azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin fikir ayrılığında olduğu sahələr əhəmiyyətli dərəcədə daralır – Rusiya XİN

Azərbaycan, Bakı, 14 may / Trend News, müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən sonra tərəflər arasında olan fkir ayrılıqlarının sahəsi daralır, qarşılıqlı anlayış artır. Bu barədə Rusiya XİN-in xüsusi nümayəndəsi Andrey Nesterenko Praqa sammitində baş tutmuş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Məlumatı "Vesti" telekanalı yayıb.

Mayın 7-si Praqada keçirilən Avropa İttifaqının "Şərqi tərəfdaşlıq" sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan ABŞ səfirliyində görüş keçirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

"Praqada Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas prinsiplərlə bağlı həllini tapmamış məsələlər üzrə razılıq əldə etmək olmasa da, demək olar ki, tərəflərin fikir ayrılığında olduğu sahələr əhəmiyyətli dərəcədə daralır və qarşılıqlı anlayış dərəcəsi artır", - Nesterenko deyib.

Onun sözlərinə əsasən, danışıqlar konstruktiv şəraitdə keçib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

Hiç yorum yok: