azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ağustos 2008 Perşembe

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb



Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, ruhani ötən il tanınmış tarixçi-alim Səməd Sərdarniyaya həsr olunan mərasimdə dövlət quruluşuna qarşı çıxış etməkdə ittiham olunub və onun fəaliyyəti milli ayrı-seçkilik kimi qiymətləndirilib. Bu işlə əlaqədar avqustun 12-də isə Təbriz İnqilab Məhkəməsində hazırlıq iclası keçirilib. Höccət-ül-islam hazırda Qum şəhərinin “Ləngəvud” həbsxanasında saxlanılır, səhhəti normaldır. Lakin ruhaninin müdafiəsinin təşkili üçün vəkil tutulmasına imkan verilmir. Əbdüləziz Əzim Qədimiyə qarşı təzyiqlərə etiraz olaraq, Qumda yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttari isə may ayında həbs olunublar.


Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən də iki il öncə Ə.Ə. Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib. Mayın 2-də isə o, yenidən 1 il müddətinə həbs olunub. O, milli, irqi, sosial düşmənçiliyin salınması maddəsi ilə təqsirləndirilib. apa

Hiç yorum yok: