azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Şubat 2009 Pazartesi

GÜNEYDƏ AKSİYALARA HAZIRLIQ GEDİR Soydaşlarımız imzatoplama kampaniyasına başlayıb

GÜNEYDƏ AKSİYALARA HAZIRLIQ GEDİR
Soydaşlarımız imzatoplama kampaniyasına başlayıb



Azərbaycanın bütün şəhərlərində Beynəlxalq Ana Dili günü münasibətilə kütləvi tədbirlər keçiriləcək. Güney Azərbaycan milli hərəkat fəallarının bildirdiyinə görə, universitetlərdə, ictimai yerlərdə, tələbə şəhərciklərində, hətta evlərdə əhali öz ana dilinin qorunub saxlanması və türk dilində təhsil hüququnun bərpası mövzusunda toplantılara qatılacaq.
İran inqilabından 30 il keçsə də mövcud rejim hələ də İranın Ana Yasasının 15-ci maddəsi (hər bir vətəndaş öz ana dilində təhsil almaq hüququna malikdir) icra olunmur. Güney Azərbaycan türkləri milli və mədəni haqlarını əldə etmək üçün İranın bütün rəsmi dövlət orqnlarına dəfələrlə müraciət etsələr də ən ibtidai insan haqlarından, öz ana dillərində təhsil almaqdan məhrum edilib.
Bir müddət öncə milli fəallar Güneydə türk dilində təhsil tələbi ilə imzatoplama aksiyasına başlayıblar. Bu aksiyada yüz minlərlə azərbaycanlı iştirak edib. 21 fevral Beynəlxalq Ana Dili günündə toplanan imzalar bir daha İranın rəsmi dövlət orqanlarına və beynəlxalq insan haqları təşkilatlarına göndəriləcək. Yeri gəlmişkən, artıq ABŞ prezidenti Obamaya da müraciət ünvanlanıb.
Xatırladaq ki, YUNESKO 2000-ci ildən başlayaraq hər il fevralın 21-nin Beynəlxalq Ana Dili günü kimi qeyd olunması barədə qərar verib. Həmin tarixdən Güney Azərbaycan milli hərəkat fəalları bu gün kütləvi aksiyalar keçirir. Keçənilki aksiyada xeyli fəal həbs olunmuşdu. Artıq Güneydə əlavə qüvvələrin yerləşdirilməsi barədə xəbərlər gəlir. Ciddi qarşıdurmaların olacağı da istisna edilmir.
Cavid TURAN
musavat

Hiç yorum yok: