Xəzərlərin ictimai quruluşu və mədəniyyəti
Geniş ərazilərə malik olan Xəzər dövlətinin başında Göytürk hökmdarlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan xaqan dururdu. Xaqanın şəxsiyyətinin ilahiləşdirilməsi əslində onun dünyəvi hakimiyyətinin məhdudlaşdırılmasına səbəb olurdu. Qədim türk adətinə görə, xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyini soruşurdular. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə düşərdisə onu edam edirdilər.
Xəzər dövlətində dünyəvi hakimiyyət isə xaqanbəyinin əlində cəmləşmişdi. Xaqanbəyi xaqan qarşısında sədaqət andı içdikdən və odla «arındıqdan» sonra öz vəzifəsinin icrasına başlaya bilərdi. Xaqanbəyidən sonra Xəzər xaqanlığının idarəçiliyində şad və tarxan adlandırılan hərbi başçılar mühüm rol oynayırdılar. Şəhərlərə tudun adlandırılan qalabəyilər başçılıq edirdilər.
Xaqanlığın dövlət dili türk dillərinin qərb qoluna aid edilən xəzər dili idi. Xəzər xaqanları bu dilin onlara tabe olan xalqlar arasında yayılmasına xüsusi diqqət yetirirdilər. Xəzərlər türk-run yazılarından istifadə edirdilər. Xəzər xaqanlığı ərazisində aparılmış arxeloji qazıntılar zamanı üzərində xəzər dilində türk-run yazıları olan yüzlərlə əşyalar tapılmışdır.
Xəzər xaqanlığının iqtisadiyyatının əsasını inkişaf etmiş əkinçilik - maldarlıq təsərrüfatı, sənətkarlıq, geniş daxili və xarici ticarətlə yanaşı, xaqanlığın ərazisindən keçən karvan yollarından alınan gömrük haqqı, habelə tabe edilmiş xalqların ödədiklərini vergilər təşkil edirdi.
Xəzərlər qalıqları dövrümüzə qədər gəlib çatmış böyük şəhərlər salmışdılar. Xaqanlığın paytaxtları olmuş Səməndər və İdillə yanaşı, tarixi mənbələrdə Sarıkel və ya Ağ qala, Xanbalıq, Semizqaraqor kimi böyük şəhərlərin adları çəkilir. Bu şəhərlər hündür divarlarla əhatə olunurdu. Bu şəhərlər yadellilərin işğalları zamanı dağıdılmış, ya da yandırılmışdır. Nisbətən yaxşı saxlanılmış Sarkel (Ağ qala) şəhəri isə XX əsrin ortalarında yaradılmış Simlyansk süni gölünün altında qalmışdır. Yalnız xaqanın sarayının inşasında bişmiş kərpicdən istifadə edilməsinə icazə verilirdi. Şəhərlərin əsas əhalisini Narın qalada (şəhərin mərkəzində) yaşayan türklər təşkil edirdilər. Şəhər hasarlarının ətrafında isə slavyanlar məskən salırdılar. Hər şəhərdə 7 nəfər üzvü olan dövlət məhkəməsi fəaliyyət göstərirdi. Bu yeddi nəfərlik məhkəmə üzvlərinin ikisi müsəlman, ikisi xristian, ikisi yəhudi, biri isə şaman idi.
Xəzərlər xaqanlığın ərazisində xristianlıq, yəhudilik və islam dinləri yayılana qədər Tanrıya inanırdılar. Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki istiqamətdən - qərbdən Bizans, və cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı. Xəzərlərin öz qədim türk dini inanclarını qorumaları xristianlğın yayılmasına mane olurdu. Digər tərəfdən bu prosesin qarşısını xristianlığın yayılması ilə Bizansın ölkə ərazisinə nüfuz edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.
737-ci il yürüşü zamanı ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri, xəzərlər arasında bu dinə olan hörməti heçə endirdi.
VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obidi bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.
Xəzərlər xaqanlığının ərazisində xristianlıq, yəhudilik və islam dinləri yayılana qədər Tanrıya inanırdılar. Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki istiqamətdən - qərbdən Bizans və cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı. Xəzərlərin öz qədim türk dini inanclarını qorumaları xristianlığın yayılmasına mane olurdu. Digər tərəfdən bu prosesin qarşısını xristianlığın yayılması ilə Bizansın ölkə ərazisinə nüfuz edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.
737-ci il yürüşü zamanı ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri, xəzərlər arasında bu dinə olan hörməti heçə endirdi.
VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadi bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.
16 Ekim 2008 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder