azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Şubat 2009 Pazartesi

Ana dili və Ana yurdumuz, Milli Party bildirisi

21 Fevral Dünya Ana dili günü olaraq adlanıbdır. Bu gün millətlər öz ana dillərinə verdikləri dəyəri dilə gətirib və Azərbaycanlılar kimi ana dillərindən məhrum qalan millətlət öz harayların yüksəldərlər.

26 Fevral Xocali faciəsinin il dünümüdür. Quldur Ermənilərin törətdigi cinayətlər və işqal etdikləri torpağlar Azərbaycan millətinin ana yurdudur.

Bütöv Azərbaycan həm yurd və həm dil baxımından işqal altındadır.

Bu il qurulacaq olan toplantılarımıza, Güney və Quzey bölməsində olacaq olan seçkilər (İran da cumhur başxanlığı və Quzeydə referandom), Amerikada işə başlamış olan Barak Obama devlətinin nəligi artırılacaqdır.

Azərbaycan millətinin Ana dilini, 6 ildən aşqındır ki dünyada genış çapda tanıtmağa özən göstərilir. Bu yolda tüm kültürəl və syiasi fəalların çabaları alqışlanmalıdır. Milli Party bu il ana dili günü törənlərinə, içəridə və dışarıda qatılacaqdır.

“Mənim dilim ölən dəiyl, başqa dilə çönən dəiyl”.

Dilimizi qorusaq, torpağımızi qorusaq, Azərbaycan yaşayacaqdır.

Dünya gözü önündə soyqırım edilir, dünya ictimaiyəti adlanan toplumsa ona səssiz qalır! Bir ülkənin böyük bölümü gizli işqal altında qalır, müstəqil bölməsinin 25% işqal olunur, minlərcə silahsız insan qətl edilir, milionlarca günahsız insan qaçqın düşür və dünya bu cinayətlərə susur! Çünkü işqalçı bölgədə gücə yetişdirilən Fars və xiristian olan Erməni dığalarıdırlar. İşqalçıların qardaşları Rusiyada, Amerikada, İsraildə və İran kimi ölkələrdən onlara dəstək olub, dünya ictimaiyətində onlardan yana çıxış edirlər.

İllərdir mədəni yol ilə çözüləcəgini söz verən Ermənlərin Qardaşları, işqal etdikləri torpağlarda Azərbaycan Türk mədəniyətinin silinməsinə, bölgəni Erməniləşdirməgə və son zamanlarda Kürdləşdirməgə səssiz qalaraq bu işləmlərə yardımcı olurlar.

Quzey hakimiyətisə bu çirkin oyunlara inanaraq, öz hizbi və şəxsi mənafesini Azərbaycan milli mənafeindən üstün görüb və yalnız öz yerin bərkitməgə çalışır. Torpağlarımızı alacayıq sözüylə çixiş edən İlham Əliev, ömürlük şah olmağ üçün batılı və Rus həmkarlarına rüşvətlər verməgə məşquldur, rüşvətlərsə Azərbaycan sərvətləri və torpağından ibarətdir.

Milli Party inanır ki milli mənafemiz sözlə dəiyl ki əməl ilə qorunmalıdır. Bu yolda hərkəsin bilmiş olmasi gərəkən bir gərçək vardır: Güclü olmaya ütüzar.

Güclü olmağ üçün, yalnız iqtisadi yox ki siyasi və hərbi baxımdan güclü olmaq lazıdir. Silahlanmağ bizim ən ilkəl amaclarımızdan olmalıdır. Gücümüz olmasa və gələcək üçün, bplgə üçün və başqa yerlərdə yaşayan soydaşlarımız üçün planımız olmasa, bu günə qədər əldən verdik olduğumuz torpağ, varlıq və milli ğurur tikrarlanacaqdır.

Seçkilərə gəlincə, bir millət bir dövlət olmayana qədər, hər hansı bir olay biz Azərbaycanlıların, o tayda-bu tayda və xaricdə yaşayanların güncəl yaşamına yansımalıdır. Güneydə keçiriləcək olan sözdə İran cumhurbaşxanı seçkiləri, habelə Quzeydə yapılacaq olan ana yasa dəiyşimi referandomuna marax göstərmək hər bir Azərbaycanlının milli görəvi və haqqıdır.

Milli Party olaraq, Güney Azərbaycanlıları cumhurbaşxanlığı seçkisini təhrim etməgə çağırırıq. Daha öncədən bəlli olan seçkilərə dəstək vermək, Azərbaycan milli maraxlarına zidd olan bir işdir. Bu addımla Fars hakimiyətinə bildirəcəiyk ki Azərbaycan ğz müstəqilliginə savaş başlayıb və artıq Fars ouynlarına yox deiyr. Seçkinin təhrim olunması, onun qanuni olmadığını dünyaya sərgiləyəcəkdir.

Quzeydə ana yasa dəiyşimləri və cumhur başxan seçilmə məhdudiyətini qaldırmağ üçün yapılması planlaşmış olan referandomuda qınayıb və Quzeyli soydaşlarımızın bu haqsızlığa qarşı durmalarını tələb edirik. Əliev hakimiyətinin özbaşınalığına və Azərbaycanı məhv edən işlərinə kəskin bir cavab verilməiyncə, demək Azərbaycanın gələcəgi kötülükdə məhv olacaqdır. Artıraq ki Milli Party olaraq, millətimizi öz haqlarını mudafiyə etməgə ayağa qaldırmaq üçün, çalışan muxalifət partiyalarla əməkdaşlıq etmək üçün işlərimiz davam edəcəkdir.

Günlər gedir və geri gəlməzlər ki hiç, durdurulmalari bilə imkansızdır. İllərdır torpağımızın işqal olmasının il dönümü gəlib soğuşur, ancaq torpağlarımızin bir qarışı bilə geri qaytarılmayıb. İllərdir ana dili günü gəlir və soğuşur, ancaq hələdə ana dilimiz ana vətənimizdə yasaqdır. Bunlara yetər dəmənin zamani çatıb. Bu amaclara varmağ və bu varlıqları qorumanın bir tək yolu, güclü olmaq və güclü qalmaqdır.

Yaşasın Azərbaycan, yaşasın Türk

Hiç yorum yok: