azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Şubat 2009 Çarşamba

Yaxın Şərqdəki gərginliklərdə “İran əli”

Yaxın Şərqdəki gərginliklərdə “İran əli”


Xarici xəbər agentliklərinin (Frans Press, Röyters və s.) yaydığı məlumatına görə Misir hakimiyyəti bəyanat yayaraq Şeyx Həsən Nəsrullahı İranın rəsmi nümayəndəsi kimi təqdim edib. Bəyanatda bildirilir ki, “O, İranın nümayəndəsindən başqa heç bir kəs deyil. O bütün əməllərini Tehranın göstərişi ilə yerinə yetirir.”



Qeyd edək ki, Nəsrullah Qahirəni İsraillə əməkdaşlıqda ittiham edərək Rəfah keçidinin Misir tərəfdən bağlanmasına görə Misir rəsmilərini, xüsusən Mübarəki ciddi tənqid atəşinə tutmuşdu. 22 günlük İsrail-Həmas müharibəsi zamanı Rəfah keçidi Misir tərəfindən bağlanmışdı. İsraillilərin iddialarına görə Qəzzanın xaricə İsrail torpaqlarından kənar yeganə keçidi olan Rəfah, tunellər vasitəsi ilə Misirə birləşdirilib. İsrail bu tunellər vasitəsi ilə “Misirdən Qəzzaya silah və sursat gətirildiyini” iddia edirdi. Misir yetkililəri bir neçə gün əvvəl İranı, Həmas və Hizbullahı dəstəkləyərək Yaxın Şərqdə yeni münaqişələr yaratmaqda ittiham edib. Röyters Agentliyinin məlumatına görə Misirin Xarici İşlər Naziri Əhməd Əbulğeys “Orbit” kanalına müsahibəsində bildirib ki, “İranlılar öz mənafiyi üçün regionda münaqişələrin yaranmasında maraqlıdırlar. İran rəsmiləri bütün gücləri ilə nüvə məsələlərində Qərbin təzyiqlərindən can qurtarmaq üçün belə müharibələrin olmasının tərəfdarıdırlar.”

Misir ilə İran arasında münasibətlər son günlər daha da kəskinləşib. İki dövlət rəsmilinin tənqidlərinin ardınca Misir, İranın Qəzzaya göndərdiyi humanitar yardım gəmisini saxlayaraq boşaltmağa icazə verməyib. Gəmi hərbi dəniz donanmaların müşayiəti ilə açıq dəniz sularına göndərilib. Bu məsələdən sonra Tehranda Misirin mənafeyini qoruyan rəsmi nümayəndə İran Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi şəkildə nota verildi.

Göründüyü kimi, Yaxın Şərdqəki demək olar ki, bütün gərginliklərdə İranın adı hansısa şəkildə mütləq hallanır. Bu hallarnalar da yuxarıdakı misalda da olduğu kimi adətən mənfi şəkildə olur. Bu isə İranın beynəlxalq imiciylə bağlı xoş gələcək vəd etmir.araztm

Hiç yorum yok: