitetinin tələbəsidir. Tehranda qadın haqlarının tapdanmasına etiraz aksiyasında iştirak edib. ETTELAAT əməkdaşları tərəfindən tutulub. Peyam Şəkiba da bu ali təhsil ocağının tələbəsidir. O da oxşar aksiyada iştirak etdiyi üçün həbs olunub. Hər iki tələbə həbsxanda işgəncəyə məruz qalıb. Təbriz Universiteti mexanika fakültəsinin magistraturasında son imtahanlardan çıxan Səccad Radmehr, hquq fakültəsinin tələbələri: 23 yaşlı Fəraz Zehtabi, 23 yaşlı Aydın Xacei, habelə 29 yaşlı Daryuş və Şahruh Xatəmi qardaşları da həbs olunublar. "Azadlıq" radiosunun məlumatına görə, onlara qohumları ilə görüşməyə icazə verilmir. Onların saxlanıldıqları yer isə ETTELAAT-ın Təbrizdəki şöbəsi ailə üzvlərinin məhbuslara paltar gətirməsini istəyəndən sonra bəlli olub. Aydın Xaceinin qardaşı Ramin bildirib: "Qardaşımı ETTELAAT oğurlayıb. Onu həbs edərkən heç bir sənəd təqdim etməyiblər. Bundan sonra evimizə tökülüşdülər, qanunsuz axtarış apardılar. Qanunla yasaqlanmış heç nə tapmadılar. "Əsli və Kərəm", "İran türklərinin tarixi" kitablarını götürdülər. Bizə qardaşımın tutulma səbəbi, neçə gün saxlanılacağı haqda məlumat vermədilər". Ramin Xacei Aydının həbs edilməsini onun milli haqlar uğrunda mübarizə aparması ilə əlaqələndirib. "Burada kimsə "yaşasın Azərbaycan!" və ya "yaşasın dilim!" yaxud sadəcə, "mən türkəm, türkcə yazıb-oxumalıyam" desə, onu həbsxanaya salırlar. Bizim Aydın bəy də belələrindəndir", - deyə o söyləyib. Raminin sözlərinə görə, qardaşı milli haqlar uğrunda mübarizə apardığı üçün əvvəllər də iki semestr tədrisdən uzaqlaşdırılıb.

Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edib. Bir müddət öncə onun təhsilini davam etdirməsindən ötrü imza toplanılmışdı. Bundan sonra o, imtahanlara buraxılmışdı. Ancaq tələbələrin sevinci uzun sürməyib, S.Radmehr yenidən həbs edilib.

Səccadın bacısı İlahə Radmehr bildirib ki, 2006-cı ilin may hadisələrindən sonra tələbə-gənclərə qarşı təzyiqlər artıb. İlahə məsələ ilə bağlı bunları söyləyib: "Qardaşımgil qanunsuz bir iş görməyib. Əslində, bizə millət gözü ilə baxmırlar. Bunlar 30 milyonluq azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər: "Sizin diliniz Pəhləvidən qalmadır. Ona görə də "mənim dilim var" deməyə haqqınız yoxdur". Bunun qarşısında duran hər kəsi aradan götürürlər. Bu yolda çoxlarını öldürüblər. Bir neçə həftə əvvəl Fərhad Möhsüninin cəsədini göldən tapdılar. Onu da ETTELAAT oğurlamışdı. Beynəlxalq hüquq ayaq altına atılıb".

Güney Azərbaycan Öyrənci Qadınlar Birliyinin yaydığı xəbərə əsasən, Urmiya Universiteti şəhərsalma fakültəsinin sonuncu kurs tələbəsi İlahə Radmehr də universitetin nizam-intizam komitəsinə çağırılaraq çeşidli təzyiqə məruz qalıb. O, universitetdən qovulacağı və tutulacağı ilə hədələnib.

Təbriz Universiteti tələbələrinin təhlükəsizlik komitəsi tərəfindən qovulması qərarına etiraz edən Urmiya universitetinin 97 tələbəsi çeşidli təzyiqə məruz qalmaqdadır. Onların arasında İlahə Radmehr də var.

İyulun 10-da isə Təbriz Universitetinin 37 tələbəsi cəzalandırılıb. Onlar futbol üzrə Avropa yarışmasında Türkiyə millisinə tərəfkeşlik etdikləri üçün universitetin nizam-intizam komitəsinə çağırılıblar. İran hakimiyyəti Ərdəbil Universiteti tələbələrinin nəşr etdiyi "Sayan" adlı dərgini qapadıb. Bu jurnal Güney Azərbaycanın tarixi, mədəniyyəti və ictimai problemlərindən yazırdı. Dərgiyə Əsgər Əkbərzadə rəhbərlik edirdi. Təhsilini başa vurduqdan sonra o, redaktorluqdan istefa verib. Ötən ayın birinci ongünlüyündə güc strukturları Əsgər Əkbərzadə və Hüseyn Hüseyninin hər birindən uyğun olaraq 30 min və 10 min dollar girov almaq qarşılığında onları müvəqqəti azadlığa buraxıb.

Milli Hərəkatın tanınmış təəssübkeşlərindən biri, jurnalist, hüquq müdafiəçisi Şahnaz Qulami də İnqilab Məhkəməsinin Təbrizdəki şöbəsinə çağırılaraq həbs ediləcəyi ilə hədələnib. Xorasan türklərindən yazıçı-jurnalist Əliəkbər Tahiri də iyulun əvvəlində həbs olunub. Onun ailəsinə Ə.Tahiri barədə indiyədək məlumat verməyiblər.

27 yaşlı Həmid Valai də 2006-cı ilin may etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunmuşdu. O, "Dilmac" jurnalında elmi məqalələrlə çıxış edirdi. Ancaq hakimiyyət onun məqaləsinin bu dərgidə çapını yasaqlayıb.

"Baybak"ın məlumatına görə, Həmid Valai tutularaq ETTELAAT-ın həbsxanasında işgəncəyə məruz qalıb. Onun üçün yaradılmış saytda bildirilib ki, işgəncəyə məruz qaldığı zaman 4 dişi sınıb, sağ ayağı zədələndiyindən yeriyə bilmir, habelə çətinliklə danışır. Onun həbsi azərbaycanlı tələbələrin çoxsaylı etirazı ilə qarşılanıb. Ailəsi Həmid Valainin həbsxanadakı ağır durumu ilə bağlı İran İslam Respublikasının məhkəmə sisteminə açıq məktubla müraciət edərək onun suçsuz olduğunu və işgəncəyə məruz qaldığını vurğulayıb. Məktubda o da bildirilib ki, həbsxanada H.Valaiyə qarşı davranış İranın Ana Yasasına ziddir. O, Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvüdür. Azərbaycanlı tələbələrin nəşr etdiyi bir sıra dərgilərdə Azərbaycana dair elmi məqalələrlə çıxış edirmiş. İyulun 21-də Səhənd Universiteti Tibb mühəndisliyi fakültəsinin tələbəsi Əli Abdullazadə və həmin ali təhsil ocağının Elektrik mühəndisliyi fakültəsinin tələbəsi Peyman Qulami yaşadıqları mənzildə İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Onlar İranın "milli təhlükəsizliyinə qarşı çıxışlar etmək"də, "ölkə rəhbərlərini "monqol" adlandırmaq"da, "İslama qarşı təbliğat aparmaq"da və "universitet mühitini siyasiləşdirməyə cəhd"də ittiham edilirlər.

36 yaşlı Qulamrza Nəcəfi isə iş yerində həbs olunub. İranın təhlükəsizlik orqanlarının əməkdaşları onun yaşadığı mənzildə axtarışlar aparıb, Q.Nəcəfiyə aid SD və plakatlar qanunsuz olaraq müsadirə edilib.

Hərəkat təəssübkeşlərindən biri, Güney Azərbaycanın Urmiya şəhərinin sakini Huşəng Nağızadə də tutularaq yerli həbsxanaya aparılıb. O, ötən ilin fevralında Beynəlxalq Ana dili günü keçirilən tədbirlərdə iştirak etdiyinə görə tutularaq təzyiq və işgəncəyə məruz qalmışdı. 6 ay azadlıqdan məhrumetmə cəzası aldıqdan sonra Apellyasiya məhkəməsinə müraciət etmiş, bundan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Bu ayın əvvəlində İran polisi onu iş yerində həbs edib və hazırda o, Urmiya həbsxanasının 12-ci bölməsində saxlanılır.

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan hərəkat təəssübkeşi Əli Abbasi isə 5 il azadlıqdan məhrum edilərək yerli həsbxanaya yerləşdirilib. İki il öncə o, İnqilab Məhkəməsinin Ərdəbildəki şöbəsinin hakimi Həsənzadə tərəfindən "casusluq"da ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Apellyasiya məhkəməsinə müraciətdən sonra bu müddət 5 illə əvəzlənmişdi.

Abbasinin qardaşı bildirib ki, iki il öncə Əli ETTELAAT məmurları tərəfindən həbs edilmiş, "hakimiyyətə qarşı mübarizə" və "casusluq" ittihamı ilə 38 gün bu qurumun təcridxanasında ağır işgəncəyə məruz qalaraq saxlanılmışdı. Onun sözlərinə görə, işgəncələr və çeşidli təzyiqlər nəticəsində bu ittihamı onun boynuna qoymuşdular. "Azadlıq" radiosunun məlumatına əsasən, ötən ayın sonlarında İranın Rəşt şəhərində Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanlardan biri - Vədud Əsədi İnqilab məhkəməsinin yerli bölməsinə aparılıb. O, Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş başçısıdır. V.Əsədi tələbə qəzetlərindəki çıxışları ilə tanınır.

Bacısı Suməyya Əsədi hadisə ilə bağlı bunları söyləyib: "Toyundan iki həftə sonra həbs etdilər. Səhər saat 7-yə yaxın gəldilər, kağız göstərdilər, "icazəmiz var" dedilər. 4-ü içəri girdi, ikisi qapıda qaldı. Otaqları gəzdilər. Vədudun yazılarını, xatirə dəftərini, kitablarının hamısını apardılar. Fotoşəkil albomlarını, toyda çəkdirdiyi şəkilləri götürdülər. Vədudun toyunda tortun üzərində Azərbaycan bayrağının şəklini vermişdik. Yalnız milli mahnılar oxuyurduq. Toyda fars musiqisi əsla çalınıb oxunmadı. Hamımız türkü dedik, bütün toylardakı kimi güldük, oynadıq. Öz bayrağımızı çıxardıq, özgəsininkini neynirik. Güman edirəm ki, elə buna görə də Vədudu tutublar. Çünki gələnlər bizdən həmin toyun kasetini istədilər".

S.Əsədi qardaşının "separatçı" olmadığını, yalnız ana dili uğrunda mübarizə apardığını söyləyib: "Biz bölücü-filan deyilik. Amma mən türkəm, türkcə danışıram. Bir məmləkətdə 35 milyon türk olduğu halda, onun öz dilində yazıb-oxuya bilməməsi nə deməkdir? Bu insanlar öz adətinə uyğun toy edə, ana dilində çalıb-oxuya bilməzlərmi? Onun bu haqqı da yoxdur? Toy tortunun üstünə bayraq şəkli çəkdiyinə görə adamı tutarlar?"

Vədud Əsədinin həyat yoldaşı Zəhra Purəsəd ərinin tutulması səbəbini bilmədiyini söyləyib. Jurnalistin "cəmi iki həftədir ailə qurmusunuz, həyat yoldaşınızı həbs ediblər. Hansı hissləri keçirirsiniz" sualına cavabında Zəhra xanım deyib: "İftixar edirəm ki, vətən yolunda tutulub. Oğurluq, əyyaşlıq və başqa pisliklər etməyib, vətən uğrunda çalışdığı üçün tutulub, ona görə də mən onunla fəxr edirəm".

Tehran hakimiyyəti tələbələri həbs edir, onlara işgəncə verir, görmədikləri işləri zorla onların boynuna qoymaq istəyir. Bunlar azmış kimi, gənclərin dərgilərini də qanunsuz olaraq qapadır. Təbriz Universitetinin tələbələri "Səttarxan" adlı dərgi buraxırdılar. Həmin jurnalda Azərbaycanın milli-mədəni və ədəbi həyatına dair yazılar çap olunurdu. İlk sayı dərc edildiyi gündən indiyə qədər hakimiyyət çeşidli maneələr yaradıb. Dərginin məsulu Hüseyn Ədiban bildirib ki, qapadılma ilə bağlı ona xəbərdarlıq edilməyib. Onun fikrincə, görünür, "Səttarxan"ın sonuncu sayının "Azərbaycan Öyrənci Hərəkatına" həsr olunması ETTELAAT məmurlarını narahat edib. Hələ bir neçə ay öncə Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatda bildirilmişdi: "Hazırda Azərbaycan Milli Hərəkatının 1500-dən çox təəssübkeşi ilə bağlı məhkəmə işi var. Bəzilərinin məhkəmə işi 2002-ci il dekabrın 12-dən qalmaqdadır. Həmin insanların zaminə buraxılması və ya başqa tələblə məhkəməyə təqdim etdikləri sənədlər hələ də geri qaytarılmayıb. Bu şəxslərin bir çoxu 2003, 2004, 2005 və 2006-cı illərdə Babək qalasına yürüş zamanı həbs olunub. Bir qrup isə 2006 və 2007-ci ilin may etiraz aksiyalarına, habelə ana dilində təhsil tələbi ilə keçirilən tədbirlərə qatıldıqlarına görə tutulub".

Onu da qeyd edək ki, yuxarıda adlarını sadaladığımız şəxslərin bəziləri müvəqqəti olaraq azadlığa buraxılsa da, barələrində açılmış "cinayət işi"nə xitam verilməyib. Bu baxımdan komitənin bəyan etdiyi saya daha bir neçə yüz azərbaycanlının adının əlavə ediləcəyi istisna olunmur.


S.SƏDRƏDDİN

Elçibəyin oğlu and içdi

Elçibəyin oğlu and içdi


Ötən gün eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut hərbi and içib. Bu haqda eks-prezidentin kürəkəni Aqil Səmədbəyli qəzetimizə məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasiminə Elçibəyin ailə üzvləri qatılıblar.

Aqil bəy Ərtoğrulun özünü çox yaxşı hiss etdiyini və vətəninin keşiyində əsgər kimi durmaqdan fərəh hissi keçirdiyini söyləyib: “Hərbi nizam-intizamı Ərturqut çox tez mənimsəyib. O, yaxşı bir əsgər olacağına əmindir. Fiziki və mənəvi hazırlığı çox yüksək səviyyədədir. Gənc əsgər olmasına baxmayaraq, darıxmaq hissi ona yaddır”.
Xatırladaq ki, Ərturqut bu il Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra o, Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ərturqut Əliyev hazırda hərbi xidmətini Daxili Qoşunların Gəncədəki "N" saylı hərbi hissəsində keçirir.

Natiq

bizimyol

Təbriz-Bakı arasında internet körpüsü

Təbriz-Bakı arasında internet körpüsü



Yeni yaranan sayt Güney və Quzey Azərbaycan gənclərini bir araya gətirdi

İnternet sonsuz imkanlar, heç bir sərhəd tanımayan arzular dünyasıdır. Yetər ki arzulayasan, istəyəsən, sonra isə öz möcüzəni yaradasan. “Qaynar.info”-nun məlumatına görə, belə maraqlı ideyalardan birini [1] www.bizimelde…. saytının yaradıcıları gerçəkləşdiriblər.

Saytın məqsədi Güney və Quzey Azərbaycan arasında tanışlıq körpüsü yaratmaq, hər iki Azərbaycanının insanlarını internet üzərində bir araya gətirmək, yeni tanışlıqlar, yeni dostluqlar, son bir əsrdə yaranan bir çox fərqlilikləri bu yolla aradan qaldırmaqdır. [2] Bizimelde.com saytı bu mənada Vahid Azərbaycan saytıdır.qaynar

Cənubi Osetiyada hərbi əməliyyatlar başlayandan sonra Azərbaycan, Gürcüstan və Ermənistan haqqında məlumatlar “Google Maps”-dən çıxarılıb

Cənubi Osetiyada hərbi əməliyyatlar başlayandan sonra Azərbaycan, Gürcüstan və Ermənistan haqqında məlumatlar “Google Maps”-dən çıxarılıb

“Google” şirkətinin “Google Maps” onlayn-servisindən Cənubi Qafqaz ölkələri haqqında məlumatlar silinib.

APA-nın xəbərinə görə, məlumatlar serverdən Cənubi Osetiyada hərbi əməliyyatlar başlayandan sonra çıxarılıb. Hazırda serverdə Azərbaycan, Gürcüstan və Ermənistanın yalnız boş xəritələri yerləşdirilib, şəhərlər, yaşayış məntəqələri və magistrallar haqqında məlumatlar isə silinib.

Bundan başqa, “CyberSecurity” saytı Gürcüstan ərazində Rusiya saytlarının açılmadığı barədə xəbər yayıb. Xəbərdə o da bildirilir ki, Gürcüstan dövlət strukturların saytları ötən həftə hakerlər tərəfindən dağıdılıb.

“RUSLAR BU GECƏ TİFLİSİ TUTACAQ”

“RUSLAR BU GECƏ TİFLİSİ TUTACAQ”
Rusiya Azərbaycan sərhədlərinə bomba yağdırdı
Gürcüstan rəhbərliyi dünya birliyinə müraciət etdi, Qori və başqa şəhərlər işğal olundu, rus qoşunları Tiflisin bir neçə kilometrliyindədir



Rusiya ilə Gürcüstan arasında müharibə davam edir və Azərbaycan üçün də olduqca təhlükəli vəziyyət yaradır. Dünən Rusiya aviasiyası Gürcüstan ərazilərinə yenidən intensiv bomba zərbələri endirib. Bu dəfə hava hücumları daha da şiddətlənib və Rusiya təyyarələri ölkənin bir sıra hərbi və mülki infrastrukturlarına, o cümlədən Azərbaycan sərhədlərinin yaxınlığındakı Kaxeti hərbi aerodromuna güclü raket-bomba zərbələri endiriblər. Aerodromonun necə bombardman edildiyini Azərbaycanın Zaqatala rayonunun sakinləri də müşahidə edə biliblər.

Bomba partlayışlarının səsi Azərbaycanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində də eşidilib. Gürcü mənbələri Kaxetini vuran Rusiya təyyarələrinin Azərbaycan hava məkanında manevr etdiklərini bildirir.
Xəbər verildiyi kimi, Gürcüstan avqustun 10-da öz qoşunlarını Cənubi Osetiyadan bütünlüklə çıxardığını elan edib. Prezident Mixail Saakaşvili atəşin birtərəfli qaydada dayandırılmasını əmr edərək Rusiyaya atəşkəs haqda nota verib. Lakin Rusiya bu notaya məhəl qoymur və Gürcüstan üzərinə havadan, qurudan və dənizdən hücumları davam etdirir. Rusiya az qala bütün hərbi potensialını Gürcüstana qarşı işə salıb və belə görünür ki, rusların məqsədi bu kiçik Qafqaz ölkəsini bütünlüklə diz çökdürüb nəzarət altına almaqdır.
Gürcüstan Xarici İşlər Nazirliyindən “Frans press” agentliyinə verilən məlumatda deyilir ki, ölkə ərazisinin bombardman edilməsində eyni vaxtda 50-dən çox Rusiya təyyarəsi iştirak edir. Məlumata görə, dünən gecə Rusiya təyyarələri paytaxt Tiflisin yaxınlığındakı qədim Kocori kəndinə zərbə endiriblər, bombalardan biri isə Tiflisin Mahat dağları rayonuna düşüb. Hərbi əməliyyatların gedişi haqda rəsmi xronikanı açıqlayan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, avqustun 11-nə keçən gecə, habelə dünən səhərdən başlayaraq Rusiya aviasiyası Gürcüstanın bir neçə yaşayış məntəqəsinə zərbələr endirib. Nazirliyin rəsmi nümayəndəsi Şota Utiaşvilinin bildirdiyinə görə, bomba zərbələrinə Tiflisin ətraf məhəllələri, Batumi, Poti limanları və Zuqdudi şəhəri məruz qalıb. Ölənlərin və yaralananların sayı haqda məlumat yoxdur. Utiaşvili bildirib ki, rus tankları dünən səhər Cənubi Osetiya istiqamətindən Qori şəhərinə doğru hücuma cəhd ediblər, lakin bu cəhdin qarşısı alınıb. Xatırladaq ki, Qori şəhəri neçə gündür ki, bombalanır, şəhərdən 30 mindən çox sakin qaçqın düşüb, çoxlu sayda dinc sakin həlak olub.
Utiaşvili bildirib ki, dünən gecə Tiflis beynəlxalq aeroportunun radar qurğularına da zərbə endirilib. Zərbə nəticəsində qurğulara ziyan dəyib, lakin aeroportun işini qısa müddət sonra bərpa etmək mümkün olub. Dünən səhər saatlarında isə Rusiya təyyarələri Azərbaycanla sərhəddə yerləşən Kaxeti aerodromunu bombardman edib. Hərbi obyektə 12 bomba atıldığı bildirilir. Nəticədə aeroportun uçuş-enmə zolağı sıradan çıxıb, ölən və yaralanan olmadığı bildirilir. Gürcüstan KİV-ləri isə hərbi mənbələrə istinadən bildiriblər ki, zərbələrin hədəfi yaxınlıqda yerləşən Dedoplitsarsk rayonundakı Şirak aerodromu olub, lakin bu obyekti vurmaq üçün təyyarələri Azərbaycan ərazisi üzərindən manevr etməlidir. Bildirilir ki, Kaxeti aerodromu 15 ildir işləmir, əvvəllər orada Rusiya hərbi bazası yerləşib.
Xəbər verildiyi kimi, Rusiya Abxaziya istiqamətindən Gürcüstana qarşı ikinci cəbhə açıb. Gürcü-abxaz münaqişəsi regionundakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Aleksandr Novitski bildirib ki, Abxaziya ərazisinə 9 min rus hərbçisi və 350 vahid hərbi texnika yeridilib. Onun sözlərinə görə, hərbi texnika və desant qoşunlarının döyüşçüləri Abxaziyaya avqustun 10-da axşam daxil olub. Onları hərbi-nəqliyyat təyyarələri ilə Suxumiyə gətiriblər. Rusiya qüvvələri abxaz separatçılarının dəstələri ilə birlikdə Gürcüstanın nəzarətində olan Kador dərəsinin yuxarı hissəsində hücuma keçiblər. Son məlumatlara görə, abxaz və rus qüvvələri Kador dərəsinin yuxarı hissəsini mühasirəyə alaraq bölgədəki gürcü qüvvələrinə ultimatum təqdim ediblər. Separatçı rejimin “müdafiə naziri” Mirab Kişmariya bildirib ki, bütün yollar və dağ cığırları nəzarət altına alınıb: “Biz Kador dərəsinin yuxarı hissəsindən gürcü qüvvələrinin və dinc sakinlərin bütünlüklə çıxması üçün humanitar dəhliz təklif edirik. Əgər gürcü hərbçiləri bu imkandan istifadə etməsələr onların məhv edilməsi üçün əməliyyat başlayacaq”. Analoji ultimatumu Rusiya sülhməramlı qüvvələrinin komandanı general Sergey Çaban də səsləndirib. O bildirib ki, gürcü qüvvələri və polisi Kador dərəsinin yuxarı hissəsini 3 saat ərzində tərk etməlidir, əks halda, onlar məhv ediləcək. Gürcüstan tərəfinin isə bu ultimatumu rədd etdiyi bildirilirdi. Tiflisdən verilən məlumata görə, Kador dərəsinin yuxarı hissəsində gürcü qüvvələrinin blokadaya alındığı haqda xəbər yalandır və rusların həmin bölgədəki hücumunun qarşısı alınıb.
Xəbər verildiyi kimi, Rusiya bazar günü Abxaziya sahillərinə donanma birliklərini də yeridib. Rusiyanın üç iri desant gəmisinin və raket kreyserinin Abxaziyanın Oçamçir limanına yan aldığı bildirilir. Gürcüstanın Abxaziya ilə sərhəd Zuqdudi şəhərinin sakinləri isə bundan təşvişə düşərək evlərini tərk edirlər. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bazar günü Gürcüstan donanmasının gəmiləri Qara dəniz sularında Rusiya gəmiləri ilə qarşılaşıb, bu zaman baş verən atışma zamanı gürcü gəmilərindən biri heyət üzvləri ilə birlikdə batırılıb. Lakin Gürcüstan tərəfi bu xəbəri şərh etmir.
Rusiya tərəfi də müharibənin gedişində itkilər verir. Rusiya hərbi komandanlığı bildirib ki, gürcü qüvvələri dünən gecə Sxinvali şəhərini artilleriya qurğularından atəşə tutublar. Nəticədə Suxumidə 3 Rusiya hərbçisi ölüb, 18-i yaralanıb. Bildirilir ki, Cənubi Osetiya cəbhəsində bütün gecəni atışmalar olub, gürcü aviasiyası Rusiya qüvvələrinin mövqelərindən birini bombalayıb. Cənubi Osetiya separatçılarının rəhbəri Eduard Kokoyta isə deyib ki, Sxinvalidə vəziyyət onların nəzarəti altındadır, şəhərdə çoxlu sayda öldürülmüş gürcü əsgərlərinin cəsədləri qalıb. Gürcüstan tərəfi isə müharibənin ilk 3 günü ərzində ölənlərin rəsmi sayını açıqlayıb. Bildirilir ki, gürcü tərəfinin itkiləri 92 nəfər çatıb, onların arasında mülki sakinlər də var.
Cənubi Osetiya separatçılarının nümayəndəsi İrina Qaqloyeva isə məlumat verib ki, Gürcüstan tərəfi suvarma kanalını açaraq Sxinvalinin cənub hissəsində evlərin zirzəmisinin su altında qalmasına səbəb olub. Onun iddiasına görə, Gürcüstanın məqsədi neçə gündür zirzəmilərdə gizlənən sakinlərin çölə çıxmasına nail olmaq və onları bombardman etməkdir. Separatçı rejimin bildirdiyinə görə, avqustun 8-də Cənubi Osetiyaya 8 min gürcü hərbçisi və 100-dən çox tank girib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı isə dünən Gürcüstan üzərində daha iki döyüş təyyarəsinin itirildiyini təsdiq edib. Baş Qərargah rəisinin müavini general Anatoli Naqovitsin keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya döyüş əməliyyatları ərzində cəmi 4 təyyarə, 18 əsgər itirib. 14 əsgər isə itkin düşmüş hesab edilir. Naqovitsin Cənubi Osetiya ətrafındakı strateji yüksəkliklərin nəzarət altına alındığını və gürcü aviasiyasının bölgədə uça bilmədiyini də deyib. Rusiya generalı Gürcüstanın atəşkəs haqda bəyanatına inanmadıqlarını və döyüş əməliyyatlarını davam etdirdiklərini bildirib.
Qərb mətbuatının yazdığına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili müharibənin başlamasından bu yana yatmır və köməkçiləri onun bənizinin ağardığını bildiriblər. “Le Monde” qəzetinin əməkdaşı Saakaşvili ilə telefon əlaqəsi saxlayarkən Gürcüstan prezidenti ona deyib ki, üç gündür yemək yemirdi və yalnız indi təcili Tiflisə gələn Fransa xarici işlər naziri Bernar Kuşnerlə birlikdə nahar etmək üçün oturub. Saakaşvili bir tərəfdən Rusiya ilə döyüşlərə rəhbərlik etməyə, digər tərəfdən isə beynəlxalq ictimaiyyətlə təmasları davam etdirərək Rusiyanın təcavüzünü dayandırmağa çalışır. O, CNN telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya Gürcüstanı ABŞ və NATO-ya görə bombardman edir. Saakaşvilinin sözlərinə görə, Gürcüstana atılan Rusiya bombalarının üzərində rus dilində “bu amerikalılar üçün, NATO üçün” sözləri aşkar edilib. “The Wall Street Cournal” qəzeti də dünən Saakavilinin məqaləsini dərc edib. Məqalədə deyilir ki, Rusiya bu müharibəyə çoxdan hazırlaşırdı və onun məqsədi NATO-nu Qafqaza buraxmamaq, Gürcüstan ərazilərinin bir hissəsini işğal etməkdir. Saakaşvili Cənubi Osetiyada atəşi birtərəfli qaydada dayandırmalarına baxmayaraq avqustun 8-nə keçən gecə osetinlərin gürcü kəndlərinə hücum etdiklərini, nəticədə Sxinvaliyə zərbə endirməkdən başqa yollarının qalmadığını bildirib.
ABŞ-ın strateji analizlə məşğul olan “Stratfor” mərkəzi isə qeyd edir ki, Rusiya hərbi baxımdan gücləndiyini və Amerika ekspertlərinin hazırladığı qüvvələrə qalib gəlmək imkanında olduğunu nümayiş etdirir. Mərkəz hesab edir ki, Rusiyanın Gürcüstanda apardığı hərbi əməliyyatlarda məqsəd bir çox keçmiş sovet respublikaları, o cümlədən bütün Qafqaz, Ukrayna və Mərkəzi Asiya üçün xəbərdarlıq siqnalıdır. İsrail mətbuatı isə yazıb ki, ABŞ təcili qaydada Gürcüstana hərbi yardım göstərmək üçün hava dəhlizi yaradıb. “Ma’ariv” qəzetinin yazdığına görə, ABŞ İordaniya vasitəsilə Gürcüstana hərbi sursat və texnika yola salır. Bildirilir ki, avqustun 8-dən başlayaraq hər gün İordaniyanın Akaba aeroportundan Tiflisə dörd Amerika yük təyyarəsi uçur. Akaba aeroportundan bir qayda olaraq İraqa silah-sursat göndərilir. Məlumata görə, Gürcüstan Rusiyanın irimiqyaslı quru müdaxiləsinə qarşı hazırlıqlar görür. “Gürcüstan bu müharibədə hələ yeni növ silahlarını işə salmayıb və Rusiyaya sürprizlər hazırlayır”.
Gürcüstanın əslən yəhidi olan dövlət naziri Timur Yakobaşvili isə “Yediot Ahronot” qəzetinə açıqlamasında deyib ki, Suxumi üzərinə hücuma keçib bir neçə saatda şəhəri tutan gürcü birliklərini İsrail hərbi ekspertləri “TSAXAL” üslubunda hazırlayıb.
“İsrail onun mütəxəssislərinin bizim qoşunlarımızı necə hazırladıqları haqda fəxr edə bilər. Bu bölmələr iki Rusiya ordusunu geri oturda bildi, 50 tank, 12 təyyarə sıradan çıxardı, azı 60 rus əsgərini məhv etdi” - deyə Yakobaşvili bildirib. İsrail hərbi çevrələrindən isə deyiblər ki, Rusiyanın Cənubi Osetiyaya bu qədər qüvvə yeritməsi gözlənilməz olub. “Gürcüstanın belə müharibədə qalib gəlmək üçün heç bir şansı yox idi” - deyə mənbə bildirib.
ABŞ prezidenti isə növbəti dəfə Rusiyanı Gürcüstana qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb. ABŞ prezidenti deyib ki, o, Rusiya prezidenti ilə telefon əlaqəsi saxlayaraq münaqişənin daha da dərinləşməsinin yolverilməz olduğunu deyib. Vitse-prezident Dik Çeyni isə bəyan edib ki, Rusiyanın hərbi təcavüzü belə davam edə bilməz. Saakaşvili ilə telefon söhbəti zamanı Çeyni bildirib ki, Rusiyanın addımları cavabsız qalmayacaq və bunun iki ölkə arasındakı münasibətlərə təsiri olacaq. ABŞ-ın BMT-dəki keçmiş səfiri Riçard Holbruk isə Buş administrasiyasının baş verənlərə reaksiyasını tənqid edib. Holbruk deyib ki, o, Rusiyanın Gürcüstana tankları yeritdiyi saatlarda prezident Buşun Pekində baş nazir Putini qucaqlamasını görəndə çox təəccüblənib. “Mən hesab edirəm ki, Rusiyanın hədəfi təkcə Gürcüstan deyil, növbəti hədəf Ukrayna ola bilər. Lakin Ukraynada Putin Gürcüstandakı kimi gülə bilməyəcək, çünki 50 milyon əhalisi var”. Britaniyalı hərbi analitik Alen Melison isə “The Sunday Times”ə bildirib ki, hazırda Gürcüstanda 200-ə yaxın Amerika hərbi eksperti var, onlar gürcü ordusuna təlim verir. Melisonun sözlərinə görə, Gürcüstan ordusu 12 minlik yaxşı hazırlıq görmüş birləşmələrdən ibarətdir.
Xəbərlərə görə, Avropa ölkələri atəşin dayandırılmaslna nail olmaq üçün intensiv diplomatik səylər göstərir. Fransa prezidenti Nikola Sarkozi tərəfləri atəşkəsə çağırmaq üçün Moskvaya səfər edib, onun daha sonra Tiflisə gələcəyi gözlənilirdi. Fransa və Finlandiyanın xarici işlər nazirləri isə artıq Tiflisə gələrək prezident Saakaşvili ilə atəşkəs haqda təklifi müzakirə ediblər. Saakaşvili sənədi imzalayıb, dünən Fransa və Finlandiya xarici işlər nazirlərinin sənədi təcili olaraq Moskvaya aparacaqları bildirilirdi. Lakin belə görünür ki, Rusiya beynəlxalq ictimaiyyətin səylərinə məhəl qoymaq niyyətində deyil. Rusiyanın faktiki rəhbəri, baş nazir Vladimir Putin bildirib ki, Gürcüstanda başlayan əməliyyatlar məntiqi sonluğa qədər davam edəcək. Lakin o, “məntiqi sonluğun” nədən ibarət olduğunu deməyib. O da məlum olub ki, Putin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon zənglərinə cavab verməyib. Ərdoğanın onu atəşi dayandırmağa çağırmaq üçün axtardığı, lakin iki gün zəng etsə də, Putinlə əlaqə yarada bilmədiyi bildirilir.
Günün sonuna doğru yayılan məlumatlara görə, Rusiya qoşunları Abxaziya istiqamətindən Gürcüstan ərazilərinin içərilərinə doğru 40 kilometrədək irəliləyib. Gürcüstan DİN-in rəsmi nümayəndəsi Şota Utiaşvili rus qoşunlarının zirehli transportyorlarla Poti yaxınlığındakı Senaki və Zuqdidi şəhərlərini tutduğunu açıqlayıb. Həmin şəhərdə Gürcüstan ordusunun 2-ci piyada briqadası yerləşir. Bildirilir ki, rus qoşunları artıq Tiflisin 65 kilometrliyindədir. Rusiya hərbi komandanlığı Senakidə “preventiv tədbirlərin” həyata keçirildiyini təsdiqləyib. Prezident Saakaşvili isə Fransanın xarici işlər naziri Bernar Kuşnerlə birlikdə Rusiyanın bombaladığı Qori şəhərinə baş çəkərkən ölüm təhlükəsi ilə qarşılaşıb. Belə ki, həmin vaxt Qori üzərində iki Rusiya təyyarəsi görünüb, mühafizəçilər dərhal Saakaşvilini və Kuşneri təhlükəsiz yerə aparıblar, bu vaxt qaçarkən Saakaşvili yıxılıb. Gürcü tərəfi həmin təyyarələrdən birinin vurulduğunu açıqlayıb, bildirilir ki, bu, Rusiyanın vurulan sayca 19-cu təyyarəsidir.

***

Qəzet çapa hazırlanarkən Gürcüstandan həyəcanlı xəbərlər daxil olmaqda davam edirdi. “Röyter” agentliyi Bakı vaxtıilə saat 21 radələrində xəbər yaydı ki, Rusiya qoşunları artıq neçə gündür bombardman edilən Qori şəhərini tutublar. Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib. Qori şəhəri Tiflisin cəmi 50 kilometrliyində yerləşir. Digər məlumata görə, Qori sakinləri şəhəri bütünlüklə tərk edib, lakin şəhərdə hələlik rus tankları gözə dəymir.
Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze isə məlumat verib ki, Rusiya qoşunları Senaki şəhərində gürcü qoşunlarının bazasını ələ keçirib. Əlavə təfərrüatlar haqda məlumat yoxdur. “İnterfaks” isə Rusiya hərbi komandanlığına istinadən xəbər yayıb ki, Senaki şəhərindəki hərbi aerodrom da tutulub, oradakı iki hərbi vertolyot məhv edilib. Ən son məlumatlara görə, Gürcüstan ordusunun hissələri geri çəkilərək paytaxt Tiflisi müdafiə etmək üçün cəmləşir. Bu haqda “Frans press” agentliyi Gürcüstan hökumətinin bəyanatına istinadən məlumat yayıb. Bildirilirdi ki, Abxaziya istiqamətindən Gürcüstana yeridilən Rusiya qoşunları Tiflis üzərinə hücuma keçib. Gürcüstan hökuməti bəyanat yayaraq bu təcavüzü dayandırmaq və ölkəni xilas etmək üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb. “Baş verənlərdən görünür ki, Rusiya demokratik yolla seçilmiş hakimiyyəti devirmək və Gürcüstanı bütünlüklə işğal etmək xətti götürüb” - deyə bəyanatda bildirilir. Təhlükə var idi ki, rus qoşunları elə dünən gecə Tiflisi ələ keçirsinlər. Belə görünürdü ki, Rusiya rəhbərliyi Saaakşvili başda olmaqla onun hökumətinin üzvlərini ya məhv etmək, ya da həbs edib mühakimə etmək məqsədini qarşıya qoyub. Çünki Rusiya Hərbi Prokurorluğu Cənubi Osetiyada “soyqırım” törədilməsi ilə bağı cinayət işi qaldırıb.


F.MƏMMƏDOV

musavat

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Say (No.): 500/ 2008

İlaygün (Date): 6 August 2008



BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə



Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

· Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

· Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

· Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

· Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis



Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu





Sayın cənablar



İLƏTİŞMƏ 1: VƏDUD ƏSƏDİ BƏYN İNSAN HAQLARINI DİRÇƏLTMƏK ÜÇÜN KAMPANİYA



Vədud Əsədi bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, İran yetgililəri tərəfindən o öz sərbəstliyindən yoxsun edilmişdir. Əsədi bəy geoloji üzrə Güney azərbaycanlı bir öyrənçidir və onun uğrunda diqqətinizə sunulan bəlgələr bunlardır:



Cədvəl 1: Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun diqqətinə çatdırmaq üçün istənilən İlətişmə forması;

Cədvəl 2: Əsədi bəyin həyat yoldaşı və bacısı tərəfindən Azadlıq radiyosuna verilən müsabənin mətni.



İran yetgililərinin Əsədi bəyə qarşı öz-xoşuna davranmalarının başlıca cəhətləri bunlardır:

· Bugünə dək, ona təqsirləndirmə elan olmamış, ona qarşı ittiham yox; o vəkil vasitəsi ilə müdafiə olunma haqqından yoxsun olumuş; və ailəsinin onun harada olduğundan soraqları yoxdur.

· Yaxalanma tarixi, 22 İyul 2008-dən iki həftə sonra Tehrandakı qorxunc Evin həbsxanasına köçürülmüş və buda bir güvənli qaynaq tərəfindən doğrulanmışdır;

· Onun sağlamlığından nigaran olaraq, qeyd edə bilərik ki, İran yetgililəri tərəfindən o qabaqlar işgəncəyə məruz olmuşdu və May 2006 Kütlə Etirazlarında iştirak etdiyi üçün Təbriz və Ərdəbildə təqsirlənmədən belə 3 ay tutuqlanmışdı;

· Ərdəbildə universiteti öyrənçisi olar ikən, o islami öyrənçilər dərnəyinin sədri idi və Səhər dərgisini buraxardı ki, bu dərgi də basqıya məruz olub dayandırıldı.



Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Əsədi-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Əsədi ailəsindən məsuliyyət götürmüş olaq və onları basqıya məruz etməyə İran yetgililərinə bahana qalmasın.



Əsədi bəy Güney Azərbaycanın öyrənçi/akademik qüvvələrindən məhz birisidir ki, indi gedən basqıya məruz qalmışdır. Onun insan haqlarının dirçəldilməsi yalnız sizin kampaniyanız ilə sağlana bilər. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.



Hörmət ilə:

Əli Taşkənt



Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri






No.: 500/ 2008

Date: 6 August 2008



The Office of High Commissioner for Human Rights, Geneva



Please circulate this to Working Group on arbitrary detention; it is also of relevance to:

· Special Rapporteur on the independence of judges

· Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression

· Special Rapporteur on contemporary forms of racism, racial discrimination, xenophobia and intolerance

· The Independent Expert on Minority Issues, and



CC Mr Dyke and Mrs. Harrison, Amnesty International, London

Also: Human Rights Watch and Human Rights Server





Dear sir/madam,



COMMUNICATION 1 CAMPAIGNING FOR THE REINSTATEMENT OF HUMAN RIGHTS OF MR. VEDUD ESEDI



Please find enclosed Communication 1 for safeguarding human rights of Mr. Vedud Esedi, a Southern Azerbaijani student reading geology, who has been deprived of his liberty by Iranian authorities. The following information is provided:

Table 1 The Communication form for the Working Group on arbitrary detention, using confirmed and published information; and

Table 2 Presents a transcript of the interview by MR. Esedi’s wife and sister given to Radio Liberty.



The arbitrary treatment of Mr. Esedi by Iranian authorities is summarised as follows:

· He was arrested on 22 July 2008 and approximately after 2 weeks he was transferred to the notorious Evin prison, in Tehran, as confirmed by a reliable source.

· To date, he ha not been indicted; no charges have been brought against him; he has no access to a lawyer; and if it was not due to a reliable source, his whereabouts would have been unknown.

· We fear for his safety, as he was tortured by Iranian authorities in the past when he was arbitrarily detained earlier in Tebriz and Erdebil for three months without indictment for his participations in the May 2006 Mass Protests.

· When he was a University student in Erdebil, he was the General Secretary of the Islamic Student Society and the director of the students’ publication, Seher but was banned after a few issues.



We would like to stress that in compiling this Communication, we have not consulted with Mr. Esedi, his family or his lawyer. This statement is necessary to manage the risk of reprisal by the Iranian authorities.



Mr. Esedi is only one of Southern Azerbaijani students/academics who suffered an ongoing wave of repression. The reinstatement of his human rights is only possible through your campaign. Thank you in advance for your care.



Yours faithfully,



Mr. Eli Tashkent



The Committee for the Defence of the Rights of World Azerbaijanis







Table 1 The COMMUNICATION FOR CASE OF MR. VEDUD ESEDI









Working Group on Arbitrary Detention
"No one shall be subjected to arbitrary arrest, detention or exile."
(Article 9, the Universal Declaration of Human Rights)
VII. Model questionnaire to be completed by persons alleging arbitrary arrest or detention

I. Identity of the person arrested or detained



1. Family name:

Esedi (the transcription of the name from Farsi is normally Asadi and the name in Arabic script is اسدی)

2. First name:

Vedud

3. Sex:

Male

4. Birth date or age (at the time of detention):

28 years old

5. Nationality/Nationalities:

Southern Azerbaijani national; a citizen of the Islamic Republic of Iran

6. (a) Identity document (if any):

not available

(b) Issued by:

Being from the Southern Azerbaijani city of Germi in Mughan, Erdebil, the General Registry Office in Germi or Erdebil would be responsible for issuing his birth certificate

(c) On (date):

The data not available

(d) No.:

The data not available

7. Profession and/or activity (if believed to be relevant to the arrest/detention):

Student, reading geology in Open University in Rasht

8. Address of usual residence:

He is from the Southern Azerbaijani city of Germi but a student in Rasht and therefore his city of current residence would be Rasht. No more specific information on his address is available.

II. Arrest

1. Date of arrest:

22 July 2008 in the morning.

2. Place of arrest:

The victim was arrested at his home in Rasht

3. Forces who carried out the arrest or are believed to have carried it out:

He was arrested at his homes by security agents of Ministry of Information in Rasht between 6.30 and 7.00 a.m. The agents knocked the door and four agents entered home and two stayed outside.

4. Did they show a warrant or other decision by a public authority?

Apparently the agents mentioned that they had a warrant but did not show it.

5. Authority who issued the warrant or decision:

Undoubtedly, the authority was the Ministry of Intelligence at least we assume so. The onus is on the authority to provide clear information.

6. Relevant legislation applied (if known):

Normally the authority does not provide this data to cover their act of arbitrary arrests and this case is no exception.

III. Detention

1. Date of detention:

23 July 2008

2. Duration of detention (if not known, probable duration):

The detention period was probably 2 weeks.

3. Forces holding the detainee under custody:

During the detention, the victim would be held by the office of the Ministry of Information in Rasht. This is also the opinion of his wife, Zehra when she gave an interview to Radio Liberty (http://www.rferl.org/content/Traditional_Azeri_Wedding_Leads_To_Arrest_In_Iran/1186350.html).

4. Places of detention (indicate any transfer and present place of detention):

It is assumed that the victim was kept in a detention facility of the Ministry of Information, and our reliable sources indicate that he was transferred to Wing 209 of Evin prison in Tehran.

5. Authorities that ordered the detention:

Our assumed response would be that the authority ordered the detention was the Ministry of Information.

6. Reasons for the detention imputed by the authorities:

There is no official indictment and this has been confirmed by his wife, Zehra, who sufficed to stating in her Radio Liberty interview that there is no official indictment. However, victim’s sister, Sumeyya, was prepared to speculate when she gave an interview to the Radio Liberty and attributed the reason in the following terms: "I think it was because we put the image of the Azerbaijans flag on the wedding cake," she says. "We sang only Azerbaijani songs, there were no Farsi songs. We all were speaking Turkic [Azerbaijani], [and there was] Turkic dancing. There is no need for Farsi in a Turkic wedding. We used our flag -- we dont need others flags. I think Vedud was arrested for this, because the first thing they asked for when they initiated the search was the wedding film."

7. Relevant legislation applied (if known):

As there are no imputed charges, relevant legislation underpinning the arrest, the custody and the detention are not known. The onus is on the authority to issue such information and deserve the title of being called the authority.

IV. Describe the circumstances of the arrest and/or the detention and indicate precise reasons why you consider the arrest or detention to be arbitrary

This case has the full hallmark of arbitrary detentions, including:

· The agents arresting the victim did not inform the victim and his family, the ground for the arrest and everything happened suddenly;

· Victim’s sister says the officers who arrested her brother seized his books in Azerbaijani, material on the history of Azerbaijan, CDs, and his computer;

· The victim was taken to the Revolutionary Court in Rasht on the following day but leading to no indictment or charges;

· The members of victim’s family have been referring to the different offices of the Ministry of Information but in vain obtaining no information on his whereabouts;

· The victim has been transferred to Evin prison without letting his family know on his whereabouts;

· He has been denied of the access to a lawyer, let alone the lawyer of his choice.

· We have also presented many similar cases showing that Iranian authorities treat Southern Azerbaijani activists in an arbitrary manner;

· Also, Amnesty International has issued many statements supporting that Iranian authorities act in arbitrary manner.

V. Indicate internal steps, including domestic remedies, taken especially with the legal and administrative authorities, particularly for the purpose of establishing the detention and, as appropriate, their results or the reasons why such steps or remedies were ineffective or why they were not taken:

In the interview given by the victim’s wife and sister, they have taken every action possible, including giving interviews to the radio Liberty, endangering their own safety, but all these are in vain. Additionally, there are statements from different organisation campaigning, including the Association of Southern Azerbaijani Academics and Students Union in Tebriz and Erdebil, for the release of the victim. But they have not yet secured his liberty.





VI. Full name and address of the person(s) submitting the information (telephone and fax number, if possible) (d)

Mr. Eli Tashkent

On behalf of:

The Committee for the Defence of the Rights of World Azerbaijanis



Address:

Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: email: info@dunazhak.net



Date: 3 August 2008 Signature:





This questionnaire should be addressed to the Working Group on Arbitrary Detention, OHCHR-UNOG, 1211 Geneva 10, Switzerland, fax No. (41-22) 917.90.06.



© The Office of the High Commissioner
for Human Rights
Geneva, Switzerland Send e-mail with comments and suggestions to:
webadmin.hchr@unog.ch
OHCHR-UNOG
8-14 Avenue de la Paix
1211 Geneva 10, Switzerland
Telephone Number (41-22) 917-9000










Table 2 The Text on the Interview of Mr Esedi’s wife and sister in the Radio Liberty

http://www.rferl.org/content/Traditional_Azeri_Wedding_Leads_To_Arrest_In_Iran/1186350.html

Note the transcription of the names in this article is not in exactly the style as we normally use.

Traditional Azeri Wedding Leads To Grooms Arrest In Iran

July 25, 2008



By Khadija Ismaylova



BAKU -- Vedud Asadi is well-known for his work promoting the cultural and language rights of Irans Azeri minority, so its little surprise that he celebrated his wedding with a nod to his ethnic heritage.

Guests sang folk songs and danced traditional dances -- but the flag may have been the icing on the cake for Iranian authorities who came to arrest him two weeks after the event, according to his sister, Sumayya Asadi.



"I think it was because we put the image of the Azerbaijans flag on the wedding cake," she says. "We sang only Azerbaijani songs, there were no Persian songs. We all were speaking Turkic [Azeri], [and there was] Turkic dancing. There is no need for Persian in a Turkic wedding. We used our flag -- we dont need others flags. I think Vedud was arrested for this, because the first thing they asked for when they initiated the search was the wedding film."

Vedud Asadis bride, Zahra Purasad, says the secret police who arrived at the newlyweds flat in Rasht on the evening of July 22 did not give any reasons for her husbands arrest. "I asked, but they did not say anything," Purasad tells RFE/RLs Azerbaijani Service.

The Iranian authorities were already familiar with Asadis activism. In 2006, the former chairman of the Islamic Students Union at northwestern Irans Ardebil University was arrested for participating in a protest against cartoons that depicted Azeris as cockroaches.

His family says he spent about 3 1/2 months in prison without being charged following that arrest, and they now fear he will be imprisoned again. His wife knows only that he was taken to a local court on July 24, but has no information about the outcome in court or his current whereabouts.

The ethnic-Azeri minority makes up 25-33 percent of Irans population. While the Iranian Constitution provides language and cultural rights for the countrys minorities, the regime has banned the teaching of the Azeri language in schools, and harassed and jailed activists like Asadi.

Sumayya Asadi says the officers who arrested her brother seized his Azeri-language books, material on the history of Azeris, CDs, and his computer.

Iranian authorities often cite the promotion of "pan-Turkism" as the reason for detaining ethnic Azeris. But Sumayya Asadi says her brother is no separatist, he simply believes that his peoples cultural and linguistic rights are worth fighting for.

She says that if she is Azeri, she has the right to speak Azeri. "I should not have to speak Persian.... If there are 35 million Turks [Azeris] in the country, shouldnt these 35 million have the right to speak, write, and communicate in their own language?"

As for Asadis wife, when asked what she feels about the arrest of her husband just two weeks after the wedding, she says she has no regrets for their actions at their wedding.

"He was arrested for his nation, he did not do anything bad," she says. "Not for stealing, not for drinking alcohol or immoral behavior -- for his nation only. I am proud of him."
azadtribun

Cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırıb

Cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırıb




Pekin. Elşən Məmmədov - APA-SPORT. Azərbaycan cüdoçusu Elnur Məmmədli Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. «APA-SPORT» agentliyinin məlumatına görə, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz finalda Ki Çun Vanqı (Cənubi Koreya) məğlubiyyətə uğradıb.

Qarşılaşmanın 13-cü saniyəsində ippon fəndi ilə qələbə qazanan 20 yaşlı idmançımız ötən il keçirilmiş dünya çempionatındakı məğlubiyyətin əvəzini rəqibindən çıxıb. Bununla yanaşı, E. Məmmədli müstəqillik illərində Azərbaycanın müstəqil ölkə kimi təmsil olunduğu Olimpiadalarda cüdo növündə ilk medala sahib çıxıb. Sonuncu dəfə 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynov MDB yığmasının tərkibində qızıl medal qazanmışdı.
Qeyd edək ki, E. Məmmədli finala qədər ardıcıl olaraq Dirk van Tiçelti (Belçika), Konstantin Semyonovu (Belarus), Kim Çol Sunu (KXDR) və Əli Malomatı (İran) məğlub edib.
apa