Cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırıb
Pekin. Elşən Məmmədov - APA-SPORT. Azərbaycan cüdoçusu Elnur Məmmədli Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. «APA-SPORT» agentliyinin məlumatına görə, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz finalda Ki Çun Vanqı (Cənubi Koreya) məğlubiyyətə uğradıb.
Qarşılaşmanın 13-cü saniyəsində ippon fəndi ilə qələbə qazanan 20 yaşlı idmançımız ötən il keçirilmiş dünya çempionatındakı məğlubiyyətin əvəzini rəqibindən çıxıb. Bununla yanaşı, E. Məmmədli müstəqillik illərində Azərbaycanın müstəqil ölkə kimi təmsil olunduğu Olimpiadalarda cüdo növündə ilk medala sahib çıxıb. Sonuncu dəfə 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynov MDB yığmasının tərkibində qızıl medal qazanmışdı.
Qeyd edək ki, E. Məmmədli finala qədər ardıcıl olaraq Dirk van Tiçelti (Belçika), Konstantin Semyonovu (Belarus), Kim Çol Sunu (KXDR) və Əli Malomatı (İran) məğlub edib.
apa
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder