azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

XOMEYNİNİN SİLAHDAŞI İRAN RƏSMİLƏRİNİ YENƏ HƏDƏFƏ ALDI

XOMEYNİNİN SİLAHDAŞI İRAN RƏSMİLƏRİNİ YENƏ HƏDƏFƏ ALDI

Hüseynəli Müntəziri



İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri Qətərin «Əl-Cəzirə» telekanalına inqilabın 30-cu ildönümü münasibətiylə müsahibə verib. Daim İran rəsmilərini tənqid edən ayətullah bu dəfə də onları hədəfə alıb.

«Media forum» saytının məlumatına görə, Müntəziri İran İslam Respublikasının cəmiyyətdə azlıq təşkil edən rəsmilərin mənafeyinə xidmət göstərdiyini vurğulayıb: «İnqilabın 30 yaşında ölkədə mənzərə belədir: hakimiyyət dairələrində nüfuz sahibi olan azlıqdan, bir qrup insandan başqa İran vətəndaşları bahalıq və inflyasiya problemi ilə üz-üzə qalıb, əzab-əziyyətlə dolanır. Ümid edirəm ki, ölkə rəsmiləri vaxt itirmədən vətəndaşlarla hakimiyyət arasında uçuruma, yoxsul əhalinin necə məhrumiyyət və əzabda yaşamasına fikir verəcək. Onlar bir çarə qılmalı, bataqlığa yuvarlanmaqda olan ölkəni süqutdan qurtarmalıdır».

Ayətullah Müntəziri prezident Mahmud Əhmədinejad hökumətinin xarici siyasətinin uğursuz olduğunu, ölkənin imicinə xələl gətirdiyini vurğulayıb: «Biz, demək olar, bütün ölkələri özümüzə düşmən etmişik. Yanlış xarici siyasət nəticəsində bu gün bizə təhlükəli düşmən gözü ilə baxır, İranla iqtisadi əməkdaşlıqdan imtina edirlər».

Müntəziri İran İslam İnqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən kütləvi edamlarla bağlı Xomeyniyə açıq etiraz məktubu yazıb. Xomeyni vəfat edəndən (1989-cu il) dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb.




«Media forum»

Hiç yorum yok: