azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Ekim 2008 Cuma

Fars rejimi repressiyaları şiddətləndirib

Fars rejimi repressiyaları şiddətləndirib
Son günlərdə mühəndis Rəhim Hacızadə, tələbə Ehsan Nəcəfinəsəb həbs olunub

Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis Rəhim Hacızadə həbs olunub. Bir ay əvvəl "Ettelaat"ın Ərdəbil şöbəsinin əməkdaşlarının yaxaladığı soydaşımızın hazırda Ərdəbil mərkəzi həbsxanasının 7-ci korpusunda milli fəal Əli Abbasi ilə birgə saxlanıldığı məlum olub. İran təhlükəsizlik qüvvələri milli fəalı yaşadığı evə basqın edib. Mənzildə axtarış həyata keçirərək Rəhim Hacızadəyə məxsus kompüteri, CD-ləri aparıblar. Məlumatlarda soydaşımızın "Savalan" adlı kitabının ikinci cildini nəşr etdirməsinə görə həbs olunduğu bildirilir. Çünki həmin kitabda islam müqəddəslərini təhqir olunduğu iddia olunur. Ümumiyyətlə, Rəhim Hacızadənin fars şovinist rejiminə qarşı təbliğat aparmaq və millətçiliyi yaymaqda günahlandırıldığı vurğulanır.

Turqut

Milli fəalın hazırkı vəziyyəti barədə hələlik hər hansı bir məlumat yoxdur.
Bundan əlavə, 17 gün əvvəl Güney Azərbaycanın şərqində keçirilmiş iqtisadi sərgidə "Ettelaat"ın Miyana şöbəsinin əməkdaşlarının naməlum istiqamətə apardığı milli fəal Mehdi Vahidi on gün təcridxanada saxlanıldıqdan sonra 5 milyon tümənlik mülk girovu müqabilində azadlığa buraxılıb. Ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə heç bir məlumat yoxdur.
Bu arada sentyabr 30-da, saat 17:00-da daha bir milli fəal - Təbriz Universitetinin Elektronika fakültəsinin sonuncu kurs tələbəsi Ehsan Nəcəfinəsəb həbs olunub. "Səhənd" dərnəyinin mərkəzi şurasının üzvü olan milli fəalı "Ettelaat" əməkdaşları yaxalayaraq naməlum istiqamətə aparıb. Soydaşımızın İranıda yeni dərs ilinin başlanmasıyla bağlı etiraz aksiyaları təşkil etməkdə şübhəli bilinərək tutulduğu bildirilir. Bundan əlavə, oktyabın 1-də uzun müddət "Ettelaat"ın Təbrizdəki təcridxanasında ağır işgəncələrə məruz qoyulan Təbriz Univerisetinin 7 tələbə fəalı mərkəzi həbsxanaya köçürülüb. Bu günədək ailələrilə görüşünə icazə verilməyən soydaşlarımız nəhayət buna nail olublar. Onlar görüş zamanı bildiriblər ki, 75 gün təkadamlıq kameralarda saxlanıldıqları müddətdə qondarma ittihamları qəbul etmədikləri üçün hər gün ağır fiziki və ruhi işgəncələrə məruz qalıblar. Hazırda Təbriz həbsxanasının təkadamlıq kameralarına aparılan Məcid Makuyizad, Aydın Xacei, Fəraz Zehtab, Əmir Mərdani, Daryuş Hatəmi, Maqsud Əhdi və Mənsur Əminianın fiziki işkəncələrə məruz qaldığı aşkar şəkildə görünüb. Xatırladaq ki, Səccad Radmehr hələ də "Ettelaat"ın təcridxanasında saxlanır və ağır işgəncələr nəticəsində çox ağır durumdadır. Ürək xəstəliyi və mədə qanaxmasından ciddi əziyyət çəkən soydaşımızın həyatı olduqca təhlükədədir. Qeyd edək ki, tələbələr üçün imza toplama kampaniyası başlatılıb. xalqcebhesi

Hiç yorum yok: