azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Ocak 2009 Pazartesi

SİYASİ MÜHACİRLƏR «AZADLIQ», BBC, «AMERİKANIN SƏSİ» RADİOLARINI MİLLİ TEZLİKLƏRƏ QAYTARMAĞA ÇAĞIRIR

SİYASİ MÜHACİRLƏR «AZADLIQ», BBC, «AMERİKANIN SƏSİ» RADİOLARINI MİLLİ TEZLİKLƏRƏ QAYTARMAĞA ÇAĞIRIR
2009-01-05 - 10:42:00


Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı «Azadlıq», BBC, «Amerikanın səsi» radiolarının Azərbaycanın milli tezliklərində yayımının dayandırılmasını pisləyib. Qurumun sədri, Hollandiyada yaşayan mühacir Eldəniz Yusubovun adından «Media forum»a daxil olmuş etiraz bəyanatında deyilir: «Azərbaycan hakimiyyətinin verdiyi siyasi qərarla Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların yayımının qadagan edilməsini qeyri-qanuni, plüralizm və söz azadlıgına qarsı növbəti hücum, ölkənin milli maraqlarına zidd addım kimi qiymətləndiririk».

Hakimiyyətin əsas məqsədinin Azərbaycan cəmiyyətini alternativ informasiya mənbəyindən məhrum etmək olduğunu düşünən mühacirlər ittifaqı qərarın ölkənin beynəlxalq imicinə mənfi göstərəcəyini bəyan edir və hökuməti xarici radioların sərbəst yayımını bərpa etməyə çağırır.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli Televiziya və Radio Şurasının ötən ilin son iş günü çıxardığı qərarı icra edib - «Azadlıq», «Amerikanın səsi», BBC radiolarının Azərbaycanın milli tezliklərində yayımı 2009-cu il yanvarın 1-nə keçən gecə dayandırılıb. Həmin gündən «Azadlıq» radiosunu qısa dalğada, peyk yayımıyla və internetdə dinləmək mümkündür. BBC və «Amerikanın səsi» radiolarının verilişlərini isə qısa dalğalarda və internetdə izləmək olar.

Milli Televiziya və Radio Şurası 2008-ci il dekabrın 30-da «Azadlıq», «Amerikanın səsi», BBC radiolarının Azərbaycanda sərbəst yayımını dayandırmaq haqda qərar çıxarıb. MTRŞ-nin arqumentinə görə, Azərbaycanın milli tezlikləri milli yayımlara aid olmalı, teleradio yayımı Avropa standartlarına uyğunlaşdırılmalı, xarici televiziya kanalları, radiostansiyalar yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlanmalıdır.




«Media forum»

Hiç yorum yok: