azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Kasım 2008 Çarşamba

Əhmədinecatın güneyli dostu

Əhmədinecatın güneyli dostu
İranın daxili işlər naziri oldu

Əslən azərbaycanlı olan Sadıq Məhsuli İranın daxili işlər naziri təyin edilib. Noyabrın 18-də İran parlamenti prezident Mahmud Əhmədinecatın S.Məhsulinin daxili işlər naziri vəzifəsinə təyin olunması haqda göndərdiyi təqdimata baxıb. Səsvermə zamanı 138 deputat S.Məhsulinin lehinə, 112 deputat əleyhinə səs verib, 20 deputat bitərəf qalıb. Beləliklə, S.Məhsuli səs çoxluğunu qazanaraq ölkənin daxili işlər naziri olub. Əvvəlki daxili işlər naziri Əli Kərdanini parlament noyabrın 4-də istefaya göndərmişdi. Buna onun Oksford Universitetinin hüquq elmləri doktoru olması barədəki diplomunun saxta çıxması səbəb olmuşdu.
49 yaşlı S.Məhsuli İran prezidentinin yaxın tərəfdaşı və sədaqətli kadrı sayılır. 2005-ci ildə M.Əhmədinecat onu ölkənin neft naziri təyin etmək istəsə də, namizədliyin parlamentdə səsverməyə çıxarılmasından əvvəl fikrindən dönmüşdü. Dövlət başçısı hesab etmişdi ki, S.Məhsulinin neft sahəsində təcrübəsi olmadığından parlament onun namizədliyini təsdiqləməyə bilərdi.
Əhmədinecat kimi Məhsuli də İran ordusunun elitası olan "İslam İnqilabı Keşikçiləri Korpusu"nda ("Pasdarene İslami"/ SEPAH) qulluq edib. Yeni DİN başçısı əvvəllər regional hökumətdə müxtəlif vəzifələri tutub, habelə müdafiə nazirinin planlaşdırma məsələləri üzrə müavini olub.
"Media forum"un məlumatına görə, yeni nazir Sadıq Məhsuli Urmiya şəhərində doğulub. Ticarət idarəçiliyi ixtisasına yiyələnib. Ölkənin varlı adamlarından biridir, "milyarder keçmiş sepahçı" kimi tanınır. Məhsulinin sərvəti bir ara hakimiyyətdaxili qruplar arasında mübahisəli məsələlərdən birinə çevrilmişdi. Yç il əvvəl o, jurnalistlərə açıqlamasında azı 50 milyon dollarlıq var-dövləti olduğunu demişdi.
Hakimiyyət daxilindəki rəqibləri Məhsulini "Sepah"da olarkən vəzifəsindən sui-istifadə etməkdə, qanunsuz yolla pul qazanmaqda, dövlət əmlakını mənimsəməkdə günahlandırırlar. Onların iddiasına gюrə, hazırda hər saat S.Məhsulinin qazancının üstünə 1800 dollar əlavə pul gəlir.
S.Məhsuli ittihamları rədd edir və qazandığı sərvəti qanuni yolla əldə etdiyini bildirir.
H.Bakuvi

Hiç yorum yok: