azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Eylül 2008 Pazartesi

TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ NİMƏT ÇUBUKÇU: “ŞƏHİD AZƏRBAYCAN QADINLARININ MƏZARLARINI GÖRDÜKDƏ ÇOX KÖVRƏLDİK”

TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ NİMƏT ÇUBUKÇU: “ŞƏHİD AZƏRBAYCAN QADINLARININ MƏZARLARINI GÖRDÜKDƏ ÇOX KÖVRƏLDİK”


“Bu, mənim Azərbaycana dördüncü gəlişimdir. Hər gəlişimdə Azərbaycanı daha gözəl görürəm. Bakı əsaslı şəkildə dəyişir.
Ötən səfərimdən qısa bir müddət keçib. Cəmi dörd-beş ay ərzində Bakıda bir çox irəliləyişlər, yeniliklər baş verib. Azərbaycanın sadəcə şəhər memarlığında deyil, qadın hərəkatında da irəliləyiş hiss olunur”. Bu sözləri açıqlamasında Türkiyənin qadın və ailə məsələləri üzrə dövlət naziri, xanım Nimət Çubukçu deyib. O, Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə iştirakını yüksək qiymətləndirib: “Tarixə baxdığımız zaman Azərbaycan qadınlarının hər zaman ön cərgədə olduğunu, cəmiyyətdə önəmli yer tutduğunu görürük. Azərbaycan qadınları çox qüvvətlidir. Düşünürəm ki, bunu beynəlxalq səviyyədə göstərməyin tam zamanıdır. Çünki dünyada türk qadını haqqında qeyri-obyektiv təsəvvürlər var, bu fikirlərin dəyişməsi üçün bu cür beynəlxalq səviyyəli toplantıların təşkili çox önəmlidir”.

N. Çubukçu Azərbaycan Qadınlarının III Qurultayının uğurlu nəticələnəcəyinə inandığını söyləyib: “Ölkənin bütün regionlarından gələn xanımların öz problemləri haqqında danışmaq, qayğılarını paylaşmaq imkanı var. Məni bu qurultaya dəvət etdikləri üçün çox təşəkkür edirəm və Bakıda olduğum üçün qürur duyuram”.

Türkiyəli nazir Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin də xatirəsini anıb: “Bir çox xalqların azadlıq mübarizəsində kişilərin rolu böyükdür, amma Azərbaycan və Türkiyədə müstəqilliyin əldə olunması və mili şüurun inkişafında qadınların çox böyük rolu var. Ona görə də biz şəhid analarına xüsusi hörmətimizi bildiririk. Bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdik. Müstəqillik mübarizəsində gənc qadınların da şəhid olduğunu gördük və çox kövrəldik. Şəhid qadınların azadlıq uğrunda mübarizəsi bu gün onların davamçıları olan yeni nəsillər tərəfindən davam etdirilməlidir”.

Hiç yorum yok: