azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Ocak 2009 Pazartesi

BAKIDA İSRAİLƏ ETİRAZ ETMİŞ 25 DİNDARA HƏBS CƏZASI VERİLİB

BAKIDA İSRAİLƏ ETİRAZ ETMİŞ 25 DİNDARA HƏBS CƏZASI VERİLİB
2009-01-05 - 15:41:00




Qəzza bölgəsində İsrailin hərbi əməliyyatlara başlamasına etiraz olaraq yanvarın 2-də Bakıda etiraz aksiyası keçirdiyi üçün polisin saxladığı dindarlardan 25 nəfəri azadlıqdan məhrum edilib. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlunun «Turan» agentliyinə bildirdiyinə görə, həmin şəxslərə 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İ.İbrahimoğlu yanvarın 2-də İsrailin Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiyada polisin 100-dən çox dindarı saxladığını, onların əksərinin cərimə olunaraq sərbəst buraxıldığını deyib.

Rəsmi Bakının da İsrailin fələstinlilərə qarşı əməliyyatlarını qınadığını xatırladan İ.İbrahimoğlu etiraz aksiyasına görə dindarların tutulmasının başadüşülən olmadığını vurğulayıb. O qeyd edib ki, müsəlman qadınların, uşaqların, qocaların öldürülməsi, məscidlərin dağıdılması ilə nəticələnən bu əməliyyatlara bütün dünyada etiraz edirlər.

Hiç yorum yok: