14 Ekim 2008 Salı
ABŞ-dakı seçkilər Amerika-İran münasibətlərinə təsir göstərməyəcək
İran prezidentinin səsləndirdiyi fikirlərə baxmayaraq, ABŞ-dakı seçkilərdən sonra Amerika-İran münasibətləri əsaslı şəkildə dəyişməcək.
їHətta Obamanın qələbəsi Amerikanın diplomatik münasibətlərində [ї] їdayandırmaї siyasətindən birbaşa dialoqun aparılması siyasətinə keçid istiqamətində dəyişikliklərə səbəb olsa da, İran-Amerika münasibətlərində ciddi dəyişikliklərin olacağını gözləməyə dəyməzї, Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı, İrana dair nəşrlərin müəllifi Klement Term (Clementh Therme) elektron poçtla Trend News-a bildirib.
Prezident Mahmud Əhmədinejad ölkədə ABŞ-ın maraqlarını müdafiə edən ofisin açılmasının mümkünlüyünü şərh edərək bildirib ki, amerikalıların İrana münasibəti yaxşı tərəfə dəyişib.
İran ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı kampaniyasının əsasında duran az sayda xarici siyasət məsələlərindən biridir. Bu, Birləşmiş Ştatlar administrasiyasının İranla şərtsiz danışıqlar açmağın zəruriliyi haqqında daimi daxili danışıqlar aparması ilə izah edilir.
їAmerikanın dövlət şəxsləri Baş katib Henri Kissincerin dövründən bu yana ilk dəfə olaraq ABŞ və İranla birbaşa danışıqların başlamasının zəruriliyi haqqında danışmağa başlayıblarї, - Term bildirib.
Lakin analitiklər hesab edirlər ki, yeni prezident seçildikdən sonra, İran və ABŞ arasında münasibətlərin genişlənəcəyi haqqında danışmağa dəyməz. Bunun bir neçə səbəbi var.
їƏvvəla, iki dövlətin münasibətlərində psixoloji problemlər mövcuddur ї amerikalılar 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girov götürülməsini, iranlılar isə 1953-cü ildə Müsəddəqin devrilməsini indiyədək xatırlayırlarї, - Term bildirib.
Onun rəyinə görə, İranla yaxınlaşma ABŞ-ın İsraillə münasibətlərinin pisləşməsinə və İranın inqilabi nüfuzunu itirməsinə səbəb olacaq.
İsrail və İran arasında Əhmədinejadın İsraili yer üzündən silməyin zəruri olması haqqında dövri olaraq səslənən bəyanatları ilə müşayiət olunan üzün tarixə malik qarşıdurma mövcuddur. Buna cavab olaraq İsrail dəfələrlə mümkün cavab tədbirləri haqqında bəyanat verib və bu məsələdə ABŞ onu daim dəstəkləyir.
Bundan əlavə, ABŞ-ın İranın İraqda müqaviməti dəstəkləməsindən şübhələnməsi, nüvə proqramı ilə bağlı mübahisələrin davam etməsi və Birləşmiş Ştatların İranı təcrid etməyə səy göstərməsi vəziyyəti ağırlaşdırır, İnformasiya Təhlükəsizliyi üzrə Anqlo-Amerika Şurasının (British-American Security Information Council) rəhbəri Pol İnqram (Paul İngram) Trend News-a bildirib.
ABŞ İranı nüvə silahının hazırlanması üzrə işlər aparmaqda ittiham edir. Hələ 2002-ci ildə Corc Buş İranı terrorçuları maliyyələşdirən və nüvə silahına malik olmağa can atan їşər qütbüї ölkələrinə aid edib. ABŞ, İranın nüvə silahı hazırlamasına mane olmaq üçün bu beynəlxalq təcridə nail olmağa çalışır.
їMakkeyn seçkiləri qazanarsa, iki ölkə arasında münasibətlərdə dəyişiklik baş verməyəcəkї, - їFars körfəzi ölkələrində sabitlik və sülhün axtarışındaї (їSearching for stable peace in the Persian Gulfї) kitabının müəllifi Katsman şənbə günü elektron poçtla Trend News-a bildirib.
Tehran Universitetinin siyasi məsələlər üzrə iranlı eksperti, professr Murtuza Firuzi də bu rəydədir.
їObama hakimiyyətə gələrsə, İran və ABŞ arasında münasibətlər nisbətən az kəskin olacaqї, - Firuzi telefonla Trend News-a bildirib.
Oksford Tədqiqat Mərkəzinin beynəlxalq təhlükəsizlik üzrə eksperti Pol Rocers (Paul Rogers) hesab edir ki, Obama hakimiyyətə gəldikdən sonra İran və ABŞ arasında münasibətlər їçox güclü surətdə dəyişəcəkї - əgər İran їbu dəyişikliklərə müsbət və açıq cavab verərsəї.
Amerikalı ekspert Mark Kats (Mark Katz) isə hesab edir ki, İranla münasibətləri sabitləşdirmək üçün hazırki administrasiyanın az vaxt ehtiyatı var.
їPrezident Klinton Vyetnamla münasibətləri hakimiyyətinin son günlərində yaxşılaşdırdı; mümkündür ki, Buş da buna bənzər hərəkət edəcəkї, - Corc Meyson Universitetinin (George Mason University) siyasət və idarəetmə üzrə eksperti, professor Kats Trend News-a bildirib.trend
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder