azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Eylül 2008 Pazar

İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək


İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi Tehrandakı İran Milli Kitabxanasına təxminən yüz adda min nüsxəyə yaxın müxtəlif məzmunlu kitab hədiyyə edib.

Bura ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair nadir nəşrlər, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən əsərlər, habelə Azərbaycan həqiqətləri ilə zəngin olan elmi, bədii, tarixi kitablar daxildir. Azərbaycan, ingilis və fars dillərində çap edilmiş bu əsərlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına gətirdiyi faciə və fəlakətləri əks etdirən kitab və broşürlər kitabxana rəhbərliyinin marağına səbəb olub.

Kitabxanada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hər birinə aid bölmələr yaradılması nəzərdə tutulur. İranın Azərbaycandakı səfirliyinin qəzetimizə verdiyi məlumata görə səfirliyimizin təqdim etdiyi çap məhsulları Azərbaycan bölməsində yerləşdiriləcək.

Səfir Abbasəli Həsənov nəşrlər barədə kitabxana rəhbərliyinə ətraflı məlumat verib.

Hiç yorum yok: