azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Ekim 2008 Cumartesi

YUNANISTANIN ANTİTÜRK LAYİHƏSİ

YUNANISTANIN ANTİTÜRK LAYİHƏSİ


Bizlər yenə də əzəli və əbədi düşmən gözündəyik


İ.BALIOĞLU


Son zamanlar Yunanıstan və Türkiyə arasında barış küləkləri əssə də, bu ölkənin Türkiyəyə və türklüyə münasibətdə siyasətinin, tarixi niyyətlərinin dəyişmədiyi üzə çıxmış və ictimai fikirdə müzakirə mövzularından birinə çevrilmişdir.
Kiprdə de-fakto mövcud iki dövlətin, adanın iki parçasının bir bütöv halında birləşməsi yönündə danışıqlar, görüşmələr uzun illərdir davam edir, bizim günlərdə də bu görüşmələr sürür, amma bir sonuca varılmır. Türk tərəfinin bərabər haqlar əsasında yanaşı və birgə yaşamaq təklifi rum tərəfindən qəbul edilmir. İlk baxışdan burada qəbuledilməz bir şey yoxdur - birləşmək istəyirsiniz, birləşək. Amma yox, qarşı tərəfin başqa tələbi var: "Siz bizimlə bərabər hüquqla deyil, milli azlıq statusu ilə birləşə bilərsiniz, adanın əsl sahibi bizik, siz gəlmə ünsürsünüz və haqlarımızı sizinlə bərabər bölüşə bilmərik". Və bu kilid nöqtədə razılaşmaya varılmadan ayrılırlar.
Zaman-zaman yunan-erməni, yunan-İran, Güney Kipr-erməni təmasları və bu təmasların bizə qarşı çevrilmiş, bizi - yəni Türkiyəni və Azərbaycanı hədəfləyən ünsürləri üzə çıxır. Yaxud Yunanıstan-Türkiyə münasibətlərində yaşanan uzlaşmazlıqlar, "Ruhban okulu" məsələsi, Yunanıstanın şimalında Gümülçinə bölgəsində kompakt yaşayan türklərin təhsil haqları, dini haqları ətrafında yaşananlar. Yunanıstandan PKK terror təşkilatına açıq və gizli dəstək... Və bunların arxasında AB üzvü olan, deməli, onun ali dəyərlərini qəbul etmiş olan bir ölkə - Yunanıstan dayanır. Antik mədəniyyətini yaxşı bildiyimiz, yaxşı mənada heyranı olduğumuz Yunanıstan, qədim Ellada. Yaxud Türkiyədə iki bankın yunan kapitalının nəzarəti altına keçməsinə müxalifətin kəskin reaksiyası...
"Niyə etiraz edilir ki? Qloballaşan dünyada bunda qeyri-adi nə var ki?" deyə soruşa bilərlər. Sadə Azərbaycan oxucusu üçün bu kimi qəzet yazıları axınında bütün bunlardan baş çıxarmaq bəlkə bir qədər mürəkkəbdir. Amma bütün bunların arxasında çox böyük hesablar gizlənir və onlarla tanış olduqda baş verənlərin fəlsəfəsini duymaq, anlamaq asanlaşır.
Kiprdə niyə uzlaşmaya varılmır? Bu ziddiyyətlərin hərəkətverici qüvvəsi nədədir? Bunları anlamaq üçün Yunanıstanın Anadolu dağları və çöllərindən üzü bəri bizlərə tərəf yürütməkdə olduğu siyasətin iç üzü ilə tanış olmaq lazım gəlir. Ən qəribəsi odur ki, dünya dəyişsə də (hər halda bizə belə gəlir), bu siyasət dəyişmir. "Ellinizm", "Meqali İdea" kimi tanıdığımız ("Miatsum"un qardaşı) və yüzillərə dayanan bu siyasət kiflənmiş olsa da, hər vasitə ilə canlı tutulur. Bu günlərdə ellinizmin türk toplumunu dəyişdirmək istəyən imperialist məqsədləri yenidən türk ictimai fikrinin gündəmindədir.
Məsələn, Türkiyənin Cunda adasındakı rum (yunan) məktəbinin dərs proqramı müdhiş bir planı gözlər önünə sərmişdir. Təsəvvür edək, proqramda Türkiyə torpaqlarının ələ keçirilməsi, türk kəndlisinin var-yoxdan çıxarılması, türk toplumuna qeyri-əxlaqi bütün ünsürlərin aşılanması niyyətləri var. İlk iki maddəyə baxaq: türkləri əzəli və əbədi bir düşmən olaraq tanımaq və türklər əleyhinə beynəlxalq aləmdə təbliğat aparmaq; türklərin ən kiçik xətalarını şişirdərək ABŞ və Avropada yaymaq, mədəni dövlətləri türklərə düşmən etmək.
Üçüncü bənd iqtisadi planlara aiddir: türkləri iqtisadi iflaslara uğratmaq, onları zərər görəcəkləri ticarət sahələrinə çəkmək, yüksək faizli kreditlərlə yunanlara tabe etdirmək, türk mallarının saxta nüsxələrini düzəldib bazara çıxarmaq və bununla da türk şirkətlərini gözdən salıb iflasa uğratdırmaq. Hər hansı türk malı ilə baş-başa rəqabət etmək milli vəzifə elan edilir. Hər hansı yunanın bu sahədə fədakarlığının əvəzinin yunan bankları tərəfindən ödəniləcəyi elan edilir.
Onların düşündükləri və biz türklərə yönəlik sosial təhdidlərinə baxaq: əxlaq, milliyyət, adət və ənənələr baxımından türkləri çökdürmək vəzifəsi qarşıya qoyulur və bunun taktikası müəyyən edilir: türkləri küfr yoluna çəkmək və bunu onların arasında yaymaq, bunu adiləşdirmək; türkləri zinakarlığa və əxlaqsızlığa təşviq etmək, qəşəng yunan qızlarına təlim keçib bu ailələrə xidmətçi, baxıcı vəzifəsinə verib bu ailələri içindən dağıtmaq, türklərin üst qurumlarına yetişdirilmiş yunan qadınlarını verib qarşıya qoyulan məqsədi asanlaşdırmaq; gəncləri laqeydləşdirmək, kobudlaşdırmaq, bir-birlərinə hörmət-izzəti, sevgi və sayğını yox etmək, onları bir-birlərinin üstlərinə salışdırmaq; türk dilini jarqonlaşdırmaq, milli dil və milli duyğuları pozmaq. Türklərin dini inanclarını sarsıtmaq.
Bu yerdə Ermənistan tərəfə keçmiş azərbaycanlı əsgərin beyni yuyulub-yaxandıqdan sonra başqa bir ölkəyə deyil, yaşamaq üçün Yunanıstana göndərildiyinin heç də təsadüfi olmadığını qeyd etməyə bilmirik.
Və türklüyə qarşı çevrilmiş bütün bu işlərin maliyyə tərəfini isə Yunanıstan Milli Bankı təmin edəcəkmiş. Ellinizmin ABŞ və AB tərəfindən dəstəkləndiyini, türklərə və Türkiyəyə münasibətdə avanqard qüvvə kimi görüldüyünü, yunan siyasətinin ABŞ və AB tərəfindən davamlı olaraq nəzarət altında saxlandığını da hesaba aldıqda, türk siyasi müxalifətinin baş verən proseslərdən - yunan kapitalının Türkiyəyə nüfuz etməsindən, yunan qurumlarının Türkiyədə torpaq satın almağa başlamasından narahatlığını anlamaq olur.
Qeyd etməyə bilmirik ki, Türkiyəyə qarşı bu məkrli siyasətin ünsürləri Azərbaycan mediası vasitəsilə bizim topluma da sirayət etdirilməkdədir və bunun örnəkləri gözümüzdən qaçmayıb. Bütün bunlar çarlıq dönəmində, sonra sovet dönəmində bizimlə iç-içə və qonşuluqda yaşayan ermənilərin Azərbaycan türklərinə qarşı yürütdükləri məkrli əməllərlə də son dərəcə yaxından səsləşməkdədir. Hər halda, ətrafımızda baş verənlərə daha ayıq nəzərlərlə baxmağımız gərəkir...

Hiç yorum yok: