«SEPAH»la «PEJAK» ARASINDA DÖYÜŞ OLUB
2008-11-19 - 13:59:00
İranın Kürdüstan vilayətinin Sənəndəc şəhəri yaxınlığında terrorçu PKK təşkilatının İran qanadı sayılan «Pejak» silahlı qruplaşmasının döyüşçüləri ilə İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») qüvvələri arasında baş vermiş qanlı toqquşmada «Pejak»ın bir neçə üzvü öldürülüb.
Höccətullah
Dəmyad
«Media forum» saytı bildirir ki, hadisə noyabrın 16-da gecə yarısı baş versə də, xəbər İran mediasına noyabrın 19-da çıxıb.
Kirmanşah vilayəti rəhbərinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Höccətullah Dəmyad jurnalistlərə açıqlamasında qətlə yetirilən «Pejak» üzvlərinin yerli kürdlər yox, Türkiyə vətəndaşları olduğunu bildirib.
H.Dəmyad toqquşma zamanı dörd «Pejak»çının ələ keçdiyini, onlardan birinin 16 yaşlı yeniyetmə qız olduğunu da deyib.
Vilayət rəhbərinin müavini tutulanlara ABŞ və İsrailin dəstək verdiyini bildirib: «Bu şəxsləri ABŞ və İsrailin casusluq xidmətləri əməkdaşlığa cəlb edərək təşkilatlandırıb».
«Media forum»
19 Kasım 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder