16 hərbçi girovun taleyi İran rəsmilərini maraqlandırmır
16 hərbçi girovun taleyi İran rəsmilərini maraqlandırmır İranın asayiş qüvvələrinin baş komandanı İsmail Əhmədi Müqəddəmin bildirdiyinə görə “Condollah” silahlı qrupu tərəfindən girov götürülmüş 16 hərbiçinin bir qismi artıq adı çəkilən qrup tərəfindən qətlə yetirilib. Onun sözlərinə görə girov götürülmüş hərbçilərdən azadlığa buraxılmış 1 nəfər, onlardan hələlik 7 nəfərinin sağ olduğunu təsdiqləyib. “Condollah” silahlı qrupunun rəhbərləri də bildirib ki, indiyə qədər girovlardan 6 nəfərini edan ediblər. Qeyd edək ki, “Condollah” qrupu bu il İyunun 13-də İranın Pakistanla sərhəddi yaxınlığında 16 İran hərbçisini girov götürmüşdü. Keçən müddətdə bir neçə dəfə İran hərbiçilərinin edam olunmasını əks etdirən video görüntü yayılmışdı. “Condollah” silahlı qrupu İranın cənub–şərq bölgələrində İran rejimi ilə silahlı mübarizə aparır. Onlar öz hədəflərini İran bəluçlarının dini və milli hüqüqlarının bərpa olunması kimi bəyan ediblər. Amma İran hakimiyyəti onları terorçu qrup kimi tanıyır. “Condollah” silahlı qrupunun rəhbəri Əbdulmalik Rigidir. O hal-hazırda Pakistanda gizlənir. Bəzi iddialara görə İranlı girovlar da məhz Pakistanda saxlanılırlar. Bu qrup 2006 ci ildə də bir sıra terror əməliyyatları ilə gundəmə gəlmişdi. 16 Mart 2006 ci ilda Tasoki hadisəsi kimi xatirələrdə qalan aksiya da “Condollah” silahlı dəstələri tərəfindən törədilmişdi. Bu hadisədə dəstənin üzvləri polis paltarı ilə Zahidan-Zabul yolunu bağlayaraq sərnişinləri yerə endirmiş və güllələmişdilər. Bu hadisədə aralarında bir neçə rəsmi və dini şəxslər də olmaqla 21 nəfər həlak olmuşdu. Həmin ilin May ayının 13-də qrup üzvləri Kirman-Bəm yolunda oxşar hadisə törətmişdilər. Bu terror aksiyası zamanı isə 12 nəfər həlak olmuşdu. İran rəsmiləri bu məsələnin İranda geniş müzakirə olunmasını və təbliğat vasitəsinə çevrilməsinin qarşısını almağa çalışır. Digər tərəfdən “Condollah” silahlı qüvvələri ilə hər hansı bir əlaqə yaratmaqdan da imtina edib. Bununla İran yetkililəri bu dəstələrə gördükləri işlərin faydasız olduğunu aşılamağa çalışır. Amma bir yandan da problemlər yüksəlişə keçir və girovların taleyinə laqeydlik cəmiyyətdə narazılıq yaradır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder