İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub
[ 22 Noyabr 2008 14:08 ]
Bakı. Laçın Sultanova-APA. İranda İsrailin xeyrinə casusluqda günahlandırılan Əli Əştari edam olunub. APA-nın «Assoşieyted Press» agentliyinə istinadən məlumatına görə, İsrailin kəşfiyyat idarəsi «Mossad»a İranın müdafiə obyektləri barədə məlumat ötürülməkdə günahlandırılan 45 yaşlı Ə. Əştariyə hökm bu il iyunun 30-da oxunub, hökmün icrası isə noyabrın 17-də həyata keçirilib. Ə. Əştari 17 il ərzində telekommunikasiya və elektron avadanlıqlar satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. Qeyd olunub ki, bu texnika ilə o İranın müdafiə obyektlərini də təchiz edirmiş. Məlumata görə, xaricə səfərlərinin birində onu «Mossad»ın nümayəndələri ələ alıblar və onlara ötürdüyü məlumatlarla bağlı pul veriblər. İsrail kəşfiyyatı ilə 3 il davam edən əməkdaşlıqdan sonra 2007-ci ildə o həbs olunaraq məhkəməyə verilib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder