azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ağustos 2008 Çarşamba

"ABŞ Rusiyanın maskasını çıxardı"

"ABŞ Rusiyanın maskasını çıxardı"

Qüdrət Həsənquliyev: "Mixail Saakaşvili ABŞ-ın razılığı olmadan Cənubi Osetiyanı qaytarmağa cəhd etməzdi"
- Seçki hazırlıqlarınız necə gedir?
- Bazar günü imza vərəqələrini götürmüşük və bu gündən imzatoplama kampaniyasına başlamışıq. İmza vərəqələri rayon şöbələri arasında 500-dən 1500-dək olmaqla bölünüb. Partiya rəhbərliyində təmsil olunan şəxslər kənd rayonlarına göndərilib. Orada imza vərəqələri rayon şöbələrinin sədrlərinə təqdim olunacaq. Avqustun 28-dək imza toplayıb bizə təqdim etməlidirlər. Bir həftə ərzində digər sənədləri də əlavə edib Mərkəzi Seçki Komissiyasına verəcəyik. Hələlik heç bir problem və narahatlıq yoxdur.

- Bir neçə gün əvvəl Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdi. Bu partiyadan bir neçə il əvvəl ayrılmış şəxs kimi siz Qulamhüseyn Əlibəylinin addımını necə qiymətləndirirsiniz?
- Normal qiymətləndirirəm. Bu addım gözlənilən idi, bəlkə də bir qədər gecikmişdi. Hamı bilir ki, üç ilə yaxındır onlar Ali Məclisin iclasını keçirə bilmirlər. Vaxtilə Ali Məclisin üzvü olmuş şəxslər partiyadan ayrılıb. Onlar hətta qurultay belə keçirə bilmir. İndi Əli Kərimlinin ətrafında bir neçə şəxs qalıb. Qulamhüseyn Əlibəyli ehtiyatlı siyasətçidir. O, tam əmin olandan sonra bu addımı atıb.
- Son günlər Gürcüstanda baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Mən Mixail Saakaşvilini o qədər də təmkinli və yüksək intellektə malik siyasətçi hesab etmirəm. Ancaq onun Cənubi Osetiyanın qaytarılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Hər halda ABŞ-ın razılığı olmadan o, bu addımı atmazdı. Bir qədər əvvəl ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstana səfər etmişdi. Ola bilsin, ABŞ Rusiyanın Gürcüstan ərazisinə qoşun yeridəcəyini tam proqnozlaşdırmamışdı. Hazırda ABŞ prezidentliyinə namizədlər Con Makkeyn Rusiya ilə sərt, Barak Obama isə yumşaq rəftarın tərəfdarıdır. Mənə elə gəlir ki, bu hadisədən sonra ABŞ Rusiyanın maskasını çıxardı. Bu, bir növ Gürcüstanı qurban verməklə baş tutdu. Bəlkə də onlar bir güllə ilə iki dovşan vura biləcəklərini düşünürdülər. Rusiyanın son addımından sonra bütün dünyada antirus əhval-ruhiyyəsi güclənib. Son hadisələr ABŞ-ın daxili siyasətində Makkeynin xeyrinə işlədi. Baş verənlər həm də Gürcüstanın hərbi əməliyyatlara hazır olmadığını göstərdi. Əgər onlar rus ordusunun qarşısında bir həftə duruş gətirsəydilər, Gürcüstan Osetiya üzərində tam mənada suverenliyini bərpa edə biləcəkdi. Bu proses Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə psixoloji cəhətdən mənfi təsir göstərəcək. Avropa və ABŞ Gürcüstanı silahlandırmalı və gürcü xalqına rus ordusuna müqavimət göstərmək üçün kömək etməlidir. Vaxtilə kiçik bir respublika olan Finlandiya Rusiyaya lazım olan müqaviməti göstərib. Saakaşvilinin cəsarət nümayiş etdirib Qoriyə getməsi nə qədər təqdirəlayiq idisə, orada partlayış səsi eşidəndən sonra hətta mühafizəçilərdən də qabağa düşüb qaçması bir o qədər utanc gətirən bir hal idi.
xalqcebhesi

Hiç yorum yok: