azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

Ərdoğan Azərbaycan Milli Məclisində çıxış edib

“Kiminsə Azərbaycan-Türkiyə yaxınlığını mübahisə mövzusuna çevirməsinə icazə vermərik. Ancaq təəssüf ki, son vaxtlar yayılan bəzi xəbərlər vasitəsilə qardaşlığımızın kölgələnməsinə

cəhd göstərildiyinə şahid olduq. Bir stəkan suda fırtına qoparıldı”. RİA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisində çıxış edərəkən bildirib. Ərdoğan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərinin nizamlanmasına görə Ankaranın Qarabağdan vaz keçdiyi barədə xəbərlərin böhtan oldğunu bildirib.

“Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə böhtandır. Bu iftiranı bir daha rədd edirəm. Biz bu xəbərlərlə bağlı dəfələrlə açıqlamalar verdik. Mən parlamentimizdə öz mediamızın qarşısında, G-20 zirvəsinə qatılmaq üçün getdiyim Londonda isə beynəlxalq medianın qarşısında mövqeyimizi açıqladım. Bunlara baxmayaraq, yalan xəbərlər Türkiyə əleyhinə kampaniya səviyyəsinə qədər davam etdi. Diplomatiyada qayda var ki, bir proses müəyyən mərhələyə gələnə qədər ictimaiyyətə açıqlanmır. Bu, nəyisə gizlətmək deyil. Məsələn, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da ictimaiyyətə açıqlanmır. Türkiyə-Ermənistan danışıqları da bu baxımdan fərqli deyil”, - deyə Ərdoğan əlavə edib.

Ermənistanla sərhədlərin məhz Dağlıq Qarabağ probleminə görə qapadıldığını bird aha xatırladan baş nazir, Azərbaycan torpaqları işğtaldan azad edilməyincə Ermənismtanla sərhədlərin açılmayacağını bildirib. “Azərbaycanla razılaşma olmadan bu, mümkün deyil. Biz hakimiyyətə gələrkən nə düşünürdüksə, bu gün də onu düşünürük. Mərhum Heydər Əliyevin dilə gətirdiyi “bir millət-iki dövlət” prinsipi münasibətlərimizin təməlidir və bunda dəyişiklik yoxdur. İndiyədək Azərbaycan xalqının maraqlarını qurban vermədik, bundan sonra da vermərik. Hər kəs rahat olsun. İşğal sona yetmədən Ermənistanla Türkiyə arasında normal əlaqələr qurulmasının mümkün olmadığını hər kəs bilir. Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sülh və sabitliyin yaranması da mümkün deyil”, - deyə Ərdoğan bildirib.

Ərdoğan çıxışının sonunda Türkiyə və Azərbaycanın dövlət himnlərini oxuyub.


Ria.Az

Hiç yorum yok: