Küveytdə keçirilmiş seçkilərin rəsmi nəticələrinə əsasən, Körfəz ölkəsinin tarixində ilk dəfə olaraq qadınlar parlamentə seçilib. Dünən keçirilən seçkilər 50 yerlik parlamentdə yerlərin yarısından indi cəmi 16-nı tutan islamçılar üçün böyük məğlubiyyət kimi qiymətləndirilir. Küveyt vətəndaşlarına siyasi hüquqlar təmin edən ilk Körfəz ölkəsidir. Qadınlar səsvermək hüququnu 2005-ci ildə qazansalar da, indiyə kimi parlamentdə yerlər qazana bilməmişdi.
Parlamentə seçilən qadınlar 2005-ci ildə ölkənin ilk qadın Səhiyyə naziri olmuş Küveytdə azlıqda olan şiələrin nümayəndəsi Məsumə Mübarək, liberal fəallar Asil əl-Avadhi və Rola Dahti və universitet müəllimi Salva əl-Yassardır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder