azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

İrandan 5 kilo heroin gətirən Yardımlı sakini tutulub

İrandan 5 kilo heroin gətirən Yardımlı sakini tutulub


Vasif Əliyev narkotik vasitənin satışı ilə məşğul olurmuş

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycana narkotik vasitə gətirən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saxlanılan Yardımlı rayon sakini, əvvəllər məhkum olunan Vasif Əliyevdir. O, 4 kiloqram 850 qram heroini qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından respublikamıza gətirib satarkən tutulub. Ondan həmçinin 1 ədəd xəncər götürülüb.

V.Əliyevin evinə baxış zamanı əlavə 44,483 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şəhriyar Əlizadə

Hiç yorum yok: