"Fransada gedən dini savaşlardan sonra hakimiyyət Henrix Navarralıya çatdı və o, IV Henrix adıyla taxta çıxaraq Burbonlar sülaləsinin əsasını qoydu. Fransa isə onu tanımadı və fanatik katolik tərəfindən qətlə yetirilənədək Henrix fransızların nəzərində gugenot olaraq qaldı. IV Henrix Ermənistan prezidenti Serj Sərkisyana ən yaxın və oxşar tarixi fiqur sayıla bilər".
İrəvanda çıxan "Azad Fikir" qəzeti hesab edir ki, sabiq prezident Levon Ter Petrosyanın Qarabağ və Ermənistan erməniləri arasında uçurum yaratmış sektasının səyləri nəticəsində Sərkisyan bir vaxtlar Parisdə Henrix təki, İrəvanda yad adamdı. "Burada Sərkisyanın siyasi və ya ictimai dayaqları yoxdur. O, tənhadır. Tarix göstərir ki, dövlətin birinci adamı hətta hər hansı dəstək və istinad yeri olmadan da illər yox, qərinələr boyu hakimiyyətdə qala bilər. Bir şhərtlə ki, dövlətin maraqlarını ümdə hesab etsin və cəmiyyətin mənafeləri ilə heç bir əlaqəsi olmayan şübhəli tərəfdaşların xidmətlərindən imtina etsin", - "Azad Fikir" bildirib.
Ermənistanda hakimiyyətdən narazılıq durmadan artmaqdadı.
Belə ki, müxalifətdəki "İrs" Partiyasının parlament fraksiyasının katibi Larisa Alaverdyan ölkənin ali qanunvericilik məclisində çıxış edərkən bildirib ki, hakimiyyətin yürütdüyü siyasət ölkəni uçuruma aparır.
"Ermənistan bir çox beynəlxalq strukturlarda natamam və yarıtmaz şəkildə təmsil olunduğundan, xüsusilə də Dağlıq Qarabağ məsələsində zəif davrandığımızdan bir çox təşkilatlarda əleyhimizə olan qərarlar qəbul olunur. Ermənistanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri Dağlıq Qarabağ problmi ilə bağlı üzərilərinə düşən məsələləri həll etmirlər. Bununla bağlı olaraq parlamentdə btün nümayəndə heyətlərinin üzvləri ilə görüş keçirərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ümumi mövqenin hazırlanmiasını müzakirə etməliyik", - Larisa Alaverdyan bildirib.
İrəvanın narahatlığını anlamaq olar. Zira son vaxtlar bir çox beynəlxalq təşkilatlarda gerçəkdən də "İrəvanın əleyhinə" qərarlar qəbul olunur, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərabycanın erməni işğalında olan ərazilərinin azad edilməsi ilə bağlı erməniləri əsla təmin etməyən addımlar atılır.
Ermənistan İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin eksperti Vahan Gülbekyan hesab edir ki, rəsmi İrəvanın yürüdtüyü daxili siyasət ölkə iqtisadiyyatında xaos yaradıb.
Onun dediyinə görə, 2009-cu ilin əvvəlindən bəri Ermənistanda iqtisadi inkişaf templəri sürətlə aşağı düşməkdədir.
"Milli Statistika Xidməti bu günlərdə ölkə iqtisadiyyatı ilə bağlı son göstəricilərini açıqlayıb. İllik hesabla kənd təsərrüfatında geriləmə 4,1%- təşkil edərək 57 milyard drama çatıb. Xidmət sahəsində həmin rəqəm 0,6%-dir və 216 milyard dram təşkil edir. Sənaye və inşaatda da uzunmüddətli perspektivlər baxımından ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr verə biləcək tənəzzül davam edir. Sənayedə geriləmə 11,1% və ya 177 milyard dram, tikintidə isə 42,4% və ya 51,5 milyarda bərabər olub. İşsizlik 6,5%-ə qədər artıb, xarici ticarət dövriyyəsi 30% azalaraq $1,069 milyarda enib. Özü də ixrac 47,8% geriləyərək $175 milyona, idxal isə 25% azalaraq $893 milyona çatıb. Beləliklə, Ermənistanın xarici ticarətindəki mənfi balans sürətlə böyüyür: idxal ixracdan 5,1 dəfə artıqdı. Bütün bunları sadalamaqda məqsədim iqtisadiyyatın vəziyyətindən bəhs etmək yox, prezident Serj Sərkisyan və onun hakimiyyət komandasının ölkəni hansı uçurumun kənarına çatdırdığını göstərməkdir. Eyni vəziyyət xarici siyasətdə də müşahidə olunur: iqtisadiyyatı geriləmənin analoqu diplomatiyamızdadır. Dağlıq Qarabağ məsələsi, Türkiyə ilə sərhədlərin açılmasə və münasibətlərin normallaşdırılması kimi problemlərlə bağlı Serj Sərkisyan bol vədlər versə də, işlər nəzərdə tutulduğundan da pis vəziyyətdədir. İrəliləmək əvəzinə geriləyirik", - V.Gülbekyan söylədi.
İrəvandakı Qloballaşma və Regional Əməkdaşlıq Məsələləri üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın dediyinə görə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanma prosesində tutduğu mövqe və atdığı addımlar təqdirəlayiq deyil.
"Son vaxtlar Azərbaycan ilə yanaşı, Ermənistanda da Minsk Qrupunun həmsədrlərindən narazılıq artır. Halbuki Dağlıq Qarabağdakı cəbhə xəttində tərəflər arasında son 15 il ərzində atəşkəsin qorunmasıda Minsk Qrupunun rolu çox böyükdür. Şübhəsiz ki, Minsk Qrupunda üçtərəfli həmsədrlik Dağlıq Qarabağ probleminin həllində əsas formatdır. Onun çərçivəsində problemin həlli ilə bağlı xeyli faydalı və maraqlı variantlar hazırlanıb. Qarabağ probleminin hələ həll edilməməsinə rəğmən, Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərinin yaxınlaşdırılması, Ermənistanla Azərbaycanın XİN başçıları və prezidentlərinin görüşlərinin təşkili sahəsində ciddi işlər görürlər. Buna rəğmən, həmsədrlərin fəaliyyətində narahatlıq doğuran elementlər də var. Son iki-üç il ərzində onlar münaqişənin həlli ilə bağlı çoxsaylı, heç nəyə əsaslanmayan nikbin bəyanatlar veriblər. Amerikalı həmsədr Metyu Brayza bu baxımdan xüsusilə fərqlənir. Məhz bu diplomat Dağlıq Qarabağ münaqişəsinin həllinin konkret tarixlərini dəfələrlə açıqlayıb. Belə bəyanatlar isə Ermənistan və Azərbaycanda ümidlər yaradıb, amma sonra o ümidlər doğrulmayanda pərişanlıq yaranıb. Eyni zamanda, həmsədrlər dəfələrlə bir-birlərinin açıqlamalarıyla ziddiyyət təşkil edən bəyanatlar veriblər. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi yaranmış situasiyanı dəqiq və ən başlıcası, preventiv qiymətləndirə bilmədiyi üçün xarici diplomatiyada geriləməkdəyik", - S.Qriqoryan söylədi.
Ermənistan prezidenti Serj Sərkisyan ölkə parlamentindəki hökumət saatı əsnasında bəyan edib ki, rəsmi İrəvanın ən önəmli məsələlərdə tutduğu mövqelərdə heç bir dəyişiklik yoxdur: "Dağlıq Qarabağ münaqişəsi bundan sonra da Ermənistanın xarici və daxili siyasətinin ən mühüm məqamlarından biri olaraq qalacaq".
Politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan rəhbərliyi sərfəli saydığı variantların reallaşmadığını görüncə ötənlərdə qalmış ritorikaya qayıtmaq fikrinə düşüb.
"Ermənistan rəhbərliyinin yürütdüyü "dəyişməz" siyasət ölkə əhalisinin tam əksəriyyətini səfil gününə salmaqla yanaşı, dövləti diplomatik dalana dirəyib. Əgər Ermənistan bundan sonra da "dəyişməz mövqeli" siyasətini davam etdirərsə, tam təcr iddə qalacaq. Çünki ermənilərin hamisi və pənah yeri Rusiya da yaranmış vəziyyətdən çıxış axtarır. Moskva Cənubi Qafqazdakı yeganə müttəfiqi olan, inad edərək heç bir güzəştə getmək istəməyən Ermənistanı bundan sonra da snsuzluğa qədər dəstəkləyə bilməz. Buna görə də Ermənistan rəhbərliyi və diplomatiyasının indiki davranışı dalana, uçuruma aparan yoldur. Şübhə etmirəm ki, Serj Sərkisyan iqtidarı belə radikal və ən başlıcası, heç bir real zəmini olmayan bəyanatlar vasitəsilə hakimiyyətini qoruya bilməyəcək", - F.Sadıqov söylədi.
Humay
22 Mayıs 2009 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder