Mayın 22-də Təbrizin mərkəzində 300 min nəfərə yaxın şəxs gəzintiyə çıxıb. Onlar “Ana dilində mədrəsə” kimi şüarlar səsləndiriblər. Məlumatı “Azadlıq” radiosu yayıb.
Məlumata görə, İranın hüquq-mühafizə orqanları gəzintiyə çıxanlara təzyiq göstərib. Çoxlu iştirakçı həbs edilib, xəsarət alanlar var.
Xəsarət alanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşinin də olduğu bildirilir. Digər fəallar - Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh və başqaları həbs ediliblər.
Tehran Elm-sənət Universitetinin elektrik mühəndisliyi fakültəsinin tələbəsi Yasif Zafəri “Azadlıq” radiosuna bildirib ki, gəzinti iştirakçıları 2006-cı ilin may aksiyalarını anmaq istəyiblər.
İranın rəsmi televiziyaları aksiyada 300 min nəfərin iştirak etdiyini bildiriblər.
2006-cı il mayın 22-də İranın rəsmi “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəbə olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.mediaforum
22 Mayıs 2009 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder