azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Şubat 2009 Pazartesi

Cəlil Məmmədquluzadənin 140 illiyi keçiriləcək

Cəlil Məmmədquluzadənin 140 illiyi keçiriləcək


Bu ilin fevralında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda tapşırılır ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. Həmçinin Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Hiç yorum yok: