azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Şubat 2009 Cumartesi

Milli fəal Həmid Valayi və Qulam Nəcəfinin məhkəməsi keçirilib

Milli fəal Həmid Valayi və Qulam Nəcəfinin məhkəməsi keçirilib

Fevralın əvvəlində milli fəallar Həmid Valayi və Qulam Nəcəfi Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim qarşısına çıxarılıb. Məhkəmə prosesinin başlanğıcında hakim soydaşlarımızın rəsmi olaraq "Dövlətçiliyə qarşı təbliğat"da ittiham olunduğunu nəzərə çatdırıb. İttihamçı tərəf "Ettelaat" onların hazırlayaraq nəşr etdiyi "Günəş" jurnalının "Azərbaycanda may üsyanları" ilə bağlı xüsusi sayını sübut olaraq təqdim edib.

Turqut

Eyni zamanda təhlükəsizlik orqanı bu dərginin qanunsuz nəşr olunduğunu iddia edib. Milli fəallar isə "Günəş" jurnalının rəsmi icazəylə nəşr olunduğunu bildirib və bunu təsdiq edən rəsmi sənədləri məhkəməyə verməyə cəhd göstəriblər, amma hakim "Jurnalın nəşri qanuna uyğun olsaydı, yəqin "Ettelaat" müdaxilə etməzdi!" deyə cəvab verib. Qulam Nəcəfi və Həmid Valayi bütün fəaliyyətlərinin mövcud qanunlar çərçivəsində baş verdiyini və onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu söyləyiblər. Eyni zamanda Həmid Valayi "Ettelaat"ın Təbriz şöbəsində saxlanıldığı müddətdə ona ağır işgəncələr verilməsilə bağlı məsələyə baxılmasını tələb edib. Amma hakim "Sizin "Ettelaat"da işgəncə olunmağınızın bu məhkəməyə aidiyyəti yoxdur!" deyə onun vəsatətini rədd edib. Məhkəmə hər hansı qərar qəbul olunmadan təxirə salınıb. Qeyd edək ki, Həmid Valayi hüquq təhsili alsa da, "Ettelaat" onun bir vəkil kimi fəaliyyətinə mane olur. Ötən il "Ettelaat" əməkdaşlarının həbs etdiyi soydaşımızın saxlanıldığı qapalı təcridxanada ağır işgəncələrə məruz qaldığı, bir ayağı və bir neçə dişinin sındırıldığı barədə məlumatlar yayılmışdı. O bununla bağlı İran Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət etsə də, indiyədək onun bu tələbinə məhəl qoyulmayıb.

Hiç yorum yok: