Dünya
İran BMT-nin yeni qətnaməsini rədd edib
Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır
28.09.2008
BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramıyla bağlı yeni qətnamə qəbul edib.
Sənəd İranı uran zənginləşdirilməsi üzərində işi dayandırmaqla bağlı əvvəlki tələbləri yerinə yetirməyə çağırır.
Rusiyanın etirazına görə qətnamədə İrana qarşı yeni sanksiyalar nəzərdə tutulmur.
Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Zalmay Xəlilzad deyib ki, Gürcüstan münaqişəsiylə bağlı fikir ayrılığına baxmayaraq qətnamənin qəbul edilməsi Birləşmiş Ştatlarla Rusiya arasında əməkdaşlıqdan xəbər verir:
«Bizim fikrimizcə, Gürcüstana hücum mütənasib deyil və biz bunu qəti şəkildə pisləmişik. Lakin eyni zamanda Gürcüstan məsələsində Rusiyayla dərin fikir ayrılığına baxmayaraq, göründüyü kimi biz qarşılıqlı maraq doğuran məsələlərin həllində işləmək istəyirik. Bu ondan xəbər verir ki, Rusiya İranın nüvə iddiasının problem olduğunu görür».
İranın BMT-dəki missiyası yeni qətnaməni rədd edib və bildirib ki, Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.
Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. İran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
28 Eylül 2008 Pazar
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder