azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ağustos 2008 Çarşamba

RUSİYANIN ƏSL HƏDƏFİ XƏZƏR NEFTİDİR


çııÖÖçşıÜü13.08.2008 [06:03] Fontu böyüt:

RUSİYANIN ƏSL HƏDƏFİ XƏZƏR NEFTİDİR Qərb analitikləri deyirlər ki, Moskva bölgədəki alternativ enerji marşrutlarını ələ keçirmək istəyir Qərb mətbuatı və ekspertləri Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzünü Xəzər nefti uğrunda Moskva ilə Qərb arasında neçə vaxtdır gedən mübarizənin nəticəsi kimi şərh etməkdədir. Belə fikirlər var ki, artıq Rusiya Gürcüstana təcavüz etməklə bu ölkədən enerji nəqli marşrutlarını təhlükədə qoyub və bununla da Qərbin illərdir yürütdüyü enerji diplomatiyasının üstündən tanklarla keçib. Çünki ABŞ başda olmaqla Qərb ölkələri bölgədəki enerji maraqlarını qorumaq üçün acizik nümayiş etdirirlər və “rus ayısı”nı dayandırmaq üçün diplomatiyadan o yana heç bir əməli addım ata bilmirlər. Ümumiyyətlə, görünür ki, Qərb bu situasiyaya qətiyyən hazır deyilmiş və yaranmış vəziyyətdə Gürcüstanı qəzəblənmiş ayının pəncəsindən xilas edə bilmək üçün heç bir hazır plana malik deyil. ABŞ-ın “Sky News” telekanalının şərhində deyilir ki, əslində Gürcüstanda baş verənlər neft-qaz kəmərləri uğrunda müharibədir. Bildirilir ki, cəmi 3 il əvvəl açılan Bakı-Tiflis-Ceyhan neft kəməri dünya bazarlarına sutkada 1.2 milyon barrel neft çıxarırdı. Lakin Cənubi Osetiya ətrafında savaş başlayanda kəmər artıq Türkiyə ərazisində partladılmışdı. “Kürd separatçıları bu partlayışa görə məsuliyyəti üzərlərinə götürdülər və BP alternativ marşrut axtarmalı oldu.” Bildirilir ki, vaxtilə Azərbaycan neftinin ixrac marşrutu seçiləndə neft şirkətləri kəmərin daha təhlükəsiz ölkədən keçməsini təklif etmişdilər. O zaman variantlar arasında kəmərin Ermənistan və ya İrandan keçməsi təklif olunub, lakin daha təhlükəsiz ölkə kimi Gürcüstan seçilib. Lakin indi görünür ki, Gürcüstan heç də təhlükəsiz marşrut deyilmiş. Bildirilir ki, BTC ilə nəql edilən neftin əsas hissəsi İtaliya, Fransa və İspaniyaya, bir hissəsi isə Yaxın Şərqə gedir. “Artıq Rusiya təyyarələrinin BTC-yə bomba atdığı haqda xəbərlər yayılıb. Əgər belədirsə o zaman 10 il əvvəl Ceyms Bondun filmindəkilər gerçək ola bilər. Həmin filmdə Bond Qafqazdan keçən neft kəmərini rus terrorçusundan xilas edirdi.” Xatırladaq ki, avqustun 11-dən Azərbaycandan neft ixracı bütünlüklə dayanıb. BTC-nin partladılmasından sonra Azərbaycan nefti Bakı-Supsa ilə Gürcüstan limanlarından nəql olunurdu. Lakin Gürcüstandakı müharibə üzündən neft tankerləri artıq Batumi və Poti limanlarına yan ala bilmir, Supsa limanı isə məhdud rejimdə işləyir. Azərbaycan öz neftinin bir hissəsini Bakı-Novorosiysk kəməri ilə nəql etməyə başlamışdı və kəməri idarə edən “Transneft” şirkətindən həcmi artırmağı xahiş etmişdi. Lakin gözlənilmədən Rusiya şirkəti elan etdi ki, kəməri profilaktik təmirə dayandırır. Bununla da Azərbaycandan neft ixracı praktiki olaraq dayanmış oldu. Elə bu fakt göstərir ki, Qafqazda baş verənlərin arxasında Rusiyanın Xəzər neftinə sahib olmaq planları dayanır. BP şirkəti bildirib ki, Azərbaycan nefti boru kəməri ilə Supsaya və dəmir yolu ilə Batumiyə göndərilir, lakin bu limanlardan tankerlərlə neftin nəqli barədə heç bir şərh verilmir. Gürcüstanda döyüşlərin neftin ixracına təsir göstərib-göstərmədiyinə gəlincə isə, BP-nin təmsilçisi Robert Vayn BBC-yə açıqlamasında bildirib ki, hazırda təsir göstərməyib, amma vəziyyət nəzarət altında saxlanır. Bəs Gürcüstandakı münaqişənin bölgədəki neft-qaz infrastrukturuna nə kimi təsiri ola bilər? Bu suala energetika təhlükəsizliyi üzrə ekspert Con Roberts belə cavab verib: “Bu, daha çox qısamüddətli yox, uzunmüddətli problemdir. Qısamüddətli prizmadan baxsaq, maraqlısı budur ki, bu hadisələrdən 2-3 gün əvvəl BTC kəmərində yanğın baş vermişdi. Bunun artıq özü o demək idi ki, kəmər 2-3 həftə bağlı olacaqdı. Bazarlar artıq bu kəmərin qısamüddətdə qapalı olacağını nəzərə alıblar. Bu o deməkdir ki, onlar indi soyuq başla bu kəmərin qapalı qalması variantını qiymətləndirə bilərlər. Lakin uzunmüddətli variantda məsələlər qat-qat mürəkkəbdir.” “Mərkəzi Asiya da öz neftinin bir hissəsini BTC kəməri ilə ixrac etmək niyyətində idi. İndi, necə bilirsiniz, onlar fikirlərini dəyişə bilərlərmi” sualına ekspert cavab verib ki, bu, qiyməti 64 milyard dollar olan bir sualdır. “Biz hələ bilmirik ki, bu region nə qədər müddətə sabitləşəcək. Cənubi Osetiya münaqişəsi sübut etdi ki, adları səhvən ”donmuş" qoyulmuş münaqişələr istənilən vaxt od püskürə bilər. Kəmər tikmək, bu tikinti üçün maliyyə təşkil etmək o deməkdir ki, fəlakətlər zamanı üçün təminat da olmalıdır. Bu bölgədə hazır kəmərlər var - Bakı-Tiflisi-Ceyhan neft kəməri və Bakı-Tiflisi-Ərzrum qaz kəməri. Lakin əgər Mərkəzi Asiyanın nefti və qazı da bu kəmərlərlə veriləcəksə, onda bu kəmərlərin tutumunu artırmaq, hətta, mən deyərdim, yeni kəmərlər çəkmək lazım gələcək. Bax bu məqamda maliyyə tapmaq əvvəlkindən qat-qat çətin olacaq." Con Roberts deyib ki, baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. O xatırladıb ki, bir neçə gün bundan əvvəl BTC iddia olunduğu kimi, PKK tərəfindən partladılanda Azərbaycanın ən böyük yatağı olan Azəri- Çıraq-Günəşli yatağında neftin istehsalı yarıbayarı aşağı düşdü. “Əgər indi Gürcüstan böhranına görə BTC kəməri uzun müddətdə dayandırılsa, Azərbaycanın maddi itkiləri nəzərə çarpacaq həcmdə olacaq. Azərbaycan üçün son dərəcə mühümdür ki, Gürcüstandakı vəziyyət tezliklə sabitləşsin” deyə o bildirib. “The Washington Times” qəzetinin məqaləsində isə deyilir ki, Gürücstandakı toqquşmalar Avropa üçün alternativ enerji təminatı mənbəyini şübhə altında qoyur. Qəzetin yazdığına görə, Rusiyanın Gürcüstana hərbi təcavüzü göstərib ki, Moskva Mərkəzi Asiyanın və Xəzər regionunun nəhəng neft-qaz ehtiyatlarının bölüşdürülməsində daha böyük rol oynamq istəyir. Vaşinqtondakı “Heritage” fondundan Ariel Koen bildirib ki, “rus ayısı” Gürcüstandan keçən həyati əhəmiyyətli enerji arteriyalarını boğmaq istəyir. Qəzet yazır ki, Gürcüstan Xəzərin neft-qaz ehtiyatlarını Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarmaq üçün yeganə dəhlizi hesab olunur. Çünki o biri tərəfdə İran və onun teokratik rejimi dayanır. Vaşinqtondakı Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Bülənt Əlirza qeyd edib ki, ABŞ BTC-nin Cənubi Qafqaz respublikalarını Rusiyadan asılılığını aradan qaldırmağa xidmət edəcəyinə inanırdı. “Əgər Rusiya bu kəmər üzərinə nəzarəti ələ keçirsə o zaman Qafqazda balans kökündən dəyişəcək və Türkiyə regionunun enerji mərkəzi rolunu oynaya bilməyəcək” deyə Əlirza bildirib. Koen isə bu fikrə əlavə olaraq qeyd edib ki, əgər Rusiya Gürcüstana nəzarəti ələ alsa o zaman təkcə Azərbaycandan deyil, Qazaxıstan və Türkmənistandan da neft-qaz ehtiyatlarının alternativ marşrutla Avropa bazarlarına çıxarılması mümkün olmayacaq. “Xəzərin enerji ehtiyatları üzərində inhisarı ələ almaq Rusiyanın uzunmüddətli geosiyasi planının əsas məqsədi idi” deyə ekspert bildirib. Qəzet yazıb ki, Rusiyanı Gürcüstan təcavüzü nəticəsində ən azı üç əsas neft-qaz kəməri layihəsi sual altında qalıb. Bunlar Qazaxıstanın Kaşaqan yatağını Bakıda BTC ilə birləşdirəcək 420 mil uzunluğunda neft kəməri layihəsi, Türkmənistan qazını Xəzərin dibindən keçməklə Azərbaycana çatdıracaq Transxəzər qaz kəməri və onun davamı olaraq işlənən “Nabukko” qaz kəməri layihəsidir. Vaşintondakı Enterprise İnstutundan Harri Şmitt də deyib ki, Rusiyanın hərbi təcavüzü regiondan çoxşaxəli enerji nəqli marşrutları çəkilməsi planlarını təhlükədə qoyur. “İnvestorlar bu cür riskli bölgədən keçən kəmərlərə milyardlarla dollar yatırmaq istəməzdilər. Artıq heç bir qarantiya yoxdur ki, Xəzərdəki enerji layihələri təhlükəsiz və etibarlıdır.” Digər ekspert Klfford Haddi isə deyib ki, onun fikrincə, Gürcüstandan keçən boru kəmərləri rusların potensial hərbi hədəflərindən biridir: “Əgər onlar lazım bilsələr kəmərə zərbə endirəcəklər.” Qəzetin yazdığına görə, Gürücstan rəsmiləri deyiblər ki, Rusiya ötən həftənin sonlarından başlayaraq BTC-nin keçdiyi ərazilərə azı 30 bomba zərbəsi endiriblər, lakin bu bombalardan heç biri yeraltı kəməri zədələməyib. Lakin Rusiyanın Gürcüstana hücumundan iki gün əvvəl PKK Türkiyədə BTC-ni partlatmışdı. F.MƏMMƏDOV 489 dəfə baxılıb

Counter

Hiç yorum yok: