deyilir
BİLGƏ XAQANIN HEYKƏLİ TAPILIB
BİLGƏ XAQANIN HEYKƏLİ TAPILIB Orxon yazıları olan bölgədə intensiv arxeoloji qazıntılar aparılır İ.BALIOĞLU Qəhrəman əcdadımız Bilgə xaqanın heykəli tapılmışdır. Sözügedən heykəlin Monqolustanda, üzərində məşhur Orxon yazıları olan stela (yazılı daş) yerləşən bölgədə (paytaxt Ulan-Batordan 365 km şimal-qərbdə Orhun vadisində - Göy Türklərin ulu yurdunda) bir kurqanda aşkarlandığı xəbər verilir. Arxeoloji qazıntıları Monqolustanın "Kul Tiqin Dərnəyi" maliyyələşdirir və monqol arxeoloqları tərəfindən aparılır. Anadolu agentliyinin məlumatına görə, sözügedən kurqan Bilgə xaqan və Kul-tiqin mətnləri yazılmış stelaların 2 km qərbində yerləşir. Monqol professor Cuqder bildirmişdir ki, bu kurqan indiyə qədər dünyada ən böyük kurqandır. Qazıntılar Monqolustan hökumətinin icazəsi ilə geofiziki araşdırmalardan müsbət nəticələr alındıqdan sonra iyul ayından başlanmışdır. Kurqanın iç-içə iki bölümdən ibarət olduğu aşkarlanmışdır. Burada bir-birinin ardınca üç heykəl parçası aşkarlanmış, sonra onlar birləşdirilmiş və bir bütövün parçaları yenidən birləşdirildikdən sonra bu heykəlin Bilgə xaqana aid olduğu təsbit edilmişdir. Onun hündürlüyü 140 sm-dir, heykəl başıaçıqdır və türksoylu Tabğacların heykəltəraşlıq üslubunda hazırlanmışdır. "Kul Təkin Dərnəyi"nin başqanı Davaa Myamaa "Anadolu" agentliyinə bildirir ki, monqol alimlərinin fikrincə, tarixdə hun, türk və monqol imperiyalarını quranların hamısı eyni kökdən gəlir. Bilgə xaqana gəldikdə, bu böyük dövlət xadimi 683-cü ildə doğulub. Atası İlteriş Kutluq Xaqan, anası İlbilgə xatundur. Atası öləndə onun 8 yaşı vardı və 32 yaşına qədər Göy Türk Xaqanlığını idarə edən əmisi Kapağan xaqanın yanında böyüdü. Əmisi öləndə hakimiyyət başına keçdi. Ordunun baş komandanlığı vəzifəsinə özündən bir yaş kiçik qardaşı Kul-təkini, baş vəzirliyə isə müdrik Tonyukuku gətirdi. Onların götürdüyü siyasi kurs belə idi ki, türklər oturaq həyata keçərsə, güclü Çin qarşısında zəif düşəcək, məğlub olacaq, Çinin dustağına çevrilərsə, buddizm ölkəyə nüfuz edərsə, bu din türklərin hökmetmə və iqtidar duyğusunu zəiflədəcək, türk millətinin varlığı sona çatacaq. Onlar bu siyasi kursu əldə rəhbər tutaraq Çinlə uğurlu savaşlar apardılar, Avrasiyada möhtəşəm bir dövlət qurdular və bu əzəmətli imperiyanın hüdudları qərbdə Dəmirqapı Dərbəndə qədər uzandı. Onların hekayəti və türk millətinə öyüdləri saf türk dilində (və bugünkü savadlı azərbaycanlının anlayacağı bir dildə) Orxon stelalarında təfsilatı ilə yazılıb və bizim günlərədək gəlib çıxıb. Onlara Orxon yazıları, yaxud Göytürk yazıları . Bu xatirə stelalarını Bilgə xaqanın oğlu Tenqri xaqan atasının ölümündən bir il sonra ucaltdırmışdır. Yazıları isə Yolluq-təkin həkk etmişdir. Ağıllı və cəsur Bilgə xaqan əvvəlcə müdrik vəziri Tonyukuku, ardınca qəhrəman ordu komandanı Kul-təkini itirir. Gizlicə çinlilərə satılmış Buyrak Çor onu zəhərləmiş və Bilgə xaqan xəstə yatarkən xain vəzirləri edam etdirmişdi. Özü isə 734-cü il noyabrın 25-də həyata vida etmişdir. Yeddi il öncə Türk İşbirliyi və Kalkınma İdarəsinin dəstəyi ilə aparılmış arxeoloji qazıntılar əsnasında onun tacının tapılmasından sonra indi heykəlinin tapıldığı xəbər verilir...
13 Ekim 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder