azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ekim 2008 Salı

İran bazarlarında tətil məmurlarla toqquşmayla nəticələnib

İran bazarlarında tətil məmurlarla toqquşmayla nəticələnib
Naməlum şəxslər bir neçə mağazanın şüşələrini sındırmağa və sahiblərinə hədə-qorxu gəlməyə başlayıb

Bir həftədir İran hökumətinin "əlavə dəyər vergisinin tətbiq edilməsi" haqda yeni qanunun icrasına başlamasına etiraz əlaməti olaraq İran bazarları tətilə başlayıb. "İlna", "Fars" xəbər agentlikləri və "Azad Təbriz" xəbər səhifəsinin məlumatına görə, Mahmud Əhmədinəjad hökumətinin bu siyasəstinə Təbriz, Tehran, İsfahan, Şiraz, Məşhəd kimi böyük şəhərlərin bazarları alış-verişi dayandırmaqla cavab veriblər. Oktyabrın 12-də isə Tehran bazarının tacirləri tətil edən zərgərlərlə həmrəylik aksiyasına başlayıblar. Belə ki, Tehran bazarında qumaş, xalça, ayaqqabı, büllur və ev əşyaları satan ticarət obyektləri bazar günü işləməyib. Tehran bazarında fəaliyyət göstərən müxtəlif bank şöbələrinin də həmin gün bağlı olduğu bildirilir. Ticarət obyektlərindən birinin sahibi "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında bazar günü naməlum şəxslərin Tehran bazarında bir neçə mağazanın şüşəsini sındırdığını deyib: "Bazarın bağlanması tacirlərlə hökumət məmurları arasında qarşıdurmaya gətirib. Naməlum şəxslər mağaza sahiblərini qorxutmaq üçün bağlı qalmış bir neçə mağazanın şüşələrini sındırmağa və sahiblərinə hədə-qorxu gəlməyə başlayıblar. Nəticədə digər tacirlər də mağazalarını bağlayıblar". Hökumət qəzetləri bu tətillərin siyasi motiv daşıdığını və müxalif qüvvələr tərəfindən idarə olunduğunu yazırlar. Bu arada İran iqtisadiyatında çox böyük əhəmiyyətə sahib olan Təbrizin Xalça bazarı artıq öz fəaliyyətini dayandırıb. İran prezidenti Mahmud Əhmədinəjad isə iş adamlarının etirazlarını nəzərə alaraq ölkənin İqtisadiyyat Nazirliyinə məktub göndərərək, "Əlavə dəyər vergisinin tətbiqi" qanununun icrasının dondurulmasını əmr edib. Ancaq bunu yetərli saymayan iş adamları tətilləri davam etdirərək, ümumiyyətlə, qanunun ləğvini istəyirlər.

Turqut

Hiç yorum yok: