azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Mayıs 2009 Çarşamba

54 UNİVERSİTETİN TƏLƏBƏ TƏŞKİLATLARI BİRGƏ AÇIQ MƏKTUB YAYIB: “ƏHMƏDİNEJAD GETMƏLİDİR!

54 UNİVERSİTETİN TƏLƏBƏ TƏŞKİLATLARI BİRGƏ AÇIQ MƏKTUB YAYIB: “ƏHMƏDİNEJAD GETMƏLİDİR!

Mahmud Əhmədinejad

İranın 54 universitetinin İslam Birliyi adlı tələb təşkilatları birgə açıq məktub yayaraq prezident Mahmud Əhmədinejadın iyunun 12-də keçiriləcək prezident seçkisində yenidən seçilə bilməsi barədə xəbərdarlıq ediblər.

məktubda Əhmədinejadın 4 ildəki daxili və xarici siyasəti kəskin tənqid edilib, onun ölkəni tamamilə uçuruma apardığı vurğulanıb: “Bu gün artıq iradələrin gücünü göstərmək vaxtıdır. Tarixi yaddaşımız bizə deyir ki, inqilabdan sonra İran heç vaxt bugünkü kimi təhlükəli böhranlar uçurumuna yaxınlaşmamışdı. Xalqın mənafeyi heç vaxt bugünkü kimi təhlükəyə məruz qalmamışdı və ölkəyə hakim olan siyasətçilərin macəraçı siyasətləri nəticəsində milli qürurumuz dünyada bu qədər əzilməmiş, tapdanmamışdı”.

Açıq məktubda daha sonra deyilir: “Son 4 ildə ölkə universitetləri hökumətin hərtərəfli dəhşətli hücumuna məruz qalıb, tələbələr dəstə-dəstə inzibati komitələrə çağırılaraq təhdid edilib, dissident müəllimlər zorla işdən çıxarılıb və ya təqaüdə göndərilib, tələbələrin dinc fəaliyyətlərinin qarşısı alınıb, ölkədən xarici ölkələrə beyin axını sürətləndirilib və universitetlərdə əməlli-başlı polis rejimi hakim olub”.

Məktubda sivil azadlıqların məhdudlaşdırılması da pislənilir: “Əhmədinejad hökuməti fəaliyyətə başlayanda 70 milyon əhalinin mənafeyini təmsil edəcəyi vədi versə də, sonradan demokratiyanın 4-cü sütunu olan müstəqil medianın fəaliyyətinə qadağalar başladı, internet saytlarına, ədəbi əsərlərin çap və nəşrinə senzura qoyuldu qadınlar, fəhlələr və müəllimlər hərəkatı dağıdıldı etnik qrupların mənafeyi tapdandı”.

Tələbələr Əhmədinejadın xarici və iqtisadi siyasətini də tənqid ediblər: “Biz hesab edirik ki, Əhmədinejad yenidən prezident seçilsə, mövcud böhranlar şiddətlənərək ictimai çöküşə gətirib çıxaracaq. Biz fəryad qaldırıb uca səslə deyirik: “Əhmədinejada yox! Əhmədinejad getməlidir!

Hiç yorum yok: