Ermənistan müxalifəti martın 1-də İrəvanın mərkəzində etiraz aksiyası keçirəcək
Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi bununla bağlı meriyaya müraciət edib
Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi martın 1-də paytaxt İrəvanın mərkəzində etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edib. Qurum aksiya üçün şəhərin Şimal prospektinin və yaxud Matenadaran meydanının onun ixtiyarına verilməsini tələb edib.
Müxalifətdə olan digər partiya - Xalq partiyası isə fevralın 28-də mərkəzi meydanda 1 mart hadisələri zamanı qətlə yetirilən vətəndaşların xatirəsinə şam yandırmaq üçün İrəvan meriyasına müraciət göndərib.
Xatırladaq ki, Ermənistanda ictimai-siyasi vəziyyət, keçən il fevralın 19-da keçirilən prezident seçkisindən sonra gərginləşib. Ölkə müxalifətinin dinc nümayişləri martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları və ordu hissələri tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. Baş verənlər nəticəsində on nəfər qətlə yetirilib, yüzlərlə adam isə yaralanıb və həbs olunub. Hazırda beynəlxalq təşkilatlar və müxalifət Ermənistan hakimiyyətindən 1-2 mart hadisələrinin şəffaf araşdırılmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. /ANS TV/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder