azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

TEHRANIN AZƏRBAYCANDA "HİCAB LAYİHƏSİ"

TEHRANIN AZƏRBAYCANDA "HİCAB LAYİHƏSİ"


Kəndində məktəb binası olmayan, 15 milyon gənci tənha yaşayan bir ölkədə buna ehtiyac varmı?


S.SƏDRƏDDİN


Bu yaxınlarda İnternet səhifələrində Qərbi Azərbaycan əyalətindəki kəndlərdən birində orta məktəbin olmaması haqda video-görüntü yayılmışdı. Orada məktəb yaşlı uşaqların kəndin ortasında boş-boş dolanıb oynaması göstərilirdi. Filmdə kənd sakini bildirir ki, orada bir məktəb var və o da 7 ildir müəllim yoxluğundan istifadəsiz qalıb. Məktəb binası mal-qara tövləsinə çevrilib.
Kəndlilər bu təhsil ocağının boş qalmasından və xarabalığa çevrilməsindən şikayətlənir, havalar soyuyandan sonra 6 ay kəndin yollarının bağlandığını, bununla da onların ətraf aləmlə əlaqələrinin kəsildiyini söyləyirdilər. Əhali İran hakimiyyətinə müraciət edərək onları bu ağır durumdan qurtarmağa çağırır. Amma ötən bu müddət ərzində həmin kəndin mövcud problemi həll edilməmiş qalmaqdadır.
Həmin film yayıldıqdan sonra Tehran hakimiyyəti bu bölgədə məktəb binası ilə bağlı problemi həll etməkdənsə, orada "hicab layihəsi" həyata keçirmək qərarına gəlib.
"Azadtribun"un məlumatına əsasən, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindəki 10 məktəbdə "Reyhanə əl-Nəbi" adlı "Hicab layihəsi" gerçəkləşdiriləcək. Layihənin əlaqələndiricisi, höccətülislam İbrahimpurun verdiyi xəbərə görə, hicab üzrə 20 mütəxəssis "tələbə-bacı"ların arasından seçilib. Onlar hakimiyyətin tərtib etdiyi qaydaya uyğun formada din, mədəniyyət, incəsənət və idman sahəsində hicabın əhəmiyyətini şagirdlərə öyrədəcəklər.
Hakimiyyət Qərbi Azərbaycan ərazisində bu layihənin tətbiq dairəsini genişləndirərək Urmiya şəhərindən başqa kəndlərdə də təbliğ ediləcəyinə boyun olub.
Maraqlıdır, Tehran hakimiyyəti məktəb binası olmayan kəndlərdə "hicab qaydaları"nı necə təbliğ edəcək? Yoxsa maliyyə böhranını bəhanə gətirən İslam Respublikasının rəhbərliyi əlavə vəsait tapıb? Ancaq məsələyə belə sadəlövhcəsinə yanaşmaq da düzgün deyil. Əslində Tehran bu sayaq layihələrlə Azərbaycan əyalətlərində sosial-siyasi durumu öyrənir. Başqa sözlə, həm də vəziyyətdən narazıların "ov"una çıxıb.
İngiltərədə çıxan "Qardian" qəzeti də İranda aparılmış maraqlı araşdırmaya diqqəti çəkib. Həmin yazıya görə, İran gənclər təşkilatı başçısının müavini Əliəkbər İsarniya jurnalistlərə açıqlamasında hər dörd gənc oğlan və qızın nikahdankənar cinsi əlaqədə olduğunu, qanunsuz cinsi əlaqədə olan qızlardan 13 faizinin abort etdirmək məcburiyyətində qaldığını bildirib.
İsarniyanın dediyinə görə, gənclər arasında ailə həyatı qurmaq yaşının artması ata-anaların və cəmiyyətin ciddi narahatlığına səbəb olub. "Oğlanlar arasında evlənmək yaş həddi 40-ı keçib, qızlarda isə 35 yaşa çatıb. Hazırda ölkədə 15 milyon gənc tənha yaşayır" deyən təmsilçi evlənmə yaşının artmasının xoşagəlməz nəticələrə gətirib çıxaracağını vurğulayıb: "Hər il subayların sayına 1,5 milyon nəfər əlavə olunur".
Həmin araşdırmada daha sonra bildirilib ki, 29-dan yuxarı yaşda olan 7 milyon tənha gəncə dini təşkilatlar və ya hakimiyyətin nüfuzlu qurumları nikaha girməyi məsləhət görür.
Güney Azərbaycan gəncləri üçün yaradılmış problemlərdən biri də geyimlə bağlıdır. "Azadlıq" radiosu "Vaşinqton tayms" qəzetinə istinad edərək bildirib ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hakimiyyəti başqa sosial işlərlə məşğul olmaqdadır. Bunlardan biri əhalinin geyimidir.
Bu yaxınlarda İran polisi 50-yə qədər vətəndaşı qərblilər kimi geyindikləri üçün həbs edib. Qaimşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin dili ilə desək, "polis küçəyə şeytan görkəmində çıxan, yaramaz paltar geyinən dələduzları tutub". Polis rəisi bildirib ki, "İranın və islamın düşmənləri" gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışır.
Xəbərdə bildirilib ki, ötən il də İranda qadınlara uzunboğaz çəkmə geymək yasaqlanmışdı. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlədəcəkləri halda geyinə bilərlər. Bundan başqa şalvar çəkməni topuğa qədər örtməlidir, əks təqdirdə qadının bədən forması görünər, "bu isə islama uyğun deyil".
Bu yaxınlarda 24 yaşlı bir qız ağ rəngli palto geyindiyinə görə tutulub. "Əxlaq polisi" adlandırılan qurumda ona paltosunun rənginin "qaydalar"a uyğun olmadığını söyləyiblər.
24 yaşlı Neda adlı gənc qız "Azadlıq" radiosuna müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. "Vaşinqton tayms" qəzetindəki məqalə müəllifi kimi, respondent də İslam Respublikasının polislərinə belə bir sualla müraciət edib: "İran polisinin doğrudanmı geyimdən başqa bir işi yoxdur?"
İranda geyim xofu təzə hal deyil. 1979-cu il fevral inqilabından sonra bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcbur edilirlər. Kişilərə isə Qərbdəki həmcinsləri təki köynək geymək, saç kəsdirmək yasaqdır. Bu baxımdan "hicab" adlı qaydalar ölkədə həmişə gərginlik yaranmasına səbəb olub. Çünki bu qaydalara əməl etməmək "hakimiyyətə, rejimə tabe olmamaq" kimi dəyərləndirilir.
Ötən ayın sonunda gənclər "Tələbə günü"nü qeyd ediblər. 50 il öncə tələbələr İranda şaha etiraz yürüşü keçirmişdilər. Onların bu aksiyasını o zaman şah polislər vasitəsi ilə dağıtmışdı. Amma indiki hakimiyyət də gənclərin etiraz çıxışını polisin gücü ilə dağıtmağa çalışıb. Amma bir neçə min tələbə "Diktatora ölüm!", "İrana demokratiya, beynəlxalq sülh!" şüarları səsləndirib. Bu isə ölkənin ali rəhbəri ayətulla Xamneyinin Tehran Universitetinə səfərinin təxirə salınmasına səbəb olub.
Təhlilçilərə görə, neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsiri, o biri yandan isə gənclərin etiraz çıxışları, iqtisadi sanksiyalar, beynəlxalq aləmdən təcrid siyasəti İslam Respublikasının durumunu ağırlaşdırmaqdadır...
Belə bir vəziyyətdə İslam Respublikası hakimiyyətinə kimsə yardım edə bilməz. Ancaq belə bir vaxtda əhalinin geyiminə müdaxilə, yaxud ona qarşı mübarizə gülünc görünür. "Vaşinqton tayms"ın yazdığına görə, bunu ölkə rəhbərliyinin əhalinin diqqətini mövcud problemlərdən başqa istiqamətə yönəltmək məqsədi güddüyü kimi dəyərləndirmək olar: "Albert Eynşteyn axmaqlıq barədə belə deyirdi: "Axmaqlıq bir işi təkrar-təkrar etmək və hər dəfə də fərqli nəticə gözləməkdir", - deyə qəzetdəki məqalənin müəllifi yazıb.
Bax belə. Tehran hakimiyyəti üçün "hicab qaydaları"na əməl etməklə bağlı layihələrin gerçəkləşdirilməsi "Amerikaya ölüm!", "İsrailə ölüm!" siyasi-ideoloji şüarlar qədər vacibdir. Bu səbəbdən də rejim geyim məsələsinə dair kampaniyalara daha çox önəm verir. Başqa sözlə, qadınların baş örtüyünü atması, yaxud kişilərin qərblilər kimi geyinməsi, saçını kəsdirməsi bu hakimiyyətin getməsinə barəbər tutulur. Bu səbəbdən də hakimiyyət bir işi "təkrar-təkrar" gerçəkləşdirir... .ayna

Hiç yorum yok: