BAXÇALI ƏRDOĞANA “SƏRÇƏ” DEDİ
MHP lideri hesab edir ki, baş nazir yalançi qəhrəmandir
Türkiyədə siyasi liderlər arasında növbəti sərt polemika hökm sürür. Milliyətçi Hərəkat Partiyasının başqanı Devlət Baxçalı partiyasının parlament qrupu qarşısında dünənki çıxışı zamanı bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Davosda İsrail prezidenti ilə mübahisədən sonra özünün qəhrəman obrazını formalaşdırmaq istəyir. Lakin o, yalançı qəhrəmandır, çünki eyni dərəcədə sərt reaksiyanı 2003-cü ildə İraqın şimalında türk əsgərlərinin başlarına çuval keçiriləndə göstərməyib.
Qeyd edək ki, Ərdoğan bu günlərdə əsgərlərin başlarına çuval keçirilməsi hadisəsinə reaksiyasının zəif olması haqda tənqidlərə cavab olaraq əslində əsgərlərin onun sayəsində buraxıldığını demişdi. Baş nazir bildirmişdi ki, həmin vaxt ABŞ-ın vitse-prezdenti Dik Çeyniyə zəng edərək ondan əsgərləri azad etməyi tələb edib. Lakin Baxçalı hesab edir ki, baş nazir yalan danışır. Çünki onun telefon danışığı əsgərlərin tutulmasından iki gün sonra olub. “Həmin vaxt Ərdoğan ABŞ-ın Türkiyədən üzr istəməsini tələb etmədi. Yəni o çuval olayında “sərçə”, Davosda isə “şahin” kimi davranaraq özünün siyasi kimliyini ortaya qoyur. Baş nazirin Davosdakı davranışı yaxınlaşan bələdiyyə seçkiləri ərəfəsində partiyasına xal qazandırmaq məqsədi daşıyırdı”.musavat
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder