azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ağustos 2008 Çarşamba

“QƏRBİN RUSİYAYA QARŞI TƏZYİQ RIÇAQLARI CİDDİDİR”

“QƏRBİN RUSİYAYA QARŞI TƏZYİQ RIÇAQLARI CİDDİDİR”
Qabil Hüseynli: “Artıq Kreml əleyhinə böyük kampaniya başlayıb”



Rusiya açıq-aydın Qafqazda nəzarəti tam ələ keçirmək istəyir. Cənubi Osetiya ilə bağlı məsələni bəhanə edərək, daha böyük planlarını həyata keçirməyə çalışan Kreml Gürcüstanı faktiki, işğal etməyə səy göstərir. Moskva Gürcüstanda, Osetiya və Abxaziyada öz mövqeyini möhkəmlədəndən sonra Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinə nəzarəti də ələ keçirmək niyyətini gizlətmir.
Faktiki surətdə Rusiya Cənubi Qafqazda “at oynadır”. Bəzi ekspertlərə görə, onun bu hərəkəti cavabsız qalmayacaq. Bəs Moskvanı durdurmaq üçün Qərbin Kremlə hansı təzyiq imkanları var?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli artıq Rusiya əleyhinə böyük bir kampaniya başladığını dedi: “Bu gün (dünən - red). yeddi böyük ölkənin rəhbəri Tiflisə gəlir. Həmçinin, NATO hərbi-siyasi şurasının təcili toplantısı keçirilir. Bir sıra dövlətlərin rəsmi bəyanatları yayılmaqda davam edir. Rusiya geri çəkilməyəcəyi təqdirdə ona qarşı geniş miqyaslı sanksiyaların tətbiq edilməsi, BMT Təhlükəsizlik Şurasının Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqda qərarın çıxarılması planlaşdırılır. Perspektivdə isə daha sərt addımların atılacağı istisna deyil. Məsələn, Rusiyanın ”böyük səkkizlik"dən çıxarılması, onun iqtisadi cəhətdən təcrid edilməsi, bu dövlətlə olan iri xarici şirkətlərin geri çağırılması və digər addımların atılması gözlənilir".
Politoloq qeyd etdi ki, bu hadisələrdən sonra Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv edilməyəcəyi artıq faktdır: “Bundan başqa Rusiyanın digər beynəlxalq təşkilatlardan qovulması və ya onun fəaliyyətinin dondurulması da gündəlikdə duran məsələlərdir. Bu məsələdə bumeranq effekti artıq özünü göstərməkdədir. Rusiyaya qarşı əks siyasi proseslər başlayıb. Bunu Dik Çeyninin çox sərt bəyənatı, Corc Buşun ondan az kəskin olmayan açıqlamaları, Polşa, Ukrayna və digər ölkələrin prezidentlərinin bəyanatları da təsdiqləyir. Rusiya faktiki surətdə özünü tələyə salıb”.
Q.Hüseynli bildirdi ki, Gürcüstanın tez bir zamanda NATO-ya qəbulu Rusiyaya qarşı daha bir təzyiq mexanizmi ola bilər: “Sözsüz ki, bu müzakirə predmetidir. Elə bu gün (dünən - red.) NATO-nun hərbi-siyasi şurasının toplantısında Gürcüstan və Ukraynanın təcili surətdə bu quruma üzv olunması məsələsi müzakirə olunur. Onlara ”Yol xəritəsi" təqdim ediləcək və güman ki, bu ilin sonunda NATO-nun zirvə toplantısında bu ölkələr quruma daxil ediləcəklər".
Bəs Rusiya ona qarşı atılan addımlardan nəticə çıxaracaqmı? Qabil Hüseynlinin fikrincə, Rusiyanın müəyyən - ayıq prosesləri anlaya bilən dairələrində məsələnin Kreml üçün tələ olduğunu başa düşənlər var: “Amma Vladimir Putin kimi gözünü qan örtmüş, əli qana batmış adamlar hələ də məsələnin siyasi perspektivləriin görməyi bacarmırlar. Başa düşə bilmirlər ki, bütün dünya ictimaiyyəti artıq Rusiyaya qarşıdır. Hətta Pekində keçirilən yay olimpiya oyunlarında istənilən yarışda Rusiya oyunçuları iştirak edəndə onları fitə basırlar. Bunun nəticəsidir ki, Rusiya indiyədək bir dənə də olsun qızıl medal qazanmayıb. Hətta medalların sayına görə, birinci onluğa düşməyib. Rusiya artıq törətdiyi əməllərin acı nəticəsini dadmaqdadır”.
Elşad MƏMMƏDLİ

musavat

Hiç yorum yok: