BMT İranla bağlı məsləhətləşmələr keçirəcək
Bu gün(27 sentyabr) Təhlükəsizlik Şurasının planlaşdırılmamış toplantısı olacaq
BMT Təhlükəsizlik Şurası bu gün İranla bağlı əvvəlcədən planlaşdırılmamış məsləhətləşmələr keçirəcək. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Şura Birləşmiş Ştatların tələbi ilə çağırılıb.
Qeyd edək ki, sentyabrın 26-da BMT TŞ-nın iclasında çıxış edən ABŞ dövlət katibi Kondoliza Rays İran prezidenti Mahmud Əhmədinejadın İsrailin ünvanına hədələri ilə bağlı ən yaxın müddətdə məsələ qaldırmaq niyyətində olduğunu bildirib. O, ABŞ-ın BMT üzvü olan bir dövlətin BMT üzvü olan digər dövləti məhv etmək çağırışlarını müzakirə etmək üçün Təhlükəsizlik Şurasının toplaşmasını xahiş edəcəyini vurğulayıb.
LENT.AZ
28 Eylül 2008 Pazar
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder