SİSTAN-BƏLUCİSTANDA QANLI ATIŞMANIN XƏBƏRİ 4 GÜN SONRA YAYILIB
Sistan-Bəlucistan əyalətində silahlı bəluclarla atışmada İran hüquq-mühafizə qüvvələri «Fəth» qərargahının rəis müavini Məhəmməd Sərqolzai və digər üç hərbiçi həlak olub. Hadisə sentyabrın 18-də baş versə də, xəbər 4 gün sonra – sentyabrın 22-də yayılıb.
«Media forum» saytının məlumatına görə, hüquq-mühafizə qüvvələri ilə yerli silahlı bəluclar arasında qarşıdurma ötən cümə axşamı Zahidan şəhərinin Nüsrətabad məntəqəsində baş verib.
İran hüqüq-mühafizə qüvvələrinin polkovniki Salah Əsgərpur jurnalistlərə açıqlamasında yerli silahlı üsyançılardan bir neçə nəfərin öldürüldüyünü vurğulayıb.
Silahlı üsyançıların bəlucların milli hüquqları uğrunda mübarizə apardığını iddia edən yerli «Condollah» təşkilatına bağlı olduğu güman edilir.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder