İRAN SERİALLARINA QADAĞA MƏSƏLƏSİ: MİLLİ TELERADİO ŞURASININ SƏDRİ XƏBƏRSİZDİR, ANS TƏKZİB EDİR
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Media forum» saytına açıqlamasında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulub-qoyulmamasından xəbərsiz olduğunu bildirib: «Hansı serialın efirə verilməsini telekanalların özləri müəyyənləşdirirlər. İran serialı yerli telekanallardan yalnız ANS-də efirə verilirdi. Bu, televiziya kanalının yaradıcılıq məsələsidir. Teleradio Şurası belə məsələlərlə məşğul olmur».
ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov isə «Media forum»a bildirib ki, ANS telekanalında İran seriallarının yayımı ilə bağlı heç bir qadağa tətbiq etməyiblər: «Bir qədər öncə ANS-də İran kinematoqrafçılarının istehsal etdiyi «İmam Əli» teleserialı efirə verildi. Bununla bağlı bizə kənardan heç bir təzyiq yoxdur».
ANS Şirkətlər Qrupunun «Bakı film» studiyasının direktoru Rafiq Əliyev də İran seriallarının yayımı ilə bağlı hər hansı qadağanın tətbiq olunmadığını bildirib. Onun sözlərinə görə, ANS telekanalında efirə verilən İran istehsallı «Qadağan olunmuş meyvə» serialı da artıq yekunlaşıb: «Bundan əvvəl də İran istehsallı seriallar vermişik, yenə vərəcəyik. Hazırda belə seriallardan birinin dublyajı üzərində işləyirik».
Oktyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı www.tabnak.ir saytında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulduğu yazılıb. Məlumatda nə televiziyaların, nə də efirə getməsinə qadağa qoyulduğu iddia edilən serialların adı çəkilib.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder