azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Şubat 2009 Pazartesi

İran XİN rəhbəri Manuçöhr Mottəki Bakıya səfər edəcək

İran XİN rəhbəri Manuçöhr Mottəki Bakıya səfər edəcək

İranın xarici işlər naziri Manuçöhr Mottəki Azərbaycana səfərə gələcək.
İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zari bildirib ki, səfərin məqsədi
Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fevralın 17-19-da Bakıda keçiriləcək iclasında iştirak etməkdir.
Diplomatın sözlərinə görə, komissiyanın İran tərəfdən həmsədri olan Mottəkini səfərdə geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək.
Xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.
Komissiyanın iclası ötən ilin dekabr ayına təyin olunmasına baxmayaraq, bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb. // "Xəbərlər-Azərbaycan"

Hiç yorum yok: